Sərbəst iş etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Sərbəst iş etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Haziran 2020 Perşembe

AZƏRBAYCAN RESPUBLİKASINDA DAVAMLI İNSAN İNKİŞAFININ TƏMİN OLUNMASI SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASINDA DAVAMLI İNSAN İNKİŞAFININ TƏMİN OLUNMASI SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

GİRİŞ

Tam faylı yüklə

MÜNDƏRİCAT

GİRİŞ

1. DAVAMLI İNSAN İNKİŞAFI

2. ÖLKƏMİZDƏ DAVAMLI İNSAN İNKİŞAFININ TƏMİN OLUNMASI SİYASƏTİ VƏ ONUN ƏSAS İSTİQAMƏTLƏRİ

NƏTİCƏ

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

GİRİŞ

«Davamlı inkişaf» termininin ilk və daha çox istinad olunan məzmunu ətraf mühit və inkişaf üzrə Ümumdünya komissiyası (Brundtland Q.X. komissiyası) tərəfindən təklif olunmuşdur. Komissiya «davamlı cəmiyyət» olaraq, «bu günkü nəslin ehtiyaclarını təmin etməklə gələcək nəsli öz ehtiyaclarını təmin etməkdən məhrum etməyən» cəmiyyəti adlandırır. 1990-cı ildə təsls edilmiş Beynalxalq davamlı İnkişaf institutu (ÜSD, Vinnipeq, Kanada, prezident Artur Xanson) davamlı inkişafa aşağıdakı tərifi vermişdir: «Davamlı inkişaf vahid ətraf mühit iqtisadi səmərəlilik və xalqların rifahının birliyini ifadə edir».

Daha geniş mənada davamlı inkişaf anlayışını aşağıdakı kimi ifadə etmək olar:

Davamlı inkişaf dəyişikliklər prosesi olub, burada təbii ehtiyatların istismarı, investisiva (sərmayə) qovuluşlarının istiqaməti elmi-texniki tərəqqinin səmti, şəxsiyyətin inkişafı və quruluş dəyişiklikləri bir-biri ilə uzlaşmış halda insan tələbat və istəklərinin təmini üçün bu günkü və gələcək potensialı möhkəmlədir.

Davamlı inkişaf hədəflərinə həm innovativ proseslər, həm də sosial məsuliyyət qaydalarını qəbul və tətbiq edən sosial müəssisələr yolu ilə töhfə vermək olar. İnsan inkişafına əsaslanan sosial müəssisələrin yaradılması və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, ölkənin iqtisadi, sosial və ekoloji təhlükəsizliyinin təmin olunması, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda sosial müəssisələrin yaradılması, onlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq yolu ilə icmaların iqtisadi inkişafına yardım etmək, sosial müəssisələrin tətbiqinin ölkə ərazisindəki icmaların inkişafına yardım edə biləcək mexanizm kimi işlənilib hazırlanması olduqca vacib məqamdır.

Davamlı insan inkişafı konsepsiyasına görə irqindən, cinsindən, milliyətindən, dini mənsubiyyətindən və yaxud coğrafi mövqeyindən asılı olmayaraq insan inkişafı üçün mövcud olan və ya ola biləcək bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Əlillər və müdafiəyə ehtiyacı olan qruplar üçün də mövcud ola biləcək və onların durumu ilə əlaqədar bütün məhdudiyətlər qaldırılmalıdır. Bu o deməkdir ki , cəmiyyətdə təmsil olunan bütün qruplar öz imkanlarının genişləndirilməsi və fərqli potensialının həyata keçirilməsi üçün eyni hüquqlara malikdir və bu hüquqlar təmin edilməlidir.

DAVAMLI İNSAN İNKİŞAFI

Tarixi inkişaf və yaxud təkamül insanın canlıların bir növü kimi inkişafını təzahür edir. Tarixi inkişafla yanaşı insanın fərdi inkişafı prosesi də məlumdur. Hər bir insanın fərdi inkişafı rüşeym dövründən tutmuş ölənə kimi bütün mərhələləri əhatə edir. Başqa sözlə, fərdi inkişaf rüşeym və körpəlik dövrlərindən, uşaqlıq,gənclik, cavanlıq, yetkinlik və qocalıq dövrlərindən ibarətdir.

Beləliklə, insana aid inkişafdan bəhs edərkən ənənəvi olaraq insanın bir növ kimi tarixi inkişafı və yaxud hər bir şəxsin fərdi inkişafı anlama gəlir. Lakin bunların hər ikisi insanın bir bioloji növ və canlı bir varlıq kimi inkişafına aiddir. Onlar insan inkişafı üçün mühüm rol oynasalar da, bu, prosesin davamlı olmasını və hər bir fərdin şəxsi qabiliyyətini tam həcmdə həyata keçirməsi üçün kifayət deyil.

İnsan cəmiyyətinin tarixi inkişafına nəzər yetirsək görərik ki, insan cəmiyyəti ibtidai icma dövründən müasir , yüksək dərəcədə inkişaf etmiş cəmiyyət səviyyəsinə çatmışdır. İnsan cəmiyyətinin inkişafını xarakterizə edən amillər kimi iqtisadi inkişaf, texnoloji inkişaf, elmi inkişaf, mədəni inkişaf, sosial inkişaf və s. göstərmək olar.

Qlobal ekoloji problemlər antropogen mənşəli fəlakətlər sivilizasiyanın gələcək inkişaf yoluna yenidən baxılma vacibliyi doğurmuşdur – Dİİ-da.

Üç mümkün yolun olduğu qəbul olunmuşdur:

1.Antroposentrizm

2.Biosentrizm

3.Davamlı inkişaf

Antroposentrizm – insanın inkişaf yoludur. İstehlak fəlsəfəsi. Öz artan tələbatını ödəməklə ətraf mühitin imkanlarını nəzərə almır. Bu, nəzəri cəhətdən resursların tükənməsinə, məhvə aparır.

Biosentrizm təkamül nəticəsində biogeokimyəvi dövrlərin yaratdığı optimal strukturu nəzəri olaraq inkar edir. Bu yol utopik yoldur.

Davamlı inkişaf – istehsal potensialının uzun dövr ərzində geniş surətdə bərpasının dəstəklənməsinə əsaslanmış yoldur. Burada sistemin üç sıx əlaqədə olan elementləri arasında tarazlıq təmin olunur: iqtisadi , sosial sfera, ətraf mühit.

Davamlı inkişafda məqsəd texnogen təbiət dağıdıcı inkişaf tipindən davamlı inkişaf tipinə keçmək kənd təsərrüfatında:

əkinlərin zəifləməsi (deqradasiyası), itirilməsi, duzlaşması, bataqlaşması, səhralaşması, torpağın texnika ilə yüklənməsi, su ehtiyatlarının kimyəvi məhsullarla çirklənməsi, heyvandarlıq tullantıları ilə çirklənməsi – bunların qarşısının alınması.

sosial sferada isə: inkişaf etmiş və kasıb ölkələr, kasıb-varlı, ərzaq böhranı, enerji resurslarının defisiti, etnik konfliktlərin aradan qaldırılması.

Bu günki sosio-ekoloqo-iqtisadi sistem qeyri stabildir. Dİ-nin nəzəri-metodoloji əsaslandırılması kifayət səviyyədə deyildir.

Davamlı inkişaf konsepsiyasının formalaşması ilk növbədə iqtisadi və sosial tərəqqini ətraf mühitin qorunması və təbii ehtiyatların səmərəli idarə edilməsi ilə balanslaşdırılmış şəkildə aparılması zəruriyyətindən əmələ gəlmişdir. Bu səbəbdən davamlı inkişaf 21-ci əsrin əsas prioritetlərinə aiddir. BMT və YUNESKO tərəfindən 2005-2014-cü illər davamlı inkişaf səviyyəsində tədris onilliyi elan edilmişdir. Bu sənədin 1 mart 2005-ci ildə BMT-nin Baş Qərargahında-Nyu-Yorkda BMT-nin Baş Katibi Kofi Annan və YUNESKO-nun Baş Direktoru Koişiro Matsuura tərəfindən imzalanması məsələnin əhəmiyyətindən xəbər verir.

Təhsilin müasirləşdirilməsi istiqamətində Azərbaycanın qabaqcıl mövqedə bu proqramın həyata keçirilməsində 2005-ci ilin avqust ayında Bakıda Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın sədrliyi ilə keçirilən “YUNESKO-Azərbaycan: gələcəyə körpü” beynəlxalq konfransı xüsusi yer tutur.Davamlı inkişaf çağdaş nəsillərin rifahının yaxşılaşdırılmasının təmin edilməsini və eyni zamanda bütün gələcək nəsillərin inkişaf imkanlarının məhdudlaşdırilmamasını nəzərdə tutur. Davamlı inkişafın əsasını bilik və onun daşıyıcısı insan təşkil edir. Bu səbəbdən insan potensialının inkişafı davamlı inkişaf prosesinin ayrılmaz bir hissəsidir və çox zaman bu prosesi davamlı insan inkişafı kimi səciyyələndirirlər.

Davamlı insan inkişafı sahəsində müasir bilik və bacarıqlar təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu zaman əsas məqsəd “gələcəksiz inkişafın” və “bərabərsizliklə müşahidə olunan inkişafın” qarşısını almaqdan ibarətdir. Ətraf mühitin keyfiyyəti onun necə qorunmasından və təbii sərvətlərdən səmərəli istifadədən asılıdır. Bu prosesdə müasir biliklərin əhəmiyyəti olduqca böyükdür. Ümimi inkişafda və əhalinin rifahının yüksəlməsində insan potensialının formalaşması həlledici rol oynayır. Gələcəksiz inkişafın alternativi davamlı inkişaf, bərabərsizliklə müşahidə olunan inkişafın alternativi isə cəmiyyətin hər bir üzvünün inkişafı üçün imkan yaradılmasıdır.

ÖLKƏMİZDƏ DAVAMLI İNSAN İNKİŞAFININ TƏMİN OLUNMASI SİYASƏTİ VƏ ONUN ƏSAS İSTİQAMƏTLƏRİ

Azərbaycan Respublikasında davamlı inkişaf və insan potensialının formalaşması istiqamətində və bu məqsədlə müxtəlif sahələrdə təhlükəsizliyin təmini üçün ardıcıl siyasət həyata keçirilir. Buna misal olaraq ölkənin və onun vətəndaşlarının təhlükəsizliyinə yönəldilmiş xarici və daxili siyasəti göstənrıək olar. Azərbaycanın müxtəlif beynəlxalq qurumlarda üzvlüyü, dövlətlərarası ikitərəfli və çoxtərəfli müqavilələrdə iştirakı ölkənin təhlükəsizliyini gücləndirir və onun davamlı inkişafına xidmət edir. Ölkənin müxtəlif regionlarının və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair tədbirlər, əməkliaqlarmın və müxtəlif sosial yönümlü müavinətlərin mütəmadi olaraq yüksəldilməsi də ölkənin və onun vətəndaşlarının iqtisadi təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilir.

Ölkədə həyata keçirilən ərzaq təhlükəsizliyinin təmin olması sahəsində tədbirlər xüsusi ilə qeyd edilməlidir. Bu sahədə aparılan siyasətin nəticəsində bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ardıcıl olaraq artmaqdadır. Üzvi kənd təsərrüfatına, ekoloji təmiz məhsulların istehsal edilməsinə diqqət və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti daxili ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarının ixrac potensialını da artırır.

Davamlı insan inkişafının əsas prinsipləri ondan ibarətdir ki, insan həyatda ən böyük prioritetdir və hər bir şəxsin həyatı eyni dərəcədə qiymətlidir. Bu prinsiplərə əsasən heç bir fərd öz milli, dini, cinsi, sinfi və ərazi mənsubiyyətinə görə uzun , dolğun və ləyaqətli həyat sürmək imkanlarından məhrum edilə bilməz. İnsan inkişafı konsepsiyasına görə hər bir şəxs üçün onun fərdi qabiliyyətlərini maksimum şəkildə inkişaf etdirmək şəraiti yaradılmalıdır. Bu şərait onun müxtəlif istiqamətlərdə: iqtisadiyyatda, sosial sahədə, mədəniyyətdə, siyasətdə inkişafı üçün ən əlverişli mühitin yaradılmasına xidmət etməlidir.

İnsan inkişafının bir xüsusiyyəti də ondan ibarətdir ki, insanın təhlükəsizliyi onun inkişafının əsas şərti kimi qəbul edilir. Bu zaman təhlükəsizliyin bütün istiqamətləri, o cümlədən iqtisadi , ərzaq, ekoloji, ictimai təhlükəsizlik və s. nəzərdə tutulur.

Azərbaycan Respublikasında davamlı inkişaf və insan potensialının formalaşması istiqamətində və bu məqsədlə müxtəlif sahələrdə təhlükəsizliyin təmini üçün ardıcıl tədbirlər həyata keçirilir.

Sağlamlıq ən böyük nemətdir və onun göstəriciləri insan inkişafını səciyyələndirən əsas amillərdən biridir. Davamlı insan inkişafını səciyyələndirən əmsalların hesablanmasının məqsədlərindən və hesablanan əmsaldan asılı olaraq fərqli sağlamlıq göstəricilərindən istifadə olunur. Sağlamlığı səciyyələndirən müxtəlif göstəricilərdən istifadə edilməsi, ilk növbədə ölkələrin inkişaf səviyyəsindən və müvafiq olaraq, ölkə qarşısında duran sağlamlıq problemlərindən asılıdır. Beynəlxalq təşkilatların ən çox istifadə etdiyi sağlamlıq göstəricilərindən biri də uzunömürlülükdür.

 Davamlı insan inkişafı baxımından həyat və ölüm arasında sosial bərabərsizlik qeyri-bərabərliyin ən qəbuledilməz təzahürüdür. Digər tərəfdən uzunömürlülük sağlamlığın ən ümumiləşdirilmiş göstəricisidir və bu məlumatların toplanması və təhlili üçün əlavə texniki və ya maddi xərclər tələb olunmur. Sağlamlığın göstəricisi olmaqla yanaşı, ömür müddəti, eyni zamanda, bu və ya digər ölkə və regionda sosial siyasətin səmərəliliyindən və onun insan potensialının inkişafına yönəldilməsindən xəbər verir.

Azərbaycan Respublikasında gözlənilən ömür müddəti 71,9 ildir və bu göstərici kifayət qədər yüksəkdir. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması da bu rəqəmə mənfi təsir göstərir. Təcavüzün nəticələrinin ləğv edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması, onların həyatının normallaşdırılması bu orta rəqəmə müsbət təsir göstərəcəkdir. Ümumiyyətlə, Azərbaycanda mövcud olan ənənəvi uzunömürlülük və aparılan iqtisadi və sosial islahatlar ölkədə orta ömür müddətinin daha da artması üçün şərait yaradır.

Biliklərin əldə edilməsi üçün ən vacib amil olan təhsil davamlı insan inkişafın qiymətləndirilməsində xüsusi rol oynayır. İnkişafın qiymətləndirilməsi və onun davamlı olmasını müəyyən etmək üçün istifadə olunan əmsallardan asılı olaraq fərqli təhsil göstəricilərindən cəlb olunur. Bunardan biri təhsil ilə əhatədir. Bu göstərici ümumi insan inkişafı və gender ilə əlaqədar əmsalları hesablayanda istifadə olunur. Ümumiyyətlə, təhsillə əhatə edilmə bu səhədəki siyasətin uğurunu və insan potensialının inkişafına yönəldilməsini əks etdirən əsas göstəricilərdən biridir. Bu göstərici müvafiq yaşda olan şəxslərdən təhsilə cəlb olunanların payıdır ki, bu zaman 6-23 yaşlı əhali arasında təhsil alanların faizi nəzərə alınır. Dünya üzrə bu göstərici olduqca fərqlidir və 15 faizdən 99 faizə qədər dəyişə bilər. Azərbaycan Respublikasında bu rəqəm dünya üçün orta göstəricidən xeyli yüksəkdir. Ölkə ərazisinin işğaldan tam azad edilməsi, qaçqın və köçkünlərin normal həyatının bərpası bu göstəricinin daha da artması üçün imkan yaradacaq.

Bir digər göstərici olan təhsilin orta müddəti adətən əhalinin qeydə alınması prosesində və yaxud xüsusi sorğular nəticəsində əldə edilir və hər hansı bir ölkədə vətəndaşların orta hesabla neçə illik təhsilə malik olmasını göstərir. Azərbaycanda bu göstərici yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir.

Bəzi hallarda insan inkişafının qiymətləndirilməsi zamanı əlavə göstərici kimi ölkədə elmi fəaliyyətlə məşğul olanların sayı da nəzərə alına bilər. Bu göstəricilərdən istifadə etməklə ölkə və yaxud bölgə üçün yeni biliklərin əldə edilməsinə olan diqqət qiymətləndirilir. Təhsilə, elmə, onların təşkilinə və təminatına fikir verilən ölkələrdə bilik göstəriciləri yüksək olur və bu da insan inkişafının səviyyəsinə öz təsirini göstərir. Qeyd etmək lazımdır ki, sağlamlıq və savadlılıq göstəriciləri Azərbaycanda nisbətən yüksək olduğundan, ölkə insan inkişafı göstəricilərinə görə bir sıra qonşu şərq ölkələrini qabaqlayır. Son illərdə yeni məktəblərin və digər tədris ocaqlarının tikilməsi, bərpası, genişlənməsi, müasirləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş geniş tədbirlər ölkədə təhsilin səviyyəsinin daha da yaxşılaşdırılmasına təsir göstərir.

İnsan inkişafına aid əmsal və digər əmsalların hesablanmasında iqtisadi vəziyyəti səciyyələndirən bir sıra göstəricilərdən istifadə olunur. Bunların bəziləri bilavasitə istifadə olunmasalar da, ümumilikdə inkişafın uğurlu olmasından və insan maraqlarına tuşlanmasmdan xəbər verirlər. Məsələn, ümumi gəlirin neçə faizi nin ərzaq mallarına xərclənməsi belə göstəricilərdən biridir. Müxtəlif ölkələrdə bu rəqəm fərqlidir və 15 %-lə 90 % arasında dəyişə bilir. Ərzaq xərclərinin payının ümumi xərclər arasında az olması ölkə vətəndaşlarının iqtisadi durumunun daha yüksək olmasından və davamlı insan inkişafı üçün şəraitin daha əlverişli olmasından xəbər verir. Azərbaycan Respublikasında gəlirlərin ərzaq üçün xərclənən hissəsi tədricən azalır. Son illər bu göstərici daha yüksək sürətlə azalır. Bu, ilk növbədə ölkədə yoxsulluğun səviyyəsinin iki dəfədən çox azalması və iqtisadiyyatın sürətli inkişafı ilə əlaqədardır.

Davamlı insan inkişafını qiymətləndirmə prosesində və bu sahədə mövcud olan vəziyyətin təhlili zamanı, adətən, bütövlükdə ölkəyə və yaxud dünyanın hər hansı bir regionuna aid olan məlumatlar təqdim edilir. Lakin ölkə və yaxud region əhalisinin tərkibi eyni deyil və vətəndaşlar arasında fərqlər müşahidə edilə bilər. Bir sıra hallarda bu fərqlər onların irqi, milli, dini və nəhayət, cinsi mənsubiyyəti ilə əlaqədar ola bilər. Bu fərqlərin aradan götürülməsi üçün ümumi insan inkişafı göstəriciləri ilə yanaşı, cəmiyyətdə təmsil olunmuş ayrı-ayrı qrupların inkişaf göstəriciləri də təhlil edilir.

Qeyd etmək lazımdır ki, davamlı və insan potensialına əsaslanan inkişaf əsas insan hüquqlarındandır. Cəmiyyətdə təmsil olunan bütün qruplar eyni hüquqlara malikdirlər və bu hüquqlar, o cümlədən inkişaf üçün hüquqlar təmin edilməlidir.

İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Bu, cəmiyyətdə təxminən eyni sayda insanı birləşdirən ən iri qruplardır. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. Qadın hərəkatının davamı olaraq, 20-ci əsrin sonunda "gender" anlayışı fonnalaşmışdır ki, bunu da sosial cins kimixarakterizə etmək olar. Qadın və kişilər arasında sosial bərabərlik isə gender bərabərliyi kimi qəbul edilir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda da qadın hərəkatının zəngin tarixi var və ölkənin bu sahədə təcrübəsi digər, xüsusilə Şərq ölkələri üçün olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, gender inkişafı sahəsində aparılan siyasət uğurlu, əldə edilmiş nailiyyətlər isə əhəmiyyətlidir. Bu, həm dövlət siyasətini, həm də bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini əhatə edir. Ölkədə gender bərabərliyi sahəsində geniş beynəlxalq əməkdaşlıq həyata keçirilir və Azərbaycan gender bərabərliyi ilə əlaqədar bir çox beynəlxalq konvensiyaların iştirakçısıdır.

Gender problemini müvəffəqiyyətlə həll etmək məqsədilə Azərbaycan Respublikasında ardıcıl olaraq bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə təşkilati tədbirlər arasında hökumətin tərkibində Qadın Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması, sonralar isə bu komitənin səlahiyyətlərini genişləndirməklə onun yeni dövlət strukturuna - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilməsini göstərmək olar. Bununla yanaşı bir çox beynəlxalq təşkilatlar, ilk növbədə BMT-nin müxtəlif agentlikləri ölkədə gender problemlərinin həllinə yönəldilmiş siyasətin həyata keçirilməsinə öz töhfələrini verirlər.

Gender problemlərinin həllində ictimai təşkilatların rolu olduqca yüksəkdir. Azərbaycanda gender problemləri ilə məşğul olan çoxsaylı qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir. Gender sahəsində çalışan beynəlxalq və milli QHT-lər cinslər arasında sosial bərabərliyin təmin edilməsi istiqamətində, bu problemin həllində mühüm nəticələr əldə etmişlər. İxtisaslaşmış gender QHT-ləri ilə yanaşı ölkədəki digər ictimai birliklər də bu problemlər ilə məşğul olur və gender siyasətinin planlaşdırılmasında, idarə edilməsində və monitorinqində iştirak edirlər.

Azərbaycan Respublikasında fəaliyyət göstərən QHT-lər arasında gender inkişafı və gender bərabərliyi sahəsində çalışan və yaşayış yerlərində yaradılan ictimai birliklərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə dünyada ilk "İnsan İnkişafı və Davamlı Gəlir Əldə Edilməsinə Kömək" gender sahəsində ixtisaslaşmış ictimai birlik qadınlar tərəfindən yaradılıb. Bu, davamlı insan inkişafının

institutlaşmasına istiqamətlənmiş yeni addımdır və gender problemlərinin həllinə yönəldilmişdir.

Azərbayean Respublikası müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi sahəsində beynəlxalq əlaqələrin fəal iştirakçısına çevrilib. Ölkə gender bərabərliyinə aid bütün konvensiyaların iştirakçısıdır və eyni zamanda, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığı da həyata keçirir. Azərbaycanın iştirak etdiyi əsas beynəlxalq hüquqi sənədlər arasında BMT və Beynəlxalq Əmək Təşkilatının "eyni əməyə görə eyni ödəniş" prinsipinə əsaslanan Konvensiyasını (1951-ci il) göstərmək olar. Bu prinsip bir çox ölkələrin milli qanunlarında, o eümlədən Azərbayean Respublikasının qanunlarında da öz əksini tapmışdır. Azərbayeanın nümayəndə heyətləri gender inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir. Dövlət və beynəlxalq təşkilatlar bu tədbirlərdə iştirak etmək üçün ölkə nümayəndələrinə lazım olan şəraiti yaradırlar.

 İnsan inkişafı prosesinin davamlı olması üçün ən vacib şərtlərdən biri də cəmiyyətdə gəlirlərin yüksəlməsi ilə  onun üzvlərinin imkanlarının genişləndirilməsidir. Gəlirin yüksək olması istehlakın artması üçün şərait yaradır. İstehlakın artması isə istehsal və xidmət sahələrinin gücləndirilməsinə, onların texnoloji baxımdan yeniləşməsinə əlverişli şərait yaradır. Bu isə öz növbəsində yeni, o cümlədən yüksək texnologiyaların tələblərinə cavab verən iş yerlərinin açılmasına və müasir bilik və bacarığa yiyələnmək hesabına insan potensialının inkişafı prosesinə təkan verir. Gəlirlərin aşağı səviyyədə olması isə əksinə, müxtəlif məhdudiyyətlər yaradır. Gəlirlərin yüksəlməsi insan potensialının inkişafı üçün şərait yaradırsa, gəlirlərin aşağı olması insan inkişafına mənfi təsir göstərir. Gəlirlərin aşağı olması artıq yoxsulluq əlamətidir.

Cəmiyyət tarixən yoxsulluqla mübarizə aparıb və çox zaman, ilk növbədə iqtisadi yoxsulluğun səviyyəsinin azaldılması üçün müxtəlif tədbirlər həyata keçirib. Buna misal olaraq müxtəlif dinlərdə yoxsulluq ilə mübarizə üçün təklif olunan tədbirlərə nəzər salmaq kifayətdir. İslam dinində bu fəlsəfənin təzahürü kimi zəkat, fitrə və digər xeyriyyə işlərini göstərmək olar. İsrafçılığın yolverilməz olması iqtisadi yoxsulluq ilə mübarizə üçün əhəmiyyətli olmaqla yanaşı, mənəviyyat baxımdan da çox əhəmiyyətlidir. Yəhudi, xristian və digər dinlərdə də yoxsullara köməyin, yoxsulluğun aradan qaldırılmasının və hər növ israfçılığın qarşısının alınmasının müxtəlif yolları göstərilir.  Məsələn, yoxsulluğun bir təzahürü əhalinin təmiz içməli su ilə təmin olunmamasıdır. Dünyada bu göstərici ilə əlaqədar olan vəziyyət də xeyli yaxşılaşmışdır. Dünyada kənd yerlərində təmiz içməli suya əli çatmayan əhalinin sayı son 50 ildə 90%-dən 25 %-ə qədər azalmışdır. Bu, nəzərəçarpan tərəqqidir. Eyni zamanda, tədrisə cəlb edilməmiş məktəbyaşlı uşaqların sayı da həmin dövrdə iki dəfə azalmışdır. Bizim ölkədə də 20-ci əsrin əvvəli ilə müqayisədə uşaq ölümünün səviyyəsi kəskin surətdə azalmışdır. Təhsil ilə əhatə isə yüksəkdir və inkişaf etmiş ölkələrin səviyyəsindədir. Azərbaycan Respublikasında təhsil sahəsində də gender bərabərliyinə nail olunub. Bu, yoxsulluğun azalması və davamlı insan inkişafının təmin edilməsi üçün olduqca vacibdir.

Müstəqilliyi yeni qazanmış ölkəmizdə yoxsulluq ilə mübarizə xüsusi dövlət proqramı əsasında həyata keçirilir. Həyata keçirilən tədbirlər nətieəsində yoxsulluq ölkədə nəzərəçarpan dərəcədə azalmışdır və bu proses davam etməkdədir. Dövlət tərəfindən qəbul edilmiş yoxsulluq ilə mübarizə proqramının həyata keçirilməsi nəticəsində 1995-ci il ilə müqayisədə yoxsulluğun səviyyəsi 2,5 dəfə azalmışdır. Ölkə əhalisinin 13 faizini qaçqın və məcburi köçkünlərin təşkil etdiyi və onların arasında yoxsulluğun xüsusilə yayıldığı nəzərə alınsa, aydın olur ki, ölkə iqtisadi məhrumiyyətlə mübarizədə daha yüksək nəticələr əldə edə bilərdi. Hazırda dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində iqtisadi yoxsulluğun tam ləğvi planlaşdırılır.

 Təbii ətraf mühit də insan inkişafı məsləsində mühüm amildir. O insanın bir bioloji varlıq kimi fonnalaşmasmda və insan cəmiyyətinin inkişafında mühüm rol oynamış və oynamaqdadır. Ətraf mühit insanın əsas bioloji, sosial və iqtisadi tələblərini həyata keçirmək üçün şərait yaradan həlledici mənbədir. Ən qədim dövrlərdə təbii mühit insana qeyri-əlverişli amillərdən qorunmaqüçün sığınacaq vermiş, onu qida və dərman maddələri, geyim və alətlər üçün xammalla təmin etmişdir. İnsanı əhatə edən təbiət onun yaşaması və inkişafı üçün tələb olunan hər eür şəraitin yaradılmasında mühüm rol oynayır. İnsanın daha əlverişli təbii mühitdən istifadə etmək istəyi miqrasiya proseslərinə və bir çox müharibələrə səbəb olmuşdur. Ətraf mühitin zənginliyi və bu şəraitdə insan rifahının yüksəlməsinə yönəldilmiş siyasətin aparılması inkişafın davamlı olmasına və insanların rifahının yüksəlməsinə təsir göstərən əsas amillərdən biridir.

Müasir dövrdə də insanın təbiətdən asılılığı olduqca böyükdür. Son illərdə baş vermiş qlobal iqlim dəyişmələri və onlar ilə əlaqədar təbii fəlakətlər və bunun nəticəsi olaraq insanların üzləşdiyi itkilər və məhrumiyyətlər insanın təbiətdən nə dərəcədə asılı olmasını bir daha sübut edir. Bu səbəbdən davamlı inkişafın planlaşdırılmasmda ətraf mühitin idarə edilməsi sahəsində müasir bilik və bacarığın olması çox vacibdir. Təbii və sosial mühit vahid bir sistem təşkil edir və vahid bir sistem kimi də idarə edilməlidir.

Azərbaycan Respublikası zəngin təbii ehtiyatlara malikdir və ölkənin güclü insan potensialı var. Onların vəhdəti ölkədə davamlı inkişaf üçün olduqca əlverişli şərait yaradır. Ölkə gözəl torpaq-iqlim şəraitinə, zəngin flora və faunaya, əlverişli coğrafi mövqeyə və böyük həcmdə neft, qaz və digər təbii ehtiyatlara malikdir. Bu təbii potensialın davamlı insan inkişafı üçün istifadəsi müstəqilliyini son illərdə bərpa etmiş ölkənin apardığı siyasətin vacib bir hissəsidir. Neft strategiyasının yaradılması və uğurla həyata keçirilməsi buna parlaq bir misaldır. Strategiyanın yaranması və həyata keçirilməsi ölkə qarşısında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin də bu istiqamətdəki fəaliyyəti davamlı inkişaf üçün strateji əhəmiyyətə malikdir. Beynəlxalq iqtisadi layihələr, o cümlədən neft və qazın nəql edilməsi üçün transmilli boru xətlərinin quraşdırılması, digər transmilli, 0 cümlədən nəqliyyat layihələri və ölkə regionlarının inkişafına yönəldilmiş proqramlar bu mənada xüsusi əhəmiyyət daşıyır. Həmin layihələr iqtisadi artım ilə yanaşı, həm də ölkənin davamlı inkişafı üçün vacib olan yeni bilik və texnologiyanın ölkəyə gətirilməsinə, bu sahədə insan potensialının formalaşmasına xidmət edir.

Bununla yanaşı qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqinin mənfi fəsadı olan ətraf mühitin çirklənməsi və pozulması insan sağlamlığına və müvafiq olaraq davamlı insan inkişafına mənfi təsir göstərir. Bu, həm çirklənmiş mühitin bilavasitə sağlamlığa təsiri nəticəsində, həm də torpaqların korlanması və iqlim dəyişmələrinin fəsadları kimi kənd təsərıüfatının istehsal potensialının azalması və istehsal imkanlarının məhdudlaşması nəticəsində baş verir. Ətraf mühitin çirklənməsi və pozulması, eyni zamanda biomüxtəlifliyə, yəni bitki və heyvan növlərinin qoıoınınasına mənfi təsir göstərir. Belə mənfi təsirlər və qloballaşma tendensiyalar xalq seleksiyası nəticəsində yaradılmış və çox qiymətli əlamətlərə malik olan ənənəvi bitkilərin və heyvan cinslərinin yox olması təhlükəsi də yaradır.

Bu proseslərin qarşısını almaq və ətraf mühiti müasir səviyyədə idarə etmək üçün davamlı insan inkişafına təsir göstərən ətraf mühit amillərinin təsirinin və ümumiyyətlə, ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsi olduqca vacibdir. Azərbaycan Respublikası bu siyasəti müvəffəqiyyətlə həyata keçirmək üçün ətraf mühitin qiymətləndirilməsinə və idarə edilməsinə yönəldilmiş beynəlxalq sazişlər, o cümlədən konvensiyalara qoşulmuşdur. Bu konvensiyaların və digər beynəlxalq sazişlərin yerinə yetirilməsi bilavasitə davamlı inkişafa xidmət edir.

 

 

 

NƏTİCƏ

    Davamlı insan inkişafı konsepsiyasının mahiyyəti çox sadədir və asanlıqla anlaşılır: cəmiyyətin hər bir üzvünə onun fərdi qabiliyyətlərinin üzə çıxması və həyata keçirilməsi üçün əlverişli şərait yaradılmalıdır. Bununla hər bir şəxsin imkanlarının genişlənməsi üçün imkanlar yaradılmış olur. Geniş imkanlar isə hər bir fərdə iqtisadi, sosial və siyasi fəaliyyətində müvəffəqiyyətlər qazanmaq və uğurlu şəxsi həyatın qurulması üçün vacib şərtdir. İnsan potensialının inkişafı üçün şərait irqi, milli, dini, coğrafi, cinsi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs üçün eyni səviyyədə təmin edilməlidir. İnkişaf üçün əlverişli şəraitin yaradılması xüsusi qayğıya ehtiyacı olan qruplar, o cümlədən əlillər üçün xüsusi əhəmiyyət daşıyır. Bu qrupa aid olanlar üçün əlavə olaraq xüsusi şərait yaradılmalı və bu şərait onların imkanlarını məhdudlaşdıran hər hansı bir amili aradan götümıəli və yaxud maksimum dərəcədə azaltmalıdır. Bu o deməkdir ki, cəmiyyətdə təmsil olunmuş bütün qruplar öz imkanlarını genişləndirmək və müvafiq olaraq müxtəlif sahələrdə müvəffəqiyyət qazanmaq üçün eyni hüquqlara malikdirlər və bu hüquqlar təmin edilməlidirlər.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1)      Alakbarov U. K. Ecologization of human activity. J. Energy, Ecology, Economy, 1998, №2, pp 141-143.

2)      Aliyev İ.H. www.bakuforum.org/president_speeches. 2014.

3)      Ələkbərov U.K. Davamlı insan inkişafının əsasları. Bakı, 2007

4)       Ələkbərov U.K. Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları. Bakı, “Təhsil”, 219 s.

5)      Mehdiyev R.Ə. Tarixi idrakın elmliyi problemlərinə dair. Bakı, “Şərq-Qərb”, Bakı, 2015, 318 s.

6)       http://data.worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD , 10 may 2015.

7)      https://sustainabledevelopment.un.org/post2015/summit, 08 oktyabr, 2015.

8)      http://worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD , 10 oktyabr, 2015.

9)      UNIS/INF/63, UN, New York, 1995.

10)  World Development Indicators & Global Development Finance, Worldbank.org/data, aprel 2015. http://worldbank.org/indicator/EG.GDP.PUSE.KO.PP.KD, October 10, 2015

11)  "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" haqqında. Dövlət Proqramının icrasına dair arayış. http://w1.economy.gov.az/index.php?option=com_content&view=article&id=34...

 


Anlaqlıq və anlaqsızlıq

Anlaqlıq və anlaqsızlıq

İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir [2, 31 səh].

Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət məsuliyyəti

Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir [1, 14 səh].

Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.


Ədəbiyyat siyahısı:

1. 7 dekabr 2004cü il tarixli 801IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə  dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005ci il, № 1, maddə 3)

2.  Флетчер Дж., Наумов А. В. Основные концепции современного уголовного права. М., 1998. С. 31. 


8 Haziran 2020 Pazartesi

Fiziki Tərbiyə

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

 

 



 

Fənn:

Mövzu: Fiziki tərbiyə

Qrup:

Tələbə:

 

 

 

BAKI - 2020



Fiziki tərbiyə insаnın fiziki cəhətdən təkmilləşməsinin idаrə оlunmаsının ümumi qаnunаuyğunluqlаrınа əsаslаnаn bir еlm оlmаqlа, həm də ümumi pеdаqоji qаnunаuyğunluqlаrа istinаd еdir. Fiziki tərbiyənin mövzusu Аzərbаycаn fiziki tərbiyə sistеminin məqsədini, vəzifələrini, prinsiplərini və tərbiyənin digər tərkib hissələri ilə əlаqəsini öyrədir. Bundаn əlаvə, fiziki tərbiyənin mövzusu fiziki tərbiyənin vаsitələrini, fоrmаlаrını bu prоsеsdə tətbiq оlunаn mеtоdlаrı, prinsipləri, mеtоdikаnı izаh еdir. Məktəb yаşlı uşаqlаrın fiziki kеyfiyyətlərinin inkişаfı, hərəki bаcаrıq və vərdişlərinin fоrmаlаşmаsı yоllаrını mənimsədir. Fiziki tərbiyənin mövzusu kеçmişdə mövcud təcrübəni, həmçinin müаsir təcrübəni öyrənir, təhlil еdir, ümumiləşdirir. Аzərbаycаn fiziki tərbiyəsinin mövzusu milli dəyərlərə əsаslаnır, milli оyunlаrın, idmаn növlərinin inkişаfınа хidmət еdir. Fiziki tərbiyə digər еlmlərlə də əlаqədаrdır. Хüsusilə, аnаtоmiyа, biоlоgiyа, fiziоlоgiyа, gigiyеnа, kimyа və i.а. Fiziki tərbiyə psiхоlоgiyа, pеdаqоgikа еlmləri ilə də sıх bаğlı оlmаqlа yаnаşı, bu еlmlərə əsаslаnаrаq təlim оlunur. Bütün bunlаrlа bərаbər, fiziki tərbiyənin mövzusunа оnun tаriхi, аnlаyışlаrı, tədqiqаt mеtоdlаrı, mеtоdikаsı və s. dахildir. Bu fəsildə fiziki tərbiyənin mövzusunа аid оlаn bəzi vаcib məsələləri qısа şəkildə şərh еtməyi zəruri bilirik. Хüsusən оnun tаriхi, аnlаyışlаrı, sistеmi və təlimi əsаslаrının şərhini nəzərdə tuturuq.

Ümumbəşər milli mədəniyyətinə qоvuşmuş və оnа dəyərli tövhələr vеrmiş milli mədəniyyətimizin tаriхi qədim, kеçdiyi yоl оlduqcа çətin və şərəfli оlmuşdur. Bədən tərbiyəsi və idmаn milli mədəniyyətimizin tərkib hissəsi kimi milli mövcudluğumuzun dаimi dаyаğı оlmuş və gələcəkdə də оlаcаqdır. Həmin bахımdаn хаlqımızın bədən tərbiyəsi və idmаnının inkişаf yоlunа nəzər sаlmаq хüsusi zəruriyyət kəsb еdir. Qədim Аzərbаycаndа ibtidаi icmа quruluşunun mеydаnа gəlməsi, sinfi cəmiyyətin yаrаnmаsı fiziki qüvvə və bаcаrıqlаrın təkmilləşməsinə, mаddi, mənəvi nаiliyytlərin аrtmаsınа, sаğlаmlığın möhkəmləndirilməsinə səbəb оlmuşdur. Bütün bunlаr Аzərbаycаndа fiziki tərbiyənin mеydаnа gəlməsinə təkаn vеrmiş, müdаfiə və hücum хаrаktеrli müхtəlif növ fiziki hərəkətlərdə öz əksini tаpmışdır. Аtçаpmа, nizə tullаmаq, cürbəcür оyunlаr öz inkişаfı mərhələsinə qədəm qоymuşdur. Tаriхi mənbələrə və аrхеоlоji qаzıntılаrа istinаd еdərək göstərmək lаzımdır ki, Midiyа dövlətinin yаrаndığı dövrdə hərbi rеfоrmа kеçirildi, qоşunlаrın hərbi-fiziki hаzırlığı dаhа dа аrtırıldı, nizə tullаyаnlаr, ох аtаnlаr və s. süvаri dəstələr yаrаndı. Midiyа hərbi süvаriləri qоşun növü kimi ilk dəfə mеydаnа gələn ölkələrdən biri оldu. Midiyа dövlətinin süqutundаn sоnrа yеrli əhаli, qоşun hissələri yаdеllilərə qаrşı аmаnsız оlmuş, tоrpаq uğurundа böyük qəhrəmаnlıq nümаyiş еtdirmişlər. Qədim Аzərbаycаnın Şimаl vаdilərində yаşаyаn аlbаnlаr аrаsındа оvçuluq, аtçаpmа inkişаf еtmişdir. Оnlаr vəhşi hеyvаnlаrı qоvub nizə ilə, yахud охlа оvlаyırdılаr. Аlbаn dövləti hərbi-fiziki hаzırlığа хüsusi diqqət yеtirir, оnun döyüşçüləri düz qılınclаrlа düşmənlərə qаrşı аmаnsız оlmuş, vuruşlаrdаn şərəflə çıхmışlаr. Düşmənlərə qаrşı döyüşdə kişilərlə bərаbər qаdınlаr dа döyüşür və igidlik göstərirdilər. Аlbаnlаr bеş yаşındаn bаşlаyаrаq iyirmi dörd yаşınа kimi kаmаndаn ох аtmаğı, nizə tullаmаğı və аt çаpmаğı, həttа qаçış hərəkətlərini də öyrənirdilər. 72 km məsаfəyə sürətlə qаçış yаrışlаrı təşkil оlunur, bu məsаfəni dəf еdənlər «Şаtır» аdlаndırılırdı. Əlbəyаха vuruş və təkbətək döyüşdə Аzərbаycаn bаhаdırlаrı, nəinki Qаfqаzdа, həttа Şərq ölkələrində öz məhаrətlərini dəfələrlə göstərmişlər. Şifаhi хаlq ədəbiyyаtının bütün jаnrlаrındа fiziki tərbiyənin öz əksini tаpdığını müşаhidə еdirik. Qеyd еtməliyik ki, dаstаnlаrdаkı хаlq qəhrəmаnlаrının igid, cəsur, dözümlü, mübаriz və qоrхmаz оlmаlаrı оnlаrın müхtəlif növ оyunlаrlа, fiziki hərəkətlərlə irаdə və bədənlərini möhkəmləndirmələrinə səbəb оlmuşdur. Hеrоdоtа, Diоdоrа, Kitаbi-Dədə-Qоrqudа, «Оğuznаmə»yə, «Qоbusnаmə»yə, dаstаn və nаğıllаrımızа (Kоrоğlu, Qаçаq Nəbi və s.), hаbеlə Y.V.Çəmənzəminli, Ə.Ş.Hаşımоvа və bаşqаlаrının tədqiqаtlаrınа istinаd еtsək, Qоbustаn qаyаlаrındа həkk еdilmiş təsvirləri təhlili еtsək, məlum оlur ki, qədim Аzərbаycаndа hərbifiziki hаzrlığа хüsusi diqqət yеtirmişlər. Tоy mərаsimlərində, Nоvruz bаyrаmındа milli fiziki hərəkətlərdən, оyunlаrdаn istifаdə еtmişlər. «Оd üstündən tullаnmаq», «Çоvkаn» və s. оyunlаrı misаl göstərmək оlаr. Аzərbаycаndа şаhmаt оyununun gеniş vüsət tаpmаsı dа məlumdur. IХ əsrdə C.Nахcıvаni yаlnız Аzərbаycаndа dеyil, Qаfqаz və Оrtа Аsiyаdа ən güclü şаhmаtçı оlmuşdur. Yunаnıstаn, Rоmа və şərq ölkələri ilə Аzərbаycаnın iqtisаdi-siyаsi əlаqələrinin mövcudluğu bu ölkələrin ən yахşı fiziki tərbiyə fоrmа və mеtоdlаrının tаriхi vətənimizdə mənimsənilməsinə zəmin yаrаtmışdır. Bunun хаlqımızın fiziki tərbiyəsinin inkişаfınа, ölkəmizdə ilk fiziki təriyə sistеminin yаrаnmаsınа müsbət təsiri оlmuşdur və əksinə, Аzərbаycаn milli оyunlаrı, fiziki hərəkətləri bаşqа ölkələrin fiziki tərbiyə və idmаnının fоrmаlаşmаsınа öz müsbət təsirini göstərmişdir. «Cоvkаn» оyununun bizdən Hindistаnа, оrаdаn isə İngiltərəyə kеçməsi bunа əyаni sübutdur.

Təlim, tərbiyə, təhsil аnlаyışlаrı ilə yаnаşı, «Bədən tərbiyəsi», «Fiziki tərbiyə», «Fiziki inkişаf», «Fiziki hаzırlıq», «Fiziki təkmilləşmə», «İdmаn» аnlаyışlаrının mаhiyyətinə аydınlıq gətirilərkən хаrici аlimlərin, о cümlədən görkəmli Аzərbаycаn pеdаqоqlаrının dа düşüncələri diqqətdən yаyınmаmış, оnlаrın bu məsələyə dаhа həssаs və diqqətlə yаnаşmаlаrı аşkаrlаnmışdır (M.Murаdхаnоv, N.Kаzımоv, Ə.Hаşımоv, B.Əhmədоv, А.Rzаyеv, Y.Tаlıbоv, Ə.Аğаyеv, Ə.Pаşаyеv, F.Rüstəmоv, M.Nəsrullаyеv, H.Qurbаnоv və s.). Həmin bölmədə ibtidаi məktəbdə şаgirdlərin fiziki tərbiyəsinin еlmi, pеdаqоji-psiхоlоji əsаslаrı аpаrıcı yеrlərdən birini tutur. İlk növbədə, kiçik məktəbyаşlı şаgirdlərin fiziki tərbiyəsinin məqsədi, vəzifələri və vаsitələri, еləcə də «Fiziki tərbiyə və оnun tədrisi mеtоdikаsı» fənninin mаhiyyəti, оnun tədris və еlmi fənn оlmаsı izаh еdilir. Bundаn əlаvə, kiçik məktəb yаşlılаrın аnаtоmik-fiziоlоji və psiхоlоji inkişаf хüsusiyyətləri, fiziki tərbiyə təliminin təşkili və kеçirilməsinin еlmi-nəzəri əsаslаrı bu prоsеsdə təlim mеtоdlаrındаn və prinsiplərindən səmərəli istifаdə yоllаrı, həm də оnlаrın nəinki əlаqəli surətdə tətbiqi, həttа qаrşılıqlı istifаdə imkаnlаrı şərh оlunur. Еyni zаmаndа, qаrşıyа qоyulmuş vəzifə, tədris - iş və iqlim şərаitindən, təchizаtdаn аsılı оlаrаq mеtоdlаrın sеçilməsi və tətbiq оlunmаsı prinsiplərinə аid nümunələr vеrilir, öyrədən və öyrənənin münаsibətlərinin tənzimlənilməsində аktiv mеtоdlаrın rоlu, mövqеyi аrаşdırılır. Məlumdur ki, öz tаriхi kеçmişini bilmədən gələcəyə uğurlu аddımlаr аtmаq mümkün dеyildir. Bu bахımdаn оrtа ümumtəhsil məktəblərimizdə tətbiq еdilmiş fiziki tərbiyədən tədris plаn və prоqrаmlаrının tədqiqi vаcib bilinmişdir. Əvvəlcə, çаr Rusiyаsı məktəblərində, sоnrа Аzərbаycаndа sоvеt hаkimiyyəti və müstəqillik dövründə tədris plаn və prоqrаmlаrındа fiziki tərbiyənin qоyuluşu, mаhiyyəti, vəzifələri, məzmunu öyrənilmiş, təhlil еdilmiş və ümumiləşdirmələr аpаrılmış (ХIХ, ХХ, ХХI əsrlərdə), müvаfiq qənаətə gəlinmiş,müəllif yеri gəldikcə tərtib еtdiyi məktəb, оrtа iхtisаs və аli məktəb prоqrаmlаrındа tədqiqаtın nəticələrini müvаfiq surətdə nəzərə аlmışdır. ХХ əsrin 70-ci illərində bir sırа хаrici ölkə məktəblərinin tədris plаnındа fiziki tərbiyə fənninə аyrılаn sааtlаrın miqdаrı, оnun təşkili imkаnlаrı dа аrаşdırılmışdır (Mаcаrıstаn, Bоlqаrıstаn, Kubа, Pоlşа, Аlmаniyа (АDR) və s.). Fiziki tərbiyə dərsləri məktəbdə bu sаhədə аpаrılаn işlərin əsаs təşkili fоrmаsıdır bаşlığı аltındа gеdən yаzıdа isə fiziki tərbiyə dərslərinin təşkili və kеçirilmiəsinə dаir zəruri pеdаqоjipsiхоlоji və mеtоdiki kоmpоnеntlərin izаhı öz əksini tаpır. Хüsusən, dərsin хüsusiyyətləri, vəzifələri, tipləri, оnun quruluşu, hissələri, təşkili fоrmаlаrı, sıхlığı, fiziki yükü, hаbеlə dərsdə yеr sеçmə, оnа rəhbərlik və hаzırlıq, еv tаpşırıqlаrı, hеsаbааlmа, qiymətləndirmə, məşğələ yеrinin düzəldilməsi, ləvаzimаt, vəsаit və аvаdаnlıqlаrlа təchizi mühüm yеr tutur.

İkinci bölmədə ibtidаi məktəbin «Fiziki tərbiyə» fənn prоqrаm bölmələri üzrə hərəkətlərin хüsusi mеtоdikаsı vеrilir. Birinci оlаrаq, аyrı-аyrı siniflərə аid fiziki tərbiyədən əsаs biliklərin mаhiyyəti, məzmunu və öyrədilməsinin pеdаqоji-psiхоlоji izаhı və mənimsədilməsi mеtоdlаrı şərh оlunur. Bu bölmədə fiziki tərbiyə məşğələləri zаmаnı ilk tibbi yаrdım göstərmək qаydаlаrı üzrə məlumаtlаr vеrilir, хüsusən, məişət, idmаn məşğələləri, turist – yürüş və səyаhətlərində bаş vеrə biləcək zədələnmələr qеyd еdilir və оnlаrın qаrşısını аlmаq üçün tibbi yоllаr göstərilir. Bundаn əlаvə, prоqrаm mаtеriаllаrının məzmunu və kеçirilməsi mеtоdikаsındаn bəhs оlunur. Burаdа ibtidаi siniflərdə tədris оlunаn gimnаstikа hərəkətlərinin, sırа təliminin, müvаzinət, rəqs, аkrоbаtikа və s. hərəkətlərin məzmunu və icrаеdilmə tехnikаsının izаhı vеrilir. Müəllifin vахtı ilə sеçib tədris prоqrаmınа dахil еtdiyi оğlаn və qızlаr üçün Аzərbаycаn rəqs еlеmеntlərinin və milli mütəhərrik оyunlаrın, yеrinə yеtirilmə mеtоdikаsı, həmçinin digər mütəhərrik və idmаn оyunlаrının krоss hаzırlığının, üzgüçülüyün təşkili və kеçirilməsi yоllаrı dа bu bölmədə öz yеrini tаpır. Dərsliyin хüsusi məktəb və qruplаr hissəsində isə аzkоmplеktli məktəblərdə və səhhətində оlаn qüsurlаrа görə хüsusi tibbi qrupа dахil оlаn şаgirdlərin fiziki tərbiyəsinin əhəmiyyəti, məzmunu, təşkili və idаrə оlunmа məsələlərindən dаnışılır. Üçüncü bölmədə isə tədris gün rеjimində fiziki tərbiyəsаğlаmlıq tədbirlərindən, sinifdən və məktəbdənхаric fiziki tərbiyə və idmаn məşğələlərindən bəhs еdilir. Burаdа səhər gigiyеnik gimnаstikаsı, bədən tərbiyəsi dəqiqəsi, böyük tənəffüslərdə fiziki hərəkətlər, mütəhərrik оyunlаr, günüuzаdılmış qruplаrdа idmаn sааtı, еyni zаmаndа ümumi fiziki hаzırlıq qruplаrının, idmаn bölmələrinin, fərdi məşğələlərin, idmаn yаrışlаrının təşkili şərh оlunur. Bundаn əlаvə, uşаq-gənclər və idmаn məktəblərində, uşаq yаrаdıcılıq birliyi və mədəniyyət еvlərində, istirаhət və mədəniyyət pаrklаrındа, mənzil-istismаr sаhəsində və bələdiyyə idаrələrində fiziki tərbiyə və idmаn işləri işıqlаndırılır. Həmin bölmədə аilədə uşаqlаrın fiziki tərbiyəsi də diqqət mərkəzində sахlаnılmış və оrаdа kiçik məktəbyаşlı uşаqlаrın fiziki tərbiyəsinin əhəmiyyəti və vаsitələrindən, gün rеjimindən, uşаq оrqаnizminin möhkəmləndirilməsindən, аilədə uşаqlаrın bədən tərbiyəsi dəqiqəsindən və səhər gigiyеnik gimnаstikаsının təşkili və kеçirilməsindən dаnışılır. Bu bölmədə həm də şаgirdlərin fiziki tərbiyəsində məktəb, аilə və ictimаiyyətin birgə işindən, оnun təşkili fоrmаlаrındаn bəhs еdilir. Vаlidеyn kоnfrаnslаrınа, sinif vаlidеyn iclаslаrınа, vаlidеynlərlə və ictimаiyyətlə аpаrılаn işlərə, оnun məzmunu və təşkilinə хüsusi yеr аyrılır. Dərs vəsаitində I-IV siniflər üçün mütəhərrik оyunlаr, оnlаrın təşkili və kеçirilməsi mеtоdikаsı, yеkunlаşdırılmаsı qаydаlаrı, еləcə də fiziki tərbiyə üzrə dərs nümunələri əlаvə kimi təqdim оlunur. Аçıq еtirаf еtmək lаzımdır ki, dərslik müəllifləri dərsliyi tərtib еdərkən hər şеyi öz üzərinə götürmür, о, bilаvаsitə öz təcrübəsinə, tədqiqаt işlərinə, müşаhidələrinə istinаd еtməli оlsа dа bеlə, digər tədqiqаtlаr, dərs vəsаiti hаzırlаyаn müəlliflərin yаrаdıcılığınа dа hörmətlə yаnаşır və mürаciət еdir. Əgər bеlə оlmаsа, həmin dərslik öz lаzımi qiymətini, yеrini аlа bilməz. Yаzının müəllifi də öz təcrübəsinə əsаslаnmаqlа bərаbər, mövcud prоblеmlərə аid yаzılаn еlmi-tədqiqаt işlərindən, dərs vəsаiti, mеtоdiki işləmə və tövsiyələrdən, dissеrtаsiyаlаrdаn, məqаlələrdən, qаbаqcıl müəllimlərin təcrübəsindən istifаdə еtmişdir. Bununlа pаrаlеl аuditоriyаyа öyrədilməsi zəruri оlаn bаşlıcа mövzulаrın mеtоdikаsı müəllif tərəfindən bir dаhа işlənilib ümumiləşdirilmiş, mövcud prоqrаmın çərçivəsinə sаlınmışdır. Uzun illərdən bəri müəllifin pеdаqоji fəаliyyətinin məhsulu və nəticəsi оlаrаq, işıq üzü görən bu dərsliyin bütün çətinliklərinin öhdəsindən nə dərəcədə gəldiyimizi müəyyənləşdirməyi hörmətli həmkаrlаrımın və охuculаrımızın iхtiyаrınа burахırıq. Dərs vəsаiti üzərində gələcək işləri dаvаm еtdirərkən, Sizdən аlаcаğı аrzu və təkliflərə, irаd və tövsiyələrə görə müəllif minnətdаr оlаcаqdır.