Azərbaycan respublikasının sosial – iqtisadi və mədəni
hüquqları
Mühasibat Uçotu və Audit fakültəsinin 1-ci kurs tələbəsi
xxx
Fənn: Human Rights
Tarix: 27.05.2019
Azərbaycan respublikasının sosial – iqtisadi və mədəni
hüquqları
Demokratik-hüquqi dövlətdə sosial-iqtisadi və mədəni
hüquqlar insanın əmək, məişət, məşğulluq, rifah və sosial müdafiəsi sahəsində
hüquqlarının müdafiəsini nəzərdə tutur.
Sosial-iqtisadi hüququn əhəmiyyəti ondadır ki, şəxsiyyətin
hüquqi statusunu təmin edir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq
Paktda göstərilir ki, hər kəs öz iqtisadi, sosial və mədəni hüquqlarından öz vətəndaş
və siyasi hüquqları kimi istifadə edə bilər". Bu mənada BMT-nin Baş
Assambleyası "1986-cı il 4 dekabr tarixli qətnaməsində" iqtisadi,
sosial, mədəni, vətəndaş və siyasi hüquqların qarşılıqlı asılılığı və bölünməzliyini
bəyan etdi.
Azərbaycan Respublikası Konstitusiyasında sosial,
iqtisadi və mədəni hüquqlar da öz əksini tapmışdır. Buraya ləyaqətli yaşamaq, əmək
hüququ, ədalətli əmək şəraiti və əmək haqqı, sosial-müdafiə və sosial- mənzil
hüququ, təminat, mədəniyyət, yaradıcılıq, təhsil və sağlamlıq hüququ daxildir.
Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşların əmək hüququ (35-ci maddə),
istirahət hüququ (37-ci maddə), sosial təminat (38-ci maddə), sağlamlığın
qorunması hüququ (41-ci maddə), mədəniyyət hüququ (40-cı maddə), təhsil hüququ
(42-ci maddə), azad sahibkarlıq (59-cu maddə), yaradıcılıq azadlığı (51-ci maddə)
təsbit olunmuşdur.
Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində
hüquqi dövlətin vəzifəsi ondan ibarətdir ki, mütərəqqi sosial-iqtisadi
islahatlar həyata keçirir, öz xalqının əlverişli iqtisadi inkişafda iştirakını
təmin edir, öz ehtiyatlarından hamının sosial-iqtisadi hüquqlardan bərabər
istifadə etməsi imkanlarını yaradır. 1974-cü il 12 dekabr “Dövlətin iqtisadi
hüquq və vəzifələri Xartiyasında” göstərilir ki, hər bir dövlət öz xalqının
iqtisadi, sosial və mədəni inkişafına yardım etmək üçün məsuliyyət daşıyır.
Sosial-iqtisadi hüquq və azadlıqları hüquqi cəhətdən
tənzimləyən bir çox beynəlxalq-hüquqi normalar mövcuddur. Bəzi universal
normalar BMT-nin Nizamnaməsində və "İnsan Hüquqlarına dair Ümumi Bəyannamədə,
əsas normalar isə Beynəlxalq Əmək Təşkilatı və "İqtisadi, Sosial və Mədəni
Hüquqlar haqqında
Beynəlxalq
Paktın" sənədlərində öz əksini tapmışdır. Beynəlxalq Əmək Təşkilatı bu
sahədə
170 konvensiya qəbul etmişdir. Bunlardan aşağıdakıların adlarını çəkmək olar:
"Məcburi əmək haqqında" (1930-cu il),
"Ədalətli mükafatlandırma haqqında"
(1951-ci il),
"Əmək və məşğulluq sahəsində ayrı-seçkilik
haqqında" (1958-ci il),
"Məşğulluq haqqında siyasət haqqında"
(1964-cü il),
"Məşğulluğa yardım və işsizlikdən müdafiə
haqqında" (1988-ci il) və s. konvensiyalar.
Bundan başqa, bəzi regional razılaşmalarda - insan
hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasında sosial-iqtisadi
hüquqları tənzimləmə normaları mövcuddur. Dövlətlərin milli qanunvericiliyində
də sosial-iqtisadi hüquqlar öz əksini tapır.
İqtisadi hüquqlar - əmək hüququ, mülkiyyət hüququ,
sahibkarlıq hüququ, təşkil hüququnu əhatə edir. Bundan başqa, əməklə məşğul
olanlar kollektiv müqavilələr bağlamaq, öz maraqlarını qorumaq üçün milli və
beynəlxalq təşkilatlarda birləşmək hüququna da malikdirlər. İqtisadi hüquqda əsas
yeri əmək hüququ tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində
əmək hüququ göstərilir:
“Əmək fərdi və ictimai rifahın əsasıdır.
Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst
surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ
vardır.
Heç kəs zorla işlədilə bilməz.
Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək
müqaviləsi bağlamağa məcbur edilə bilməz.”
Məhkəmə qərarı əsasında şərtləri və müddətləri
qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli
şəxslərin əmrlərinin yerinə yetirilməsilə əlaqədar işlətmək, fövqəladə vəziyyət
və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına
yol verilir.
“Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək,
heç bir ayrı-seçkilik
qoyulmadan
öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı
miqdarından
az olmayan haqq almaq hüququ vardır.
İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ
vardır.
Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan
istifadə edir.”
Hər bir Azərbaycan vətəndaş azad və müstəqil əmək
seçmək hüququna malikdir, ölkəmizdə məcburi əmək qadağan edilmişdir.
Azərbaycanda hər kəs azad sahibkarlıq hüququna
malikdir. Azad sahibkarlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının
59-cu maddəsində təsbit edilmişdir: "Hər kəs qanunla nəzərdə tutulmuş
qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək
təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya
qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər".
Azərbaycan Respublikası Konstitusiyasında istirahət və tətil hüquqları da öz əksini
tapıb. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ
vardır. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla
nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi
qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.
Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş
qaydada həll edilir. Hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə
qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət
və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət
verilməsi təmin edilir. Azərbaycan vətəndaşları azad iqtisadi fəaliyyət göstərmək
hüququna da malikdirlər. Sosial hüquq insanın ləyaqətli həyat şəraitini və
sosial müdafiəsini təmin edir. Buraya sosial təminat, sosial sığorta, pensiya təminatı
və tibbi xidmət daxildir. Yaşa, xəstəliyə, əlilliyə, uşaqları tərbiyə etməyə
görə qanunla müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti ondan ibarətdir
ki, dövlət vətəndaşlara işləmək imkanlarını və ya əməkdən gəlir əldə etmək kimi
iş qabiliyyətini itirdikdə kifayət qədər vəsait ayırır. Bu hüquqlar insan
hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində, eləcə də, iqtisadi, sosial və mədəni
hüquqlar haqqında Paktın 9-12-ci maddələrində öz əksini tapıb. Azərbaycan
Respublikası
Konstitusiyasının
38-ci maddəsində göstərilir:
Hər kəsin sosial təminat hüququ vardır.
Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə,
onların ailə üzvlərinin borcudur.
Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə
çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini
itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat
hüququna malikdir.
Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği
qanunla müəyyən edilir.
Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial
sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.
Sağlamlığın mühafizəsi və tibbi yardım hüququ Azərbaycan
Respublikası Konstitusiyasının 41-ci maddəsində öz əksini tapıb:
Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım
almaq hüququ vardır.
Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət
göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür,
sanitariya-epidemiologiya salamatlığına təminat verir və tibbi sığortanın müxtəlif
növləri üçün imkanlar yaradır.
İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən
faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb
edilirlər.
Azərbaycan Respublikası vətəndaşlarının
sağlamlığının qoruması hüququnun əsas prinsipləri qanunvericiliklə müəyyən
edilib:
1. Sağlamlığın qorunması sahəsində insan və vətəndaşların
hüquqlarına riayət olunması;
2. Profilaktik tədbirlərin keçirilməsi;
3. Sağlamlığını itirən vətəndaşların sosial müdafiəsi;
4. Tibbi-sosial yardımın edilməsi;
5. Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə,
təşkilat, dövlət
orqanları
və vəzifəli şəxslərin vətəndaşların sağlamlığının qorunması sahəsində
məsuliyyət
daşıması.
Bu sahədə beynəlxalq təşkilatların - BMT-nin,
İqtisadi və Sosial Şuranın fəaliyyəti qənaətbəxşdir.
Sosial-iqtisadi hüquqlar bir tərəfdən əhalinin
müvafiq fəallığını təmin edir, digər tərəfdən mümkün risklərdən onu qoruyur.
İqtisadi azadlıq, bərabərlik hüquqi dövlət - vətəndaş cəmiyyətində insan hüquq
və azadlıqlarının ayrılmaz tərkib hissəsi kimi sosial ədalət, inteqrasiya, dövlət
və vətəndaşın qarşılıqlı məsuliyyətilə sıx əlaqədardır. Sosial-iqtisadi
hüquqların təminatı hüquqi dövlətin demokratik və sosial formalarının stabil
mövcudluğu üçün mühüm zəmindir.
Mədəni hüquqlar insanın mənəvi inkişafını təmin
edir, hər kəsin mənəvi, sosial, mədəni və siyasi tərəqqidə faydalı iştirakına
yardım edir. Mədəni hüquqlara təhsil hüququ, cəmiyyətin mədəni inkişafında azad
iştirak etmək hüququ, yaradıcılıq hüququ, elmi tərəqqinin nəticələrindən
istifadə etmək hüququ və onları praktikaya tətbiq etmək hüququ daxildir.
Beynəlxalq təşkilatların sənədlərində hamı üçün məcburi,
pulsuz ibtidai təhsil, orta, ali təhsil, valideynlərin öz uşaqlarının dini və mənəvi
inkişafını təmin etmək üçün məktəbləri azad seçmək hüququnun həyata keçirilməsi,
təhsil sahəsində ayrı-seçkiliyin qadağan olunması öz əksini tapıb. Azərbaycan
Respublikası Konstitusiyasının 42-ci maddəsində təhsil hüququ haqqında göstərilir:
Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
Dövlət pulsuz icbari ümumi orta təhsil almaq
hüququnu təmin edir.
Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
Maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin
təhsili davam etdirməsinə dövlət zəmanət verir.
Dövlət minimum təhsil standartlarını müəyyən edir.
Şəxsiyyətin hüquqi statusunun əsas cəhətlərindən
biri də azad elmi, bədii,
ədəbi
və s. yaradıcılıq növlərilə bağlı mədəni həyatda hər kəsin sərbəst iştirak
etmək
hüququdur.
Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət
təsisatlarından və mədəni
sərvətlərdən
istifadə etmək hüququ vardır.
Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə
yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.
İqtisadi-sosial və mədəni hüquqlar uzun müddət
insan hüquqları sahəsinə daxil edilmirdi. Buna səbəb olaraq isə burda göstərilən
hüquqi müddəaların daha çox proqram xarakteri daşıması göstərilir və qeyd
olunurdu ki, onlara praktikada əməl edilməsi o qədər də asan deyil. Eyni
zamanda, bu hüquqların əsas insan hüquqları sırasına daxil edilməsi digər insan
hüquqlarının təsir gücünü azalda bilər. İlk dəfə olaraq 1966-cı ildə
"İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktda" bu
hüquqlar bir sistem halına salınmış və onların yerinə yetirilməsi bütün dövlətlərə
tövsiyə olunmuşdur. Bu paktda mədəni hüquqlara da geniş yer verilmişdir. Bundan
sonra ayrı-ayrı dövlətlərin qanunvericiliyində mədəni hüquqlar müxtəlif şəkildə
öz əksinin tapmışdır.
Mədəniyyət hüququ ümumbəşəri mədəniyyətin ən güclü
qatıdır. Onsuz mürəkkəb siyasi-sosial, iqtisadi-hüquqi və beynəlxalq münasibətlərin
bütün sistemini qiymətləndirmək qeyri-mümkündür. Mədəniyyət hüququ XXI əsrdə həyatın
ümumi normalarından biri kimi universal dəyərlərdən hesab olunur.
Mədəniyyət hüququ geniş bir anlayışdır. Bu hüquq fərdin
mədəni-mənəvi tələbatının ödənilməsində ən əsas rol oynayan hüquqdur. Bu
anlayış o qədər ümumidir ki, başqa hüquq və azadlıqların predmetinə daxil olan
davranışları belə, dolayı yolla mədəniyyət hüququ ilə əlaqələndirmək olar. Mədəniyyət
maddi və mənəvi mədəniyyət olmaqla iki yerə bölünür. Mədəniyyət anlayışı kimi mədəni
həyat da mürəkkəb anlayışdır. Bura mədəni dəyərləri mənimsəmək və onlardan
istifadə etmək daxildir. 6 fevral 1998-cı il "Mədəniyyət haqqında" Azərbaycan
Respublikası Qanunu mədəniyyət fəaliyyətini dəqiqləşdirir. Mədəni fəaliyyət
növlərinə muzey, ədəbiyyat, tətbiqi və yaradıcı sənət, teatr, musiqi və s. aid
edilir. Lakin bu fəaliyyət növləri eyni qaydada tənzimlənmir (memarlıq sənəti
üçün xüsusi icazə lazımdır, amma rəssamlıq fəaliyyəti üçün icazəyə ehtiyac
yoxdur). Dövlət bütün vətəndaşların mədəni dəyərlərdən istifadəsi üçün bərabər
imkanlar təmin
etməlidir.
Yaradıcılıq şəxsin elə intellektual-psixoloji
keyfiyyətidir ki, bu zaman yeni bir şey yaradılır. Yaradıcılıqla məşğul olan şəxslər
üçün müstəsna əhəmiyyətə malik olan bu hüquq başqaları üçün digər hüquqlardan
heç nə ilə fərqlənmir. Konstitusiyada göstərilir ki, yaradıcılıq adı altında
dini-irqi, sosial ziddiyyətlərin qızışdırılması, dövlət çevrilişinə çağırışlar
yolverilməzdir. Konstitusiyada ədəbi-bədii (daha çox insanların zövqünü oxşamaq
üçün yaradılır) və elmi yaradıcılıq (tədqiqatlara və ciddi elmi məntiqə əsaslanır)
növləri göstərilir.
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı
maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət
təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.
Mədəni sərvətlərdən istifadə hüququ yalnız Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla
bilər.
Azərbaycan Respublikasının ərazisində əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər
mədəniyyət hüququna malikdirlər.
"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının
Qanununda mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin
hüquqlarının və azadlıqlarının müdafiəsi təmin edilmişdir.
Dövlət mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul
olan subyektlərin hüquqlarına və azadlıqlarına təminat verir.
Müvafiq dövlət orqanları mədəniyyət və yaradıcılıq
fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarının və azadlıqlarının
pozulmasına yönəldilmiş hərəkətlərin qarşısını almalıdırlar.
Ədəbiyyat
siyahısı
1.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2005.
2.
A. Quliyev “Dövlət və hüququn əsasları”. Bakı, 2005.
3.
F.İ. Nağıyev. “Konstitusiya Hüququ”. /Qanun – 2009/. Mühazirələr toplusu.
4.
İ. Cəfərov. “Azərbaycan Respublikası Konstitusiya Hüququnun Əsasları”. /Bakı –
2002/ Dərs vəsaiti.
5.
Права человека. Отв. ред. Е.А.Лукашева. М. 2000.
Hiç yorum yok:
Yorum Gönder