AZƏRBAYCAN RESPUBLİKASINDA DAVAMLI İNSAN
İNKİŞAFININ TƏMİN OLUNMASI SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
GİRİŞ
MÜNDƏRİCAT
GİRİŞ
1. DAVAMLI İNSAN
İNKİŞAFI
2. ÖLKƏMİZDƏ DAVAMLI İNSAN İNKİŞAFININ TƏMİN OLUNMASI SİYASƏTİ VƏ ONUN ƏSAS İSTİQAMƏTLƏRİ
NƏTİCƏ
İSTİFADƏ OLUNMUŞ
ƏDƏBİYYAT
GİRİŞ
«Davamlı inkişaf» termininin ilk və
daha çox istinad olunan məzmunu ətraf mühit və inkişaf üzrə Ümumdünya
komissiyası (Brundtland Q.X. komissiyası) tərəfindən təklif olunmuşdur. Komissiya
«davamlı cəmiyyət» olaraq, «bu günkü nəslin ehtiyaclarını təmin etməklə gələcək
nəsli öz ehtiyaclarını təmin etməkdən məhrum etməyən» cəmiyyəti adlandırır.
1990-cı ildə təsls edilmiş Beynalxalq davamlı İnkişaf institutu (ÜSD, Vinnipeq,
Kanada, prezident Artur Xanson) davamlı inkişafa aşağıdakı tərifi vermişdir:
«Davamlı inkişaf vahid ətraf mühit iqtisadi səmərəlilik və xalqların rifahının
birliyini ifadə edir».
Daha geniş mənada davamlı inkişaf
anlayışını aşağıdakı kimi ifadə etmək olar:
Davamlı inkişaf dəyişikliklər
prosesi olub, burada təbii ehtiyatların istismarı, investisiva (sərmayə)
qovuluşlarının istiqaməti elmi-texniki tərəqqinin səmti, şəxsiyyətin inkişafı
və quruluş dəyişiklikləri bir-biri ilə uzlaşmış halda insan tələbat və
istəklərinin təmini üçün bu günkü və gələcək potensialı möhkəmlədir.
Davamlı inkişaf hədəflərinə həm innovativ
proseslər, həm də sosial məsuliyyət qaydalarını qəbul və tətbiq edən sosial müəssisələr
yolu ilə töhfə vermək olar. İnsan inkişafına əsaslanan sosial müəssisələrin yaradılması
və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın
müasirləşdirilməsi və ondan səmərəli istifadə, ölkənin iqtisadi, sosial və ekoloji
təhlükəsizliyinin təmin olunması, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində
mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda sosial müəssisələrin yaradılması, onlar
üçün əlverişli investisiya mühiti formalaşdırmaq yolu ilə icmaların iqtisadi inkişafına
yardım etmək, sosial müəssisələrin tətbiqinin ölkə ərazisindəki icmaların inkişafına
yardım edə biləcək mexanizm kimi işlənilib hazırlanması olduqca vacib məqamdır.
Davamlı insan inkişafı
konsepsiyasına görə irqindən, cinsindən, milliyətindən, dini mənsubiyyətindən
və yaxud coğrafi mövqeyindən asılı olmayaraq insan inkişafı üçün mövcud olan və
ya ola biləcək bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Əlillər və
müdafiəyə ehtiyacı olan qruplar üçün də mövcud ola biləcək və onların durumu
ilə əlaqədar bütün məhdudiyətlər qaldırılmalıdır. Bu o deməkdir ki , cəmiyyətdə
təmsil olunan bütün qruplar öz imkanlarının genişləndirilməsi və fərqli
potensialının həyata keçirilməsi üçün eyni hüquqlara malikdir və bu hüquqlar
təmin edilməlidir.
DAVAMLI İNSAN İNKİŞAFI
Tarixi inkişaf və yaxud təkamül
insanın canlıların bir növü kimi inkişafını təzahür edir. Tarixi inkişafla
yanaşı insanın fərdi inkişafı prosesi də məlumdur. Hər bir insanın fərdi
inkişafı rüşeym dövründən tutmuş ölənə kimi bütün mərhələləri əhatə edir. Başqa
sözlə, fərdi inkişaf rüşeym və körpəlik dövrlərindən, uşaqlıq,gənclik,
cavanlıq, yetkinlik və qocalıq dövrlərindən ibarətdir.
Beləliklə, insana aid inkişafdan
bəhs edərkən ənənəvi olaraq insanın bir növ kimi tarixi inkişafı və yaxud hər
bir şəxsin fərdi inkişafı anlama gəlir. Lakin bunların hər ikisi insanın bir
bioloji növ və canlı bir varlıq kimi inkişafına aiddir. Onlar insan inkişafı
üçün mühüm rol oynasalar da, bu, prosesin davamlı olmasını və hər bir fərdin
şəxsi qabiliyyətini tam həcmdə həyata keçirməsi üçün kifayət deyil.
İnsan cəmiyyətinin tarixi inkişafına
nəzər yetirsək görərik ki, insan cəmiyyəti ibtidai icma dövründən müasir ,
yüksək dərəcədə inkişaf etmiş cəmiyyət səviyyəsinə çatmışdır. İnsan
cəmiyyətinin inkişafını xarakterizə edən amillər kimi iqtisadi inkişaf,
texnoloji inkişaf, elmi inkişaf, mədəni inkişaf, sosial inkişaf və s. göstərmək
olar.
Qlobal ekoloji problemlər antropogen
mənşəli fəlakətlər sivilizasiyanın gələcək inkişaf yoluna yenidən baxılma
vacibliyi doğurmuşdur – Dİİ-da.
Üç mümkün yolun olduğu qəbul
olunmuşdur:
1.Antroposentrizm
2.Biosentrizm
3.Davamlı inkişaf
Antroposentrizm – insanın inkişaf
yoludur. İstehlak fəlsəfəsi. Öz artan tələbatını ödəməklə ətraf mühitin
imkanlarını nəzərə almır. Bu, nəzəri cəhətdən resursların tükənməsinə, məhvə
aparır.
Biosentrizm təkamül nəticəsində
biogeokimyəvi dövrlərin yaratdığı optimal strukturu nəzəri olaraq inkar edir.
Bu yol utopik yoldur.
Davamlı inkişaf – istehsal
potensialının uzun dövr ərzində geniş surətdə bərpasının dəstəklənməsinə
əsaslanmış yoldur. Burada sistemin üç sıx əlaqədə olan elementləri arasında
tarazlıq təmin olunur: iqtisadi , sosial sfera, ətraf mühit.
Davamlı inkişafda məqsəd texnogen
təbiət dağıdıcı inkişaf tipindən davamlı inkişaf tipinə keçmək kənd
təsərrüfatında:
əkinlərin zəifləməsi
(deqradasiyası), itirilməsi, duzlaşması, bataqlaşması, səhralaşması, torpağın
texnika ilə yüklənməsi, su ehtiyatlarının kimyəvi məhsullarla çirklənməsi,
heyvandarlıq tullantıları ilə çirklənməsi – bunların qarşısının alınması.
sosial sferada isə: inkişaf etmiş və
kasıb ölkələr, kasıb-varlı, ərzaq böhranı, enerji resurslarının defisiti, etnik
konfliktlərin aradan qaldırılması.
Bu günki sosio-ekoloqo-iqtisadi
sistem qeyri stabildir. Dİ-nin nəzəri-metodoloji əsaslandırılması kifayət
səviyyədə deyildir.
Davamlı inkişaf konsepsiyasının
formalaşması ilk növbədə iqtisadi və sosial tərəqqini ətraf mühitin qorunması
və təbii ehtiyatların səmərəli idarə edilməsi ilə balanslaşdırılmış şəkildə
aparılması zəruriyyətindən əmələ gəlmişdir. Bu səbəbdən davamlı inkişaf 21-ci
əsrin əsas prioritetlərinə aiddir. BMT və YUNESKO tərəfindən 2005-2014-cü illər
davamlı inkişaf səviyyəsində tədris onilliyi elan edilmişdir. Bu sənədin 1 mart
2005-ci ildə BMT-nin Baş Qərargahında-Nyu-Yorkda BMT-nin Baş Katibi Kofi Annan
və YUNESKO-nun Baş Direktoru Koişiro Matsuura tərəfindən imzalanması məsələnin
əhəmiyyətindən xəbər verir.
Təhsilin müasirləşdirilməsi
istiqamətində Azərbaycanın qabaqcıl mövqedə bu proqramın həyata keçirilməsində
2005-ci ilin avqust ayında Bakıda Heydər Əliyev fondunun prezidenti,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və YUNESKO-nun baş direktoru
Koişiro Matsuuranın sədrliyi ilə keçirilən “YUNESKO-Azərbaycan: gələcəyə körpü”
beynəlxalq konfransı xüsusi yer tutur.Davamlı inkişaf çağdaş nəsillərin
rifahının yaxşılaşdırılmasının təmin edilməsini və eyni zamanda bütün gələcək
nəsillərin inkişaf imkanlarının məhdudlaşdırilmamasını nəzərdə tutur. Davamlı
inkişafın əsasını bilik və onun daşıyıcısı insan təşkil edir. Bu səbəbdən insan
potensialının inkişafı davamlı inkişaf prosesinin ayrılmaz bir hissəsidir və
çox zaman bu prosesi davamlı insan inkişafı kimi səciyyələndirirlər.
Davamlı insan inkişafı sahəsində
müasir bilik və bacarıqlar təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi
əhəmiyyət kəsb edir. Bu zaman əsas məqsəd “gələcəksiz inkişafın” və
“bərabərsizliklə müşahidə olunan inkişafın” qarşısını almaqdan ibarətdir. Ətraf
mühitin keyfiyyəti onun necə qorunmasından və təbii sərvətlərdən səmərəli
istifadədən asılıdır. Bu prosesdə müasir biliklərin əhəmiyyəti olduqca
böyükdür. Ümimi inkişafda və əhalinin rifahının yüksəlməsində insan
potensialının formalaşması həlledici rol oynayır. Gələcəksiz inkişafın
alternativi davamlı inkişaf, bərabərsizliklə müşahidə olunan inkişafın
alternativi isə cəmiyyətin hər bir üzvünün inkişafı üçün imkan yaradılmasıdır.
ÖLKƏMİZDƏ DAVAMLI İNSAN İNKİŞAFININ TƏMİN
OLUNMASI SİYASƏTİ VƏ ONUN ƏSAS İSTİQAMƏTLƏRİ
Azərbaycan Respublikasında davamlı
inkişaf və insan potensialının formalaşması istiqamətində və bu məqsədlə
müxtəlif sahələrdə təhlükəsizliyin təmini üçün ardıcıl siyasət həyata
keçirilir. Buna misal olaraq ölkənin və onun vətəndaşlarının təhlükəsizliyinə
yönəldilmiş xarici və daxili siyasəti göstənrıək olar. Azərbaycanın müxtəlif
beynəlxalq qurumlarda üzvlüyü, dövlətlərarası ikitərəfli və çoxtərəfli
müqavilələrdə iştirakı ölkənin təhlükəsizliyini gücləndirir və onun davamlı
inkişafına xidmət edir. Ölkənin müxtəlif regionlarının və iqtisadiyyatın
müxtəlif sahələrinin inkişafına dair tədbirlər, əməkliaqlarmın və müxtəlif
sosial yönümlü müavinətlərin mütəmadi olaraq yüksəldilməsi də ölkənin və onun
vətəndaşlarının iqtisadi təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata
keçirilir.
Ölkədə həyata keçirilən ərzaq
təhlükəsizliyinin təmin olması sahəsində tədbirlər xüsusi ilə qeyd edilməlidir.
Bu sahədə aparılan siyasətin nəticəsində bitkiçilik və heyvandarlıq
məhsullarının istehsalı ardıcıl olaraq artmaqdadır. Üzvi kənd təsərrüfatına,
ekoloji təmiz məhsulların istehsal edilməsinə diqqət və bu istiqamətdə həyata
keçirilən dövlət siyasəti daxili ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı,
kənd təsərrüfatı məhsullarının ixrac potensialını da artırır.
Davamlı insan inkişafının əsas prinsipləri
ondan ibarətdir ki, insan həyatda ən böyük prioritetdir və hər bir şəxsin həyatı
eyni dərəcədə qiymətlidir. Bu prinsiplərə əsasən heç bir fərd öz milli, dini, cinsi,
sinfi və ərazi mənsubiyyətinə görə uzun , dolğun və ləyaqətli həyat sürmək imkanlarından
məhrum edilə bilməz. İnsan inkişafı konsepsiyasına görə hər bir şəxs üçün onun fərdi
qabiliyyətlərini maksimum şəkildə inkişaf etdirmək şəraiti yaradılmalıdır. Bu şərait
onun müxtəlif istiqamətlərdə: iqtisadiyyatda, sosial sahədə, mədəniyyətdə, siyasətdə
inkişafı üçün ən əlverişli mühitin yaradılmasına xidmət etməlidir.
İnsan inkişafının bir xüsusiyyəti də
ondan ibarətdir ki, insanın təhlükəsizliyi onun inkişafının əsas şərti kimi qəbul
edilir. Bu zaman təhlükəsizliyin bütün istiqamətləri, o cümlədən iqtisadi , ərzaq,
ekoloji, ictimai təhlükəsizlik və s. nəzərdə tutulur.
Azərbaycan Respublikasında davamlı inkişaf
və insan potensialının formalaşması istiqamətində və bu məqsədlə müxtəlif sahələrdə
təhlükəsizliyin təmini üçün ardıcıl tədbirlər həyata keçirilir.
Sağlamlıq ən böyük nemətdir və onun göstəriciləri
insan inkişafını səciyyələndirən əsas amillərdən biridir. Davamlı insan inkişafını
səciyyələndirən əmsalların hesablanmasının məqsədlərindən və hesablanan əmsaldan
asılı olaraq fərqli sağlamlıq göstəricilərindən istifadə olunur. Sağlamlığı səciyyələndirən
müxtəlif göstəricilərdən istifadə edilməsi, ilk növbədə ölkələrin inkişaf səviyyəsindən
və müvafiq olaraq, ölkə qarşısında duran sağlamlıq problemlərindən asılıdır. Beynəlxalq
təşkilatların ən çox istifadə etdiyi sağlamlıq göstəricilərindən biri də uzunömürlülükdür.
Davamlı insan inkişafı baxımından həyat və
ölüm arasında sosial bərabərsizlik qeyri-bərabərliyin ən qəbuledilməz təzahürüdür.
Digər tərəfdən uzunömürlülük sağlamlığın ən ümumiləşdirilmiş göstəricisidir və
bu məlumatların toplanması və təhlili üçün əlavə texniki və ya maddi xərclər
tələb olunmur. Sağlamlığın göstəricisi olmaqla yanaşı, ömür müddəti, eyni
zamanda, bu və ya digər ölkə və regionda sosial siyasətin səmərəliliyindən və
onun insan potensialının inkişafına yönəldilməsindən xəbər verir.
Azərbaycan Respublikasında
gözlənilən ömür müddəti 71,9 ildir və bu göstərici kifayət qədər yüksəkdir.
Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması da bu rəqəmə
mənfi təsir göstərir. Təcavüzün nəticələrinin ləğv edilməsi, qaçqın və məcburi
köçkünlərin doğma yurdlarına qayıtması, onların həyatının normallaşdırılması bu
orta rəqəmə müsbət təsir göstərəcəkdir. Ümumiyyətlə, Azərbaycanda mövcud olan
ənənəvi uzunömürlülük və aparılan iqtisadi və sosial islahatlar ölkədə orta
ömür müddətinin daha da artması üçün şərait yaradır.
Biliklərin əldə edilməsi üçün ən
vacib amil olan təhsil davamlı insan inkişafın qiymətləndirilməsində xüsusi rol
oynayır. İnkişafın qiymətləndirilməsi və onun davamlı olmasını müəyyən etmək
üçün istifadə olunan əmsallardan asılı olaraq fərqli təhsil göstəricilərindən
cəlb olunur. Bunardan biri təhsil ilə əhatədir. Bu göstərici ümumi insan
inkişafı və gender ilə əlaqədar əmsalları hesablayanda istifadə olunur.
Ümumiyyətlə, təhsillə əhatə edilmə bu səhədəki siyasətin uğurunu və insan
potensialının inkişafına yönəldilməsini əks etdirən əsas göstəricilərdən biridir.
Bu göstərici müvafiq yaşda olan şəxslərdən təhsilə cəlb olunanların payıdır ki,
bu zaman 6-23 yaşlı əhali arasında təhsil alanların faizi nəzərə alınır. Dünya
üzrə bu göstərici olduqca fərqlidir və 15 faizdən 99 faizə qədər dəyişə bilər.
Azərbaycan Respublikasında bu rəqəm dünya üçün orta göstəricidən xeyli
yüksəkdir. Ölkə ərazisinin işğaldan tam azad edilməsi, qaçqın və köçkünlərin
normal həyatının bərpası bu göstəricinin daha da artması üçün imkan yaradacaq.
Bir digər göstərici olan təhsilin
orta müddəti adətən əhalinin qeydə alınması prosesində və yaxud xüsusi sorğular
nəticəsində əldə edilir və hər hansı bir ölkədə vətəndaşların orta hesabla neçə
illik təhsilə malik olmasını göstərir. Azərbaycanda bu göstərici yüksəkdir və
inkişaf etmiş ölkələr səviyyəsindədir.
Bəzi hallarda insan inkişafının
qiymətləndirilməsi zamanı əlavə göstərici kimi ölkədə elmi fəaliyyətlə məşğul
olanların sayı da nəzərə alına bilər. Bu göstəricilərdən istifadə etməklə ölkə
və yaxud bölgə üçün yeni biliklərin əldə edilməsinə olan diqqət
qiymətləndirilir. Təhsilə, elmə, onların təşkilinə və təminatına fikir verilən
ölkələrdə bilik göstəriciləri yüksək olur və bu da insan inkişafının
səviyyəsinə öz təsirini göstərir. Qeyd etmək lazımdır ki, sağlamlıq və
savadlılıq göstəriciləri Azərbaycanda nisbətən yüksək olduğundan, ölkə insan inkişafı
göstəricilərinə görə bir sıra qonşu şərq ölkələrini qabaqlayır. Son illərdə
yeni məktəblərin və digər tədris ocaqlarının tikilməsi, bərpası, genişlənməsi,
müasirləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş
geniş tədbirlər ölkədə təhsilin səviyyəsinin daha da yaxşılaşdırılmasına təsir
göstərir.
İnsan inkişafına aid əmsal və digər
əmsalların hesablanmasında iqtisadi vəziyyəti səciyyələndirən bir sıra göstəricilərdən
istifadə olunur. Bunların bəziləri bilavasitə istifadə olunmasalar da, ümumilikdə
inkişafın uğurlu olmasından və insan maraqlarına tuşlanmasmdan xəbər verirlər.
Məsələn, ümumi gəlirin neçə faizi nin ərzaq mallarına xərclənməsi belə
göstəricilərdən biridir. Müxtəlif ölkələrdə bu rəqəm fərqlidir və 15 %-lə 90 %
arasında dəyişə bilir. Ərzaq xərclərinin payının ümumi xərclər arasında az
olması ölkə vətəndaşlarının iqtisadi durumunun daha yüksək olmasından və davamlı
insan inkişafı üçün şəraitin daha əlverişli olmasından xəbər verir. Azərbaycan
Respublikasında gəlirlərin ərzaq üçün xərclənən hissəsi tədricən azalır. Son
illər bu göstərici daha yüksək sürətlə azalır. Bu, ilk növbədə ölkədə
yoxsulluğun səviyyəsinin iki dəfədən çox azalması və iqtisadiyyatın sürətli
inkişafı ilə əlaqədardır.
Davamlı insan inkişafını qiymətləndirmə
prosesində və bu sahədə mövcud olan vəziyyətin təhlili zamanı, adətən, bütövlükdə
ölkəyə və yaxud dünyanın hər hansı bir regionuna aid olan məlumatlar təqdim
edilir. Lakin ölkə və yaxud region əhalisinin tərkibi eyni deyil və vətəndaşlar
arasında fərqlər müşahidə edilə bilər. Bir sıra hallarda bu fərqlər onların
irqi, milli, dini və nəhayət, cinsi mənsubiyyəti ilə əlaqədar ola bilər. Bu
fərqlərin aradan götürülməsi üçün ümumi insan inkişafı göstəriciləri ilə
yanaşı, cəmiyyətdə təmsil olunmuş ayrı-ayrı qrupların inkişaf göstəriciləri də
təhlil edilir.
Qeyd etmək lazımdır ki, davamlı və
insan potensialına əsaslanan inkişaf əsas insan hüquqlarındandır. Cəmiyyətdə
təmsil olunan bütün qruplar eyni hüquqlara malikdirlər və bu hüquqlar, o
cümlədən inkişaf üçün hüquqlar təmin edilməlidir.
İnsan cəmiyyətini qadın və kişilər
təşkil edir. Bu, cəmiyyətdə təxminən eyni sayda insanı birləşdirən ən iri
qruplardır. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu
heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir.
Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların
cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin
texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı
rolu dəyişdirmişdir. Qadın hərəkatının davamı olaraq, 20-ci əsrin sonunda
"gender" anlayışı fonnalaşmışdır ki, bunu da sosial cins kimixarakterizə
etmək olar. Qadın və kişilər arasında sosial bərabərlik isə gender bərabərliyi
kimi qəbul edilir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda da
qadın hərəkatının zəngin tarixi var və ölkənin bu sahədə təcrübəsi digər,
xüsusilə Şərq ölkələri üçün olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası
müstəqilliyini bərpa etdikdən sonra, gender inkişafı sahəsində aparılan siyasət
uğurlu, əldə edilmiş nailiyyətlər isə əhəmiyyətlidir. Bu, həm dövlət
siyasətini, həm də bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
(QHT) fəaliyyətini əhatə edir. Ölkədə gender bərabərliyi sahəsində geniş beynəlxalq
əməkdaşlıq həyata keçirilir və Azərbaycan gender bərabərliyi ilə əlaqədar bir
çox beynəlxalq konvensiyaların iştirakçısıdır.
Gender problemini müvəffəqiyyətlə
həll etmək məqsədilə Azərbaycan Respublikasında ardıcıl olaraq bir sıra
tədbirlər həyata keçirilməkdədir. Belə təşkilati tədbirlər arasında hökumətin
tərkibində Qadın Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması, sonralar isə
bu komitənin səlahiyyətlərini genişləndirməklə onun yeni dövlət strukturuna -
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilməsini göstərmək
olar. Bununla yanaşı bir çox beynəlxalq təşkilatlar, ilk növbədə BMT-nin
müxtəlif agentlikləri ölkədə gender problemlərinin həllinə yönəldilmiş
siyasətin həyata keçirilməsinə öz töhfələrini verirlər.
Gender problemlərinin həllində
ictimai təşkilatların rolu olduqca yüksəkdir. Azərbaycanda gender problemləri
ilə məşğul olan çoxsaylı qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir.
Gender sahəsində çalışan beynəlxalq və milli QHT-lər cinslər arasında sosial
bərabərliyin təmin edilməsi istiqamətində, bu problemin həllində mühüm
nəticələr əldə etmişlər. İxtisaslaşmış gender QHT-ləri ilə yanaşı ölkədəki
digər ictimai birliklər də bu problemlər ilə məşğul olur və gender siyasətinin planlaşdırılmasında,
idarə edilməsində və monitorinqində iştirak edirlər.
Azərbaycan Respublikasında fəaliyyət
göstərən QHT-lər arasında gender inkişafı və gender bərabərliyi sahəsində
çalışan və yaşayış yerlərində yaradılan ictimai birliklərin fəaliyyəti xüsusi
əhəmiyyət kəsb edir. Ölkəmizdə dünyada ilk "İnsan İnkişafı və Davamlı
Gəlir Əldə Edilməsinə Kömək" gender sahəsində ixtisaslaşmış ictimai birlik
qadınlar tərəfindən yaradılıb. Bu, davamlı insan inkişafının
institutlaşmasına istiqamətlənmiş
yeni addımdır və gender problemlərinin həllinə yönəldilmişdir.
Azərbayean Respublikası
müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi sahəsində beynəlxalq
əlaqələrin fəal iştirakçısına çevrilib. Ölkə gender bərabərliyinə aid bütün
konvensiyaların iştirakçısıdır və eyni zamanda, ikitərəfli və çoxtərəfli
beynəlxalq əməkdaşlığı da həyata keçirir. Azərbaycanın iştirak etdiyi əsas beynəlxalq
hüquqi sənədlər arasında BMT və Beynəlxalq Əmək Təşkilatının "eyni əməyə
görə eyni ödəniş" prinsipinə əsaslanan Konvensiyasını (1951-ci il)
göstərmək olar. Bu prinsip bir çox ölkələrin milli qanunlarında, o eümlədən
Azərbayean Respublikasının qanunlarında da öz əksini tapmışdır. Azərbayeanın
nümayəndə heyətləri gender inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə mütəmadi
olaraq iştirak edir. Dövlət və beynəlxalq təşkilatlar bu tədbirlərdə iştirak
etmək üçün ölkə nümayəndələrinə lazım olan şəraiti yaradırlar.
İnsan inkişafı prosesinin davamlı olması üçün ən
vacib şərtlərdən biri də cəmiyyətdə gəlirlərin yüksəlməsi ilə onun üzvlərinin imkanlarının genişləndirilməsidir.
Gəlirin yüksək olması istehlakın artması üçün şərait yaradır. İstehlakın
artması isə istehsal və xidmət sahələrinin gücləndirilməsinə, onların texnoloji
baxımdan yeniləşməsinə əlverişli şərait yaradır. Bu isə öz növbəsində yeni, o cümlədən
yüksək texnologiyaların tələblərinə cavab verən iş yerlərinin açılmasına və
müasir bilik və bacarığa yiyələnmək hesabına insan potensialının inkişafı
prosesinə təkan verir. Gəlirlərin aşağı səviyyədə olması isə əksinə, müxtəlif
məhdudiyyətlər yaradır. Gəlirlərin yüksəlməsi insan potensialının inkişafı üçün
şərait yaradırsa, gəlirlərin aşağı olması insan inkişafına mənfi təsir
göstərir. Gəlirlərin aşağı olması artıq yoxsulluq əlamətidir.
Cəmiyyət tarixən yoxsulluqla mübarizə
aparıb və çox zaman, ilk növbədə iqtisadi yoxsulluğun səviyyəsinin azaldılması
üçün müxtəlif tədbirlər həyata keçirib. Buna misal olaraq müxtəlif dinlərdə
yoxsulluq ilə mübarizə üçün təklif olunan tədbirlərə nəzər salmaq kifayətdir.
İslam dinində bu fəlsəfənin təzahürü kimi zəkat, fitrə və digər xeyriyyə
işlərini göstərmək olar. İsrafçılığın yolverilməz olması iqtisadi yoxsulluq ilə
mübarizə üçün əhəmiyyətli olmaqla yanaşı, mənəviyyat baxımdan da çox
əhəmiyyətlidir. Yəhudi, xristian və digər dinlərdə də yoxsullara köməyin,
yoxsulluğun aradan qaldırılmasının və hər növ israfçılığın qarşısının
alınmasının müxtəlif yolları göstərilir.
Məsələn, yoxsulluğun bir təzahürü əhalinin təmiz içməli su ilə təmin
olunmamasıdır. Dünyada bu göstərici ilə əlaqədar olan vəziyyət də xeyli
yaxşılaşmışdır. Dünyada kənd yerlərində təmiz içməli suya əli çatmayan əhalinin
sayı son 50 ildə 90%-dən 25 %-ə qədər azalmışdır. Bu, nəzərəçarpan tərəqqidir.
Eyni zamanda, tədrisə cəlb edilməmiş məktəbyaşlı uşaqların sayı da həmin dövrdə
iki dəfə azalmışdır. Bizim ölkədə də 20-ci əsrin əvvəli ilə müqayisədə uşaq
ölümünün səviyyəsi kəskin surətdə azalmışdır. Təhsil ilə əhatə isə yüksəkdir və
inkişaf etmiş ölkələrin səviyyəsindədir. Azərbaycan Respublikasında təhsil
sahəsində də gender bərabərliyinə nail olunub. Bu, yoxsulluğun azalması və
davamlı insan inkişafının təmin edilməsi üçün olduqca vacibdir.
Müstəqilliyi yeni qazanmış ölkəmizdə
yoxsulluq ilə mübarizə xüsusi dövlət proqramı əsasında həyata keçirilir. Həyata
keçirilən tədbirlər nətieəsində yoxsulluq ölkədə nəzərəçarpan dərəcədə azalmışdır
və bu proses davam etməkdədir. Dövlət tərəfindən qəbul edilmiş yoxsulluq ilə
mübarizə proqramının həyata keçirilməsi nəticəsində 1995-ci il ilə müqayisədə
yoxsulluğun səviyyəsi 2,5 dəfə azalmışdır. Ölkə əhalisinin 13 faizini qaçqın və
məcburi köçkünlərin təşkil etdiyi və onların arasında yoxsulluğun xüsusilə
yayıldığı nəzərə alınsa, aydın olur ki, ölkə iqtisadi məhrumiyyətlə mübarizədə
daha yüksək nəticələr əldə edə bilərdi. Hazırda dövlət tərəfindən həyata keçirilən
tədbirlər nəticəsində iqtisadi yoxsulluğun tam ləğvi planlaşdırılır.
Təbii ətraf mühit də insan inkişafı məsləsində
mühüm amildir. O insanın bir bioloji varlıq kimi fonnalaşmasmda və insan
cəmiyyətinin inkişafında mühüm rol oynamış və oynamaqdadır. Ətraf mühit insanın
əsas bioloji, sosial və iqtisadi tələblərini həyata keçirmək üçün şərait
yaradan həlledici mənbədir. Ən qədim dövrlərdə təbii mühit insana
qeyri-əlverişli amillərdən qorunmaqüçün sığınacaq vermiş, onu qida və dərman
maddələri, geyim və alətlər üçün xammalla təmin etmişdir. İnsanı əhatə edən
təbiət onun yaşaması və inkişafı üçün tələb olunan hər eür şəraitin
yaradılmasında mühüm rol oynayır. İnsanın daha əlverişli təbii mühitdən
istifadə etmək istəyi miqrasiya proseslərinə və bir çox müharibələrə səbəb
olmuşdur. Ətraf mühitin zənginliyi və bu şəraitdə insan rifahının yüksəlməsinə yönəldilmiş
siyasətin aparılması inkişafın davamlı olmasına və insanların rifahının
yüksəlməsinə təsir göstərən əsas amillərdən biridir.
Müasir dövrdə də insanın təbiətdən
asılılığı olduqca böyükdür. Son illərdə baş vermiş qlobal iqlim dəyişmələri və
onlar ilə əlaqədar təbii fəlakətlər və bunun nəticəsi olaraq insanların
üzləşdiyi itkilər və məhrumiyyətlər insanın təbiətdən nə dərəcədə asılı olmasını
bir daha sübut edir. Bu səbəbdən davamlı inkişafın planlaşdırılmasmda ətraf
mühitin idarə edilməsi sahəsində müasir bilik və bacarığın olması çox vacibdir.
Təbii və sosial mühit vahid bir sistem təşkil edir və vahid bir sistem kimi də
idarə edilməlidir.
Azərbaycan Respublikası zəngin təbii
ehtiyatlara malikdir və ölkənin güclü insan potensialı var. Onların vəhdəti
ölkədə davamlı inkişaf üçün olduqca əlverişli şərait yaradır. Ölkə gözəl torpaq-iqlim
şəraitinə, zəngin flora və faunaya, əlverişli coğrafi mövqeyə və böyük həcmdə
neft, qaz və digər təbii ehtiyatlara malikdir. Bu təbii potensialın davamlı
insan inkişafı üçün istifadəsi müstəqilliyini son illərdə bərpa etmiş ölkənin
apardığı siyasətin vacib bir hissəsidir. Neft strategiyasının yaradılması və uğurla
həyata keçirilməsi buna parlaq bir misaldır. Strategiyanın yaranması və həyata
keçirilməsi ölkə qarşısında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin də bu istiqamətdəki
fəaliyyəti davamlı inkişaf üçün strateji əhəmiyyətə malikdir. Beynəlxalq
iqtisadi layihələr, o cümlədən neft və qazın nəql edilməsi üçün transmilli boru
xətlərinin quraşdırılması, digər transmilli, 0 cümlədən nəqliyyat layihələri və
ölkə regionlarının inkişafına yönəldilmiş proqramlar bu mənada xüsusi əhəmiyyət
daşıyır. Həmin layihələr iqtisadi artım ilə yanaşı, həm də ölkənin davamlı
inkişafı üçün vacib olan yeni bilik və texnologiyanın ölkəyə gətirilməsinə, bu
sahədə insan potensialının formalaşmasına xidmət edir.
Bununla yanaşı qeyd etmək lazımdır
ki, elmi-texniki tərəqqinin mənfi fəsadı olan ətraf mühitin çirklənməsi və
pozulması insan sağlamlığına və müvafiq olaraq davamlı insan inkişafına mənfi
təsir göstərir. Bu, həm çirklənmiş mühitin bilavasitə sağlamlığa təsiri nəticəsində,
həm də torpaqların korlanması və iqlim dəyişmələrinin fəsadları kimi kənd
təsərıüfatının istehsal potensialının azalması və istehsal imkanlarının
məhdudlaşması nəticəsində baş verir. Ətraf mühitin çirklənməsi və pozulması,
eyni zamanda biomüxtəlifliyə, yəni bitki və heyvan növlərinin qoıoınınasına
mənfi təsir göstərir. Belə mənfi təsirlər və qloballaşma tendensiyalar xalq seleksiyası
nəticəsində yaradılmış və çox qiymətli əlamətlərə malik olan ənənəvi bitkilərin
və heyvan cinslərinin yox olması təhlükəsi də yaradır.
Bu proseslərin qarşısını almaq və
ətraf mühiti müasir səviyyədə idarə etmək üçün davamlı insan inkişafına təsir
göstərən ətraf mühit amillərinin təsirinin və ümumiyyətlə, ətraf mühitin
keyfiyyətinin qiymətləndirilməsi olduqca vacibdir. Azərbaycan Respublikası bu siyasəti
müvəffəqiyyətlə həyata keçirmək üçün ətraf mühitin qiymətləndirilməsinə və
idarə edilməsinə yönəldilmiş beynəlxalq sazişlər, o cümlədən konvensiyalara
qoşulmuşdur. Bu konvensiyaların və digər beynəlxalq sazişlərin yerinə yetirilməsi
bilavasitə davamlı inkişafa xidmət edir.
NƏTİCƏ
Davamlı insan inkişafı konsepsiyasının mahiyyəti çox sadədir və asanlıqla
anlaşılır: cəmiyyətin hər bir üzvünə onun fərdi qabiliyyətlərinin üzə çıxması
və həyata keçirilməsi üçün əlverişli şərait yaradılmalıdır. Bununla hər bir
şəxsin imkanlarının genişlənməsi üçün imkanlar yaradılmış olur. Geniş imkanlar
isə hər bir fərdə iqtisadi, sosial və siyasi fəaliyyətində müvəffəqiyyətlər
qazanmaq və uğurlu şəxsi həyatın qurulması üçün vacib şərtdir. İnsan
potensialının inkişafı üçün şərait irqi, milli, dini, coğrafi, cinsi
mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs üçün eyni səviyyədə təmin
edilməlidir. İnkişaf üçün əlverişli şəraitin yaradılması xüsusi qayğıya
ehtiyacı olan qruplar, o cümlədən əlillər üçün xüsusi əhəmiyyət daşıyır. Bu qrupa
aid olanlar üçün əlavə olaraq xüsusi şərait yaradılmalı və bu şərait onların
imkanlarını məhdudlaşdıran hər hansı bir amili aradan götümıəli və yaxud
maksimum dərəcədə azaltmalıdır. Bu o deməkdir ki, cəmiyyətdə təmsil olunmuş
bütün qruplar öz imkanlarını genişləndirmək və müvafiq olaraq müxtəlif sahələrdə
müvəffəqiyyət qazanmaq üçün eyni hüquqlara malikdirlər və bu hüquqlar təmin
edilməlidirlər.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1) Alakbarov U. K. Ecologization of
human activity. J. Energy, Ecology, Economy, 1998, №2, pp 141-143.
2)
Aliyev İ.H. www.bakuforum.org/president_speeches. 2014.
3) Ələkbərov U.K. Davamlı insan
inkişafının əsasları. Bakı, 2007
4) Ələkbərov U.K. Davamlı insan inkişafı və
ekoloji sivilizasiyanın əsasları. Bakı, “Təhsil”, 219 s.
5) Mehdiyev R.Ə. Tarixi idrakın elmliyi
problemlərinə dair. Bakı, “Şərq-Qərb”, Bakı, 2015, 318 s.
6) http://data.worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD
, 10 may 2015.
7) https://sustainabledevelopment.un.org/post2015/summit,
08 oktyabr, 2015.
8) http://worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD
, 10 oktyabr, 2015.
9) UNIS/INF/63, UN, New York, 1995.
10) World Development Indicators &
Global Development Finance, Worldbank.org/data, aprel 2015.
http://worldbank.org/indicator/EG.GDP.PUSE.KO.PP.KD, October 10, 2015
11) "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət
Proqramı" haqqında. Dövlət Proqramının icrasına dair arayış.
http://w1.economy.gov.az/index.php?option=com_content&view=article&id=34...
Hiç yorum yok:
Yorum Gönder