AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN
DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
ÜMUMTƏHSİL
MƏKTƏB BİOLOGİYASININ TƏDRİSİNDƏ “CANLILARIN QURULUŞU VƏ MÜXTƏLİFLİYİ” MƏZMUN
XƏTTİ ƏSASINDA MORFOLOJİ ANLAYIŞLARIN ÖYRƏDİLMƏSİ YOLLARI
Tam faylı yüklə
MÜNDƏRİCAT
GİRİŞ.........................................................................................................................3
I FƏSİL. Məktəb biologiyasının
“Canlıların quruluşu və müxtəlifliyi” məzmun xətti üzrə morfoloji anlayışların
öyrədilməsinin ümumi məsələləri
1.1. Ümumtəhsil
məktəb biologiyasının məzmununda morfoloji anlayışların öyrədilməsinin mahiyyəti.........................................................................................6
1.2. “Canlıların quruluşu və müxtəlifliyi”
məzmun xəttinə dair mövzularda morfoloji anlayışların öyrədilməsinin dərsliklərdə
imkanları .................................16
1.2. Problem
baxımından elmi-metodik ədəbiyyatın təhlili.............................30
1.3. “Canlıların
quruluşu və müxtəlifliyi” məzmun xətti mövzularının tədrisində morfoloji
anlayışların öyrədilməsinin məktəblərdə vəziyyəti................33
II FƏSİL. Ümumtəhsil məktəb
biologiyasının “Canlıların quruluşu və müxtəlifliyi” məzmun xəttinə dair morfoloji
anlayışların öyrədilməsinin imkan və yolları
2.1. Fəal təlim metodlarının tətbiqi
ilə morfoloji anlayışların öyrədilməsi............40
2.2. Problem baxımından bitkilərə
dair morfoloji anlayışların öyrədilməsi...........50
2.3. Heyvanların və insanın quruluşu
və müxtəlifliyinə dair morfoloji anlayışların öyrədilməsi..............................................................................................................60
2.4. Pedaqoji eksperimentin təşkili və
nəticələri....................................................67
Nəticə və təkliflər.....................................................................................................71
Ədəbiyyat................................................................................................................73
GİRİŞ
Son illər
respublikamızda təlim və tərbiyə işini yaxşılaşdırmaq, müasir tələblərə, dünya
standartlarına cavab verən səviyyəyə qaldırmaq üçün tədrisdə böyük islahatlar
aparılır. Məktəb partaları arxasında əyləşən şagirdlərə, yeni cəmiyyətin tam
hüquqlu qurucularına yüksək səviyyəli təlim verilməsinə böyük səy göstərilir.
Onlara bir sıra mühüm təlim bacarıqları: lazımi məlumatı axtarmaq və işləmək,
səmərəli, qarşılıqlı fəaliyyət göstərmək, işi qrupda, yaxud fərdi yerinə yetirmək,
məlumatı seçmək, təhlil etmək, qiymətləndirmək, canlıların quruluşunu,
formasını, morfoloji xüsusiyyətlərini təyin etmək, tədqiqatçılıqla bilikləri
müstəqil əldə etmək və tətbiqinə nail olmaq kimi bacarıqlar aşılanır.
Göstərilən təlim nəticələrinin,
həyat bacarıqlarının aşılanması təlimdə canlıların morfoloji quruluşunun öyrənilməsi
tələb olunur. Bunun üçün təlimdə ənənəvi metodlarla əlaqəli şəkildə müasir
metodlardan da istifadə edilməsinə ehtiyac yaranır. Biologiyanın tədrisində
canlılarda gedən bioloji proseslərin dərk olunmasında onların morfoloji əlamətlərinin
dərk edilməsinin əhəmiyyəti böyükdür. Hər hansı canlıda gedən bioloji prosesi
öyrənməkdən əvvəl onun quruluşu öyrədilməlidir. Bunu nəzərə alaraq biologiyanın
tədrisində aşağı siniflərdə daha çox canlıların quruluşunun öyrədilməsinə
imkanlar yaradılmışdır. Lakin dərsliklərdə morfoloji anlayışların öyrədilməsi
imkanları geniş omlasına baxmayaraq məktəblərdə müəllimlər ondan layiqincə
istifadə etməkdə çətinlik çəkirlər. Bu sahədə onlara kömək edəcək tədqiqatların
aparılmasına, əsərlərin yazılmasına ehtiyac vardır. Morfoloji anlayışların daha
asan öyrədilməsi, yaddaşda möhkəmləndirilməsi tədrisdə tətbiq olunan
metodlardan çox asılıdır. Ona görə də müəllimlərə fəal təlim metodlarının tədrisdə
səmərəli tətbiqi ilə morfoloji anlayışların öyrədilməsinin imkanları və
yollarını tədqiq etməyi lazım bilindi.
Çünki, fəal təlim metodunun dərslərdə tətbiqi
şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafına kömək edir.
Fəal təlim prosesində müəllim problemli
vəziyyət yaradır, şagirdləri tədqiqat fəaliyyətinə cəlb edir, biliklərin
müstəqil əldə edilməsi üçün lazımi vəsaitləri təşkil edir, şagirdlər
təşəbbüskar, yaradıcı olaraq bilik əldə edirlər. Fəal təlim prosesinin əsas
xüsusiyyətləri:
Tədqiqatın obyekti. Biologiyadan “Canılların
quruluşu və müxtəlifliyi” məzmun xəttinə dair mövzuların tədrisində morfoloji
anlayışların öyrədilməsi fəaliyyətidir.
Tədqiqatın predmeti. Ümumtəhsil məktəb
biologiyasının tədrisində “Canlıların quruluşu və müxtəlifliyi” məzmun xətti
əsasında morfoloji anlayışların öyrədilməsi yollarıdır.
Tədqiqatın vəzifələri aşağıdakı kimi
planlaşdırıldı:
-
Məktəb biologiyasının “Canlıların quruluşu və
müxtəliliyi” məzmun xətti üzrə morfoloji anlayışların öyrədilməsinin
mahiyyətinin açılması;
-
Problemin həlli baxımından elmi-metodik ədəbiyyatın
təhlili ilə nöqsanların aşkar edilməsi;
-
Problemin fənn kurikulumunda və dərsliklərdə
qoyuluşunun təhlili;
-
Problemin məktəblərdə vəziyyətinin öyrədilməsi;
-
Ümumtəhsil məktəb biologiyasının “Canlıların
quruluşu və müxtəlifliyi” məzmun xətti üzrə morfoloji anlayışların
öyrədilməsinin imkan və yollarının müəyyənləşdirilməsi;
-
Bitkilərlə bağlı mövzularda morfoloji anlayışların
öyrədilməsi yollarının araşdırılması;
-
Heyvanların quruluşu və müxtəlifliyinə dair
mövzuların tədrisində morfoloji anlayışların öyrədilməsi yollarının müəyyən
edilməsi;
-
Problemin həllinə yönəlmiş fərziyyələrin morfoloji
anlayışların öyrədilməsi yollarının səmərəliliyinin pedaqoji eksperimentlə
təsdiq edilməsi.
Tədqiqatın fərziyyələri:
-
Məktəb biologiyasının “Canlıların quruluşu və
müxtəlifliyi” məzmun xətti üzrə morfoloji anlayışların öyrədilməsi şagirdlərin
idrak fəallığını artırır, mənimsəməni asanlaşdırır;
-
Şagirdlərə morfoloji anlayışların öyrədilməsi digər
bioloji anlayışların dərk edilməsinə zəmin yaradır;
-
Biologiyanın tədrisində morfoloji anlayışların
öyrədilməsi şagirdlərin canlı obyekt və hadisələri dərindən dərk edilməsini,
biliklərin uzun müddət yadda qalmasını təmin edir.
Tədqiqatın elmi yeniliyi. Biologiyadan “Canlıların quruluşu və
müxtəlifliyi” məzmun xətti üzrə morfoloji anlayışların öyrədilməsi imkanları və
yolları ilk dəfədir ki, tədqiq edilir.
Tədiqatın praktik əhəmiyyəti. Tədqiqatdan alınan nəticələr
dərsliklərin, metodik vəsaitlərin yazılmasında istifadə oluna bilər.
Dissertasiyanın quruluşu. Dissertasiya işi giriş, 2 fəsil, 7
yarımfəsil, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısını əhatə
etməklə 75 səhifə həcmindədir.
I
FƏSİL. MƏKTƏB BİOLOGİYASININ “CANLILARIN QURULUŞU VƏ MÜXTƏLİFLİYİ” MƏZMUN XƏTTİ
ÜZRƏ MORFOLOJİ ANLAYIŞLARIN
ÖYRƏDİLMƏSİNİN ÜMUMİ MƏSƏLƏLƏRİ
1.1. Ümumtəhsil
məktəb biologiyasının məzmununda morfoloji anlayışların öyrədilməsinin mahiyyəti
Məlumdur
ki, insan təfəkkürünün əsas təzahür formalarından biri anlayışdır. Anlayış
maddi cisim və hadisələrin ümumi və mühüm əlamətlərinin inikasından ibarət olan
təfəkkür prosesidir. Anlayışlar sözlər əsasında yaranır, onlar da obyektiv gerçəkliyin
subyektiv surətləridir. Lakin duyğu, qavrayış və təsəvvürlər varlığın bilavasitə
təsiri nəticəsində əmələ gələn tək-tək cisim və hadisələrin inikası olduğu
halda, anlayışlar idrak prosesinin nəticəsi olub, cisim və hadisələrin ümumi və
mühüm əlamətlərinin inikasıdır. Anlayışın köməyi ilə biliklərin əhatəsi genişlənir,
məzmunu isə dərinləşir, anlayışlardan istifadə etməklə biliklər möhkəmlənir, dəqiqləşir.
Anlayışlarda yalnız ümumi cəhət deyil, eyni zamanda cisim və hadisələr
arasındakı ümumi münasibətlər də əks olunur. Anlayış cisim və hadisələrin əlaqə
və münasibətlərini əks etdirərək hadisədən mahiyyətə keçir və beləliklə, mücərrəd
xarakter kəsb edir. Digər tərəfdən, yalnız cismə xas olan əlaməti deyil,
ümumiliyə xas olan əlaməti əks etdirir.
Anlayış
təfəkkürün xüsusi forması olub, onun xarakterik cəhətləri aşağıdakılardır:
• anlayış materiyanın məhsuludur.
• anlayış idrakda ümumiləşdirmə rolu oynayır.
• anlayışın insanın şüurunda formalaşması onun
nitq, yazı və ya simvollarda göstərilməsi ilə üzvi əlaqələnir.
Şagirdlərin
idrakında anlayışlar tədricən formalaşır və bu proses aşağıdakılarla
üzvi surətdə əlaqədardır:
-
İdrakın ilk mərhələsində şagirdlər müxtəlif və konkret həndəsi fiqurlarla tanış
olurlar. Məsələn, müxtəlif ölçülü və rəngli dördbucaqları nəzərdən keçirək. Onlar bu fiqurların hər
birini görür, onun elementlərini nəzərdən keçirir. Bu qayda ilə «görmə
prosesində şagirdlərin şüurunda həqiqi aləm inikas olunur». Başqa sözlə,
şagirdlər həmin həndəsi fiquru qavrayırlar, bu idrakın ilk mərhələsidir. Həm həndəsi
fiqurları gördükdən sonra, bu fiqurlar üçün ümumi olan xarakterik cəhətin
nə olduğunu şagirdlərdən soruşsaq, şagirdlər göstərilən fiqurların hər birinin
dörd tərəfi olduğunu söyləyəcəkdir. Deməli, şagirdlərin şüurunda yeni forma - dördbucaqlının
dörd tərəfinin olması haqqında təsəvvür yaranmış olacaqdır.
-
Şagirdlər baxdıqları fiqurların dörd tərəfinin olduğunu görmüş, onu qavramış və
təsəvvür etmişlər. İdrakın sonrakı pilləsində göstərilən xassə, yəni
dördbucaqlının dörd tərəfinin olması ixtiyari dördbucaqlılara aid xarakterik xüsusiyyət
olduğu aydınlaşır. Beləliklə, çoxbucaqlıların ümumi xassəsi müəyyənləşdirilmiş
olur, yəni ixtiyari dördbucaqlının dörd tərəfinin olduğu aydınlaşdırılır. Deməli,
şagirdlərin şüurunda dördbucaqlı anlayışı formalaşmışdır. Göründüyü kimi,
anlayış mücərrədləşdirmə ilə üzvi surətdə əlaqədar olan ümumiləşdirmə prosesində
yaranır.
-
Anlayış təfəkkür forması olub, öyrənilən obyektin əsas xassəsini əks etdirməsi,
həndəsi anlayışlara tərifi verdikdə, onları təsnif etdikdə həndəsi anlayışlar
sisteminin formalaşdırılmasına şərait yaradır.
Maddi
aləmin dərk olunma prosesi duyğu və qavrayışlardan başlanır və məntiqi təfəkkür
fəaliyyəti ilə davam edir. Həqiqəti bilavasitə hiss üzvlərimizlə deyil, idrak
pilləsində öyrənmək, cismin, hadisənin mühüm zəruri və təsadüfi əlamətlərini dərk
etmək zəruridir. Anlayışlar təfəkkürün yüksək pilləsi olduğundan, onun əmələ gəlməsində
qavrayış və təsəvvür kimi psixi proseslərdən də istifadə etmək lazımdır.
Anlayış
analiz və sintez, mücərrədləşmə və ümumiləşmə kimi psixi priyomlarla
formalaşır. Deməli, anlayış eyni cinsdən olan və bir-birinə oxşayan cisim və
hadisələrin mühüm əlamətlərinin, əsas xüsusiyyətlərinin ümumiləşmiş şəkildə əks
etdirilməsindən ibarət olub, cisim və hadisələri duymaq, qavramaq və onların təsəvvür
edilməsinə əsasən yaranan təfəkkür formasıdır.
Əsas
həndəsi anlayışları və bu anlayışlar sistemini mənimsəmək anlayışların ciddi
elmi tərifini, təkliflərin məntiqi isbatını, bunlar arasındakı daxili əlaqəni
öyrənməyə imkan verir. Bununla da şagirdlərdə təklifləri əsaslandırmaq üçün məsuliyyət
hissi tərbiyə edilir və onlara mühakimələrinə tənqidi yanaşmaq, kifayət qədər əsaslandırılmamış
təklifləri qəbul etməmək kimi vərdişləri aşılayır. Beləliklə, onlar ayrı-ayrı
anlayış və təklifləri verir, bunlar arasındakı əlaqəni şüurlu başa düşürlәг.
Riyazi anlayışların fəal mənimsənilməsi ondan ibarətdir ki, şagird hər hansı həndəsi
fiqurla əsas və əsas olmayan xassələri (əlamətləri) fərqləndirə bilsin, həmçinin
bu əlamət (və ya əlamətlər) vasitəsilə anlayışa tərif versin.
Şagirdlərə
öyrətmək lazımdır ki, hər bir anlayış maddi aləmdəki şeylərin xassələri
arasındakı müəyyən münasibəti əks etdirir. Təəssüflə qeyd etmək lazımdır ki, müəllimlər
çox zaman müxtəlif əyani vəsaitlərdən kifayət qədər istifadə etmirlər. Halbuki,
əyani vəsaitlər həndəsi obrazların düzgün təsəvvür olunmasına yaxşı kömək edir.
Bununla əlaqədar
olaraq təhsil siyasətinin istiqaməti dəyişmiş, xüsusilə müəllim hazırlığı məsələsi
ön plana çəkilmişdir. Fikrimizcə, müəllim hazırlığının iki istiqamətdə inkişaf
etdirilməsi məqsədə müvafiq bilinməlidir:
1. Pedaqoji ali təhsil müəssisələrində, Beynəlxalq təşkilatların
keçirdiyi konfrans və seminarlarda, yerli təhsil orqanları nəzdinə təşkil
edilmiş kurslarda və s.
2. Müstəqil olaraq müxtəlif mənbələrdən (internetdən,
pedaqoji, psixoloji və metodik ədəbiyyatdan, elektron kitabxanalardan və s.)
istifadə edilir.
Hər bir fənnin məzmunundan
asılı olaraq tətbiq edilən metodlar fərqləndirilir. Təlim metodu fənnin məqsədi,
məzmunu ilə sıx əlaqədə olmalıdır. Bu baxımdan pedaqoqların, didaktiklərin
verdiyi təlim metodlarından ayrı-ayrı fənlərin tədrisi üçün daha səmərəlilərin
seçilməsi, istifadə edilməsi müəllimin öyrədəcəyi məzmuna uyğun olması əsas məsələlərdəndir.
Biologiyadan
anlayışların öyrədilməsində bir çox təlim metodlarından istifadə olunur.
Fənnin tədrisində
morfoloji anlayışların öyrədilməsində şifahi metodların xüsusi yeri vardır.
Bunlardan şərh metodundan bir sıra didaktik məsələlərin həll edilməsində
istifadə olunur. Müəllim şagirdlərə canlıların quruluşunu, onların formasını, təşkil
olunduğu orqan, toxuma, hüceyrələr haqqında geniş məlumat vermək imkanını
artırır. Metodun tətbiqi şagirdlərin dərketmə fəaliyyətini idarə edir, şagirdlərə
öyrədəcək materialı seçir, onlarda materialı öyrənməyə stimul yaradır. Çevik və
mütəhərrik metod olan şərhin köməyi ilə müəllim az vaxtda daha çox materialı,
anlayışları şagirdlərə çatdırmaq imkanı əldə edir. Məkan və zamanca şagirdlərdən
uzaq və yaxın olan ölkələri, proseslər haqqında maksimum bilik verir. O, təlimin
öyrədici, inkişafetdirici və tərbiyəedici funksiyalarını yerinə yetirir. Şifahi
şərh metodunda şagirdlər dərsdə zahirən passiv görünsə də, onlar fəaldırlar. O,
qavradığı yeni materialı, mövcud biliyi, keçmiş təcrübəsi ilə əlaqələndirir,
müqayisə edir, onun haqqında düşünür. Müəllimin şərhini dinləyən şagird öz
mimikası ilə materialı necə mənimsədiyini, şübhəsini, materiala öz münasibətini
əks etdirir. Müəllim isə hadisə və prosesləri şərh edə-edə şagirdlərin hisslərini,
həyəcanlarını, şübhə və çətinliklərini görür və onları aradan qaldırır.
Şərh zamanı müəllim
mövzunun ardıcıllığını, başlıca cəhətlərini diqqətə çatdırır, hadisələrin, obyektlərin
əsas əlamətlərini, morfoloji xüsusiyyətlərini aydınlaşdır. Şifahi şərh
metodunda şagirdlərin fəaliyyətini idarə edəcək: ritorik suallar, pauza,
intonasiyanı dəyişmək, emosional vəziyyət almaq, mimikanı dəyişdirmək kimi
priyomlardan istifadə edilir.
Şifahi şərh zamanı
müəllim qabaqcadan dərsə hazırlaşması, morfoloji anlayışlara dair mövzularını
tam əhatə etməsi vacibdir. O, hər hansı orqanın quruluşunu izah edərkən
tablodan, şəkillərdən, slaydlardan, elektron dərsliyin fraqmentlərindən istifadə
etməyi planlaşdırmalı olur. Eyni zamanda müəllim canlının quruluşuna dair keçilənləri
yada salır, onlarla əlaqə yaradır. Meterialın təşkili təsvir-nağıl və problemli
xarakterli olmasına onu daha maraqlı edir. Şifahi şərh metodunda müəllim bəzən
şagirdlərin diqqətini şərh olunan məsələ ətrafında cəmləşdirməkdə, onlara fərdi
yanaşmaqda, idarəetmə, əks-əlaqə yaratma proseslərinin həyata keçirilməsində çətinlik
çəkir. Bu çətinliyi müsahibə metoduna istinad etməklə aradan qaldırmaq
mümkündür. Müsahibə müəllimin şagirdlərlə dialoq şəklində apardığı fəaliyyət
növüdür. Biologiyada anlayışlar, o cümlədən morfoloji anlayışların insan
kursunun tədrisində müsahibə metodu xüsusi əhəmiyyətə malikdir. O, şagirdə
faktların təhlilində, oxşar və fərqli xüsusiyyətlərin tapılmasında, təhlil
işində, şagirdlərin nəticə çıxarmaq, ümumiləşdirmə aparmaq fəaliyyətində kömək
edir. Şagird fikirlərini sərbəst söyləyir, səhvlərini dərk edir, düzəldir.
Metod müəllimə şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, tərbiyələndirməyə
imkan verir. Bu metod şagirdlərin müstəqilliyinə, müstəqil fikir söyləmək
bacarığına şərait yaradır.
Müsahibədə əsas alət
sualdır. Sual aydın, məntiqli, dürüst, sadə, anlaşılan və qısa olmalıdır.
Şagirdlərin təsadüfən «hə» və ya «yox» cavablandırılan suallardan çəkinmək
lazımdır. Sual adətən sinfə verilir, lakin bir şagirddən cavab alınır. Birinci
şagird cavab verə bilmədikdə və ya çətinlik çəkdikdə ikinci, üçüncü şagirdin
ona kömək etməsinə imkan yaradılır. Müəllim köməkçi suallarla şagirdin düzgün
cavabı tapmasına kömək göstərilir. Müsahibə metodunda suallar qabaqcadan
hazırlanır, onların ardıcıllığı gözlənilir. Asandan çətinə, xüsusidən ümumiyə
prinsipinə əməl olunur. Müsahibənin müvəffəqiyyəti müəllimin verdiyi sualların
məzmun və xarakterindən çox asılıdır. Suallar müxtəlif məqsədlərə xidmət etməlidir.
Onlar:
·
faktları
müəyyən edən;
·
anlayışların
yada salınmasını həyata keçirən;
·
anlayışların
formalaşmasına, faktlar, hadisələr, proseslər arasında yeni əlaqələrin müəyyənləşdirilməsi
məqsədini güdən;
·
canlı obyektin xarici və
daxili quruluşunun təsvir edilməsinə yönələn;
·
öyrənilən
anlayışların mühüm əlamətlərinin ayrılmasına, xüsusiliyin və ümumiliyin müəyyən
edilməsinə həsr olunan;
·
səbəb-nəticə
əlaqələrinin tapılması məqsədinə xidmət edən;
·
faktların,
anlayışların dürüstləşdirilməsi məqsədi daşıyan;
·
biliyin
tətbiqinə yönələn xarakterdə olmalıdır.
Müəllim
sual-cavabdan sonra müsahibəyə yekun vurur, nəticə çıxarır, məzmunu sistemə salır. Müsahibədə şagirdlərin fəallığına
diqqət edilməli, onların da suallar verməsinə imkan yaradılır.
Kitab
üzərində iş metodunda müəllim şagirdlərə kitab üzərində işləmək qaydalarını öyrətməlidir.
Doğrudur, aşağı siniflərdə bu metoda şagirdlər alışdırılır, lakin hər bir fənnin
spesifik xüsusiyyətləri nəzərə alıır. Biologiya
dərsliyində verilən şəkillərdən
istifadə etmək bacarıqları aşılanır. Mətnlə şəkildə verilənlər tutuşdurur,
müqayisə edilir. Müəllim
canlı obyektlərin quruluşuna dair mətni
oxuyaraq, onu plan, sxem, cədvəl formasında sistemləşdirilməni, dərslikdəki şəkil
və sxemlərdən istifadə edilməsi qaydalarını öyrədir. Müəllim şagirdlərin dərsdəki mətn, şəkil və sxemlərdən istifadə etməyi mövzunu öyrənməyin yollarını izah edir. Başa düşülməyən hissələrin aydınlaşdırılması
müəllimin əsas vəzifəsidir.
Eyni zamanda hissə-hissə, bütöv və ya müəyyən bir hissəni oxumağı diqqətə çatdırılır. Mətni oxuyan şagird şəkildə göstərilən
hissələri tapır, müşahidə edir. Yaxud mətndə oxuduğu orqanı və ya hissəni
şəkildə, sxemdə tapmağı, onu müşahidə, təsvir
etməyi həyata keçirir.
Şagirdlərin
bilik keyfiyyətini yüksəltmək, təlimin səviyyəsini artırmaq,
anlayışların, xüsusilə morfoloji anlayışların öyrədilməsi üçün əyani
metodlardan istifadə edilməsi daha əhəmiyyətlidir. Əyani metodlarla
şagirdlərə canlının orqanlarının quruluşu,
forması, onun hissələri
nümayiş etdirilir. Müəllim mövzu ilə bağlı əyaniliyi vaxtında
əldə edir, onun müşahidəsinə şərait yaradır. Tədrisdə əyaniliyin əsasən iki növündən istifadə
olunur: təbii (obyekt və hadisələrin özlərinin nümayişi və onların müşahidə
obyektinə çevrilməsi) və simvolik əyaniliklər (fotolar, şəkillər, müqəvvalar,
sxemlər, maketlər, kino, diafilm, diapozitiv materiallar, xəritələr, maqnitafon
yazıları, kasetlər və s.). Əyaniliyin nümayişi şagirdlərin onun haqqında düzgün
təsəvvür əldə etməsinə, zahiri əlamətlər və cəhətlər haqqında məlumat almasına
kömək edir.
Əyaniliyin,
xüsusilə canlı obyektlərin nümayişi müəllimin sözü ilə sıx əlaqəlidir. Belə
ki:
1.
Müəllim
şagirdlərin müşahidəsini sözlə idarə edir, şagirdlər isə müşahidə etdikləri
obyektlərin əlamətlərini öyrənirlər.
2. Obyektlərin
əlamətləri barədə məlumatları şagirdlər müəllimin şərhindən alırlar, əyani
vasitələr isə bu məlumatları konkretləşdirir və təsdiq edir.
3. Şagirdlər
əvvəlcə əyani vasitələri müşahidə edirlər, sonra müəllimin şifahi şərhinin köməkliyi
ilə obyektdəki əlamətləri ümumiləşdirirlər.
4. Bilik
və təcrübələrinə əsasən şagirdlərin diqqəti obyektdə bilavasitə qavraya bilmədikləri
əlaqə münasibətlərinə yönəldilir və müvafiq nəticələrin çıxarılmasına nail
olunur.
5. Canlı
obyektlərin müşahidəsində şagirdlər onun quruluşunu, formasını, morfoloji əlamətlərini
öyrənir, onu hafizəsində möhkəmləndirir.
Əyani vəsait nümayiş etdirilərkən mövzunun
xüsusiyyətlərindən, müəllimin bacarığından, məktəbin imkanlarından asılı olaraq
bir sıra tələblərə diqqət yetirilməlidir:
·
Nümayiş etdirilən canlı və
ya cansız obyekt sinifdəki bütün şagirdlərin görməsi.
·
Əyaniliklər, xüsusilə
canlı obyektlər mövzunu əhatə etməlidir;
·
Mövzu ilə bağlı əsas əlamətlər
qabarıq şəkildə şagirdlərin nəzərinə çatdırılmalıdır.
·
Əyanilik üzrə izahatın
nümayişdən əvvəl və ya sonra veriləcəyi qabaqcadan müəyyənləşdirilməlidir.
·
Əyani vəsaitin köməkliyi
ilə qavranılan məlumatlar sistemə salınmalı və ümumiləşdirilməlidir.
·
Əyanilik nümayişində əvvəlcə
morfoloji xüsusiyyətlər, sonra onun funksiyası, əhəmiyyəti nəzərə çatdırılır;
·
Əyanilikdəki məlumatların
üzə çıxarılmasında şagirdlərin fəallığına, müstəqililyinə şərait yaradılır;
·
Əyaniliyin nümayişində obyektin
quruluşu, morfoloji əlamətləri digər xüsusiyyətləri arasında əlaqə yaradılır;
Deməli, biologiyanın tədrisində morfoloji
anlayışların öyrədilməsində nümayiş və müşahidə metodlarına daha geniş yer
verilməlidir. Biologiya dərslərində nümayiş və müşahidə metodlarının tətbiqinə
imkanlar genişdir. Belə olduqda şagird ətrafındakı canlıların quruluşu ilə yaxından
tanış olmaq imkanı əldə edir. Əyanilik üzrə müəllim sözü, şifahi şərhi mövzunun
daha dərindən qavranılmasına şərait yaradır. Biologiyanın tədrisində canlı
orqanizmlərin, xarici və daxili orqanlarının quruluşunun kinofraqmentlərin,
slaydların, elektron dərs vəsaiti üzrə nümayişi həyata keçirildikdə təlimin keyfiyyəti
yüksəlir. Şagirdlər orqanizmlərdə bioloji prosesləri dərindən dərk etmələrinə
onlara öyrədilən morfoloji biliklər mühüm rol oynayır. Buna görə də bu gün
dərslərdə İKT-nin imkanlarından geniş istifadə edilməlidir.
Morfoloji
anlayışların öyrənilməsində axtarış metodlarından evristik müsahibəyə daha çox
yer verilməlidir. Metodu tətbiq etməklə müəllim şagirdlərin mövcud biliklərinə
istinad edərək onlar qarşısına düşündürücü suallar qoymalı, onların məntiqi təfəkkürünü
inkişaf etdirməlidir. Evristik müsahibənin mahiyyəti də məhz bundan ibarətdir.
Şagirdləri müəllim düşünməyə vadar etməli, zehni axtarışlara qoşmalı, yeni
biliyi müstəqil yolla mənimsəmələrinə şərait yaratmalıdır. Bu metodda həm müəllim,
həm də şagirdin fəal olması əsasdır. Müsahibə sualları məqsəd və məzmundan
asılı olaraq müxtəlif: bərpaedici, evristik və təkrarlama kimi müsahibə növlərinə
bölünür. Bərpaedici müsahibədən müəllim keçmiş materialı şagirdlərin yadına
salmaq və onları yeni mövzunu mənimsəməyə hazırlamaq məqsədi ilə tətbiq edilir.
Təkrarlama müsahibəsi müəyyən bölmənin, bəhsin tədrisindən sonra biliklərin təkrarlanmasına
xidmət edir. Evristik müsahibədən daha çox yeni anlayışların öyrədilməsində, dərin
bilik verilməsində istifadə olunur. O, şagirdlərin yeni anlayışı, biliyi müstəqil
əldə etmələrinə kömək göstərir. Bu metod qədim olub Sokratın adı ilə bağlıdır.
Sokrat öz yetirmələrinə biliyi hazır şəkildə verməmiş, onları düşündürücü
sualların köməyi ilə həqiqəti dərk etməyə doğru istiqamətləndirmişdir. Şagird
suala səhv cavab verəndə Sokrat onu düzəltmirmiş, əlavə, köməkçi suallarla
cavabın səhv olduğunu başa salırmış, şagirdi düzgün cavaba yaxınlaşdırırmış.
Evristik müsahibə
zamanı biliyin yoxlanılmasına xüsusi vaxt sərf etmək lazım gəlmir. Gündəlik təlim
prosesində əks-əlaqə güclənir və şagirdlərin biliyi müəllimə tam aydın olur.
Çatışmazlıqların tezliklə aradan
qaldırılması işi həyata keçirilir.
Praktik metodlara
başlıca olaraq şagirdlərin müxtəlif tipli çalışma və misallar, məsələlər üzərində
fəaliyyətinin təşkili, eksperiment keçirmək, təcrübə aparmaq aid edilir.
Praktik metodların tətbiqində hiss və əməklə bağlı orqanlar birlikdə fəaliyyətdə
olurlar. Burada müəllim canlıların quruluşu, onların insan orqanizmində gedən
prosesləri bitki və heyvan üzərində təcrübə aparmaqla öyrətməli olur. Qurbağa,
göyərçin, dovşan kimi heyvanları yarmaqla daxili orqanları əyani olaraq göstərilir.
Praktik metodlar vasitəsilə müəllim şagirdlərin biliklərinin tətbiq edilməsini
təşkil edir. Ağız suyu və mədə şirəsinin üzvi maddələrə təsiri laboratoriya məşğələsi
formasında təcrübələrin aparılması ilə aşkar edilir. Belə təcrübələr qabaqcadan
müəllim tərəfindən hazırlanır.
Laboratoriya işləri
frontal və ya praktikumlar şəklində təşkil olunur. Frontal təşkil zamanı
şagirdlərin hamısına eyni iş tapşırılır, praktikum isə şagirdin ayrıca bir
problemi həll etməsidir. Təlim çalışmaları da praktik metodlara daxildir.
Buraya şifahi çalışmalar, yazı işləri, qrafik işlər və digər tapşırıqların
yerinə yetirilməsi aiddir. Çalışmaların düzgün təşkili şagirdlərdə müxtəlif sahələr
üzrə bacarıq və vərdişlər formalaşdırmağa xidmət edir.
Praktik metodların
tətbiqi şagirdlərə təbii obyektlərin morfoloji əlamətlərinin daha da dərindən
öyrənilməsinə imkan yaradır. Təcrübə və laboratoriya işlərində də şagird təbii
obyektlərlə bilavasitə təmasda olur, onlara toxunur. Onların quruluşunu və
formasını daha yaxından öyrənir.
Təlim prosesində
metodlardan ayrı-ayrılıqda istifadə edilməsi o qədər də səmərəli olmur.
Onlardan dərslərdə qarşılıqlı əlaqədə istifadə olunmalıdır. Yüksək təlim
keyfiyyəti onlardan yerində, düzgün, əlaqəli şəkildə istifadə etməyi tələb
edir.
Tədris
metodlarının həyata keçirilməsi bilavasitə metodik priyomlarla bağlıdır.
Metodik priyom tədris prosesində müəllim və ya şagirdlərin fəaliyyətini
ayrılıqda ifadə edən metodun müəyyən bir hissəsi və ya elementidir. Onlar da
yerindən, məqsəd və vəzifələrindən asılı olaraq müxtəlif olur. Metodik
priyomları məntiqi, təşkilati və texniki olmaqla üç qrupa ayırırlar. Metodik
priyomlar tədrisdə metodun tərkibinə daxil edilir. Bütün metodlarda eyni məntiqi
priyomlardan istifadə olunur. Obyektdə əlamətin aşkar edilməsi, obyektin oxşar
və ya fərqli cəhətlərinin ayrılması, müqayisə etmək, nəticə çıxarmaq, ümumiləşdirmə,
sistemləşdirmə hər bir metodda eyni olur. Bu da təbiidir, çünki bütün metodlar
şagirdlərin təfəkkürünün inkişafına, onların müstəqil çalışmalarına xidmət edir.
Təşkilati priyomda
şagirdlər materialı dərk etdikdə görüləcək işə diqqət yetirirlər. Plan tərtibi,
plan üzrə cavab hazırlanması, şagirdlərin diqqətinin təşkili, müəllimin
stolundan obyektin göstərilməsi, nümayişi, plan üzrə müşahidə, tapşırığın
verilməsi, ona nəzarət edilməsi və s. təşkilati priyomlara aid edilir.
Texniki priyomda şagirdlərə
öyrədiləcək materiala uyğun ləvazimatlar, vasitələr, avadanlıqların və s.
hazırlanması, dərsə gətirilməsi nəzərdə tutulur. Metodlara uyğun gələn
priyomların seçilməsi onlardan səmərəli istifadə edilməsi müəllimin ustalığı,
bacarığı ilə bağlıdır. Mövzudan, materialdan, dərsin növündən asılı olaraq
metodlar və ona uyğun gələn priyomlar seçilməlidir. Bütün priyomlar konkret məqsədə
müvafiq olmalı, məqsədyönlü fəaliyyətə əsaslanmalıdır.
Təlim prosesində
heç bir metodu və priyomu təklikdə, başqalarından təcrid olunmuş şəkildə tətbiq
etmək fayda vermir. Müəllim metodlardan təklikdə istifadə etdikdə, məqsədinə
nail olmaqda çətinlik çəkir. Dərsdə metodlar qarşılıqlı əlaqəyə girməlidir. Bu
zaman metodlardan biri daha mühüm yer tutur, ona daha çox istinad edilir, metod
xüsusiyyətini mühafizə edir, digəri bir qədər zəif olaraq, yardımçı mövqedən
çıxış edər, müvəqqəti olaraq priyoma çevrilir. Deməli, metodun müvəqqəti də
olsa, priyom kimi çıxış etməsi onların bir-biri ilə sıx qarşılıqlı əlaqəsini
göstərir.
Biologiyanın tədrisində
müəllim metod, priyom və vasitələri yerində düzgün tətbiq etməklə onların
qarşılıqlı əlaqəsini həyata keçirməklə morfoloji anlayışları öyrədir. Bu zaman
öyrədiləcək obyekt mövzunun məzmunu, dərsin forması, mərhələsi, şagirdlərin yaş
və bilik səviyyələri nəzərə alınır.
Müəllim illik iş
planında hər bir mövzunun tədrisində istifadə edəcəyi metodu, priyomu, əyani
vasitələri təxmini də olsa göstərir. Lakin bəzən dərsdəki mövcud vəziyyətlə
bağlı müəyyən metodu digəri ilə əvəz etmək, vasitələrin daha faydalısını seçmək
lazım gəlir. Belə vəziyyətdə müəllim çıxış yolunu müəyyən etməli və nəzərdə
tutmadığı metodu dərsdə tətbiq etməyi bacarmalıdır. Müəllimin əsas ustalığı burada özünü göstərməlidir.
Bunun üçün müəllimlərdə
metod, priyom, vasitələri seçmək, onlarla işləmək bacarıq və vərdişlərinə malik
olmalıdır. Onlarda dərsdə baş verə biləcək hər cür çətinliyi aradan qaldırmaq
onu yoluna qoymaq, tezliklə bir metoddan, digərinə keçmək, priyomları, vasitələri
müəyyənləşdirmək qabiliyyətləri inkişaf etməlidir. Bütün bu bacarıq və qabiliyyətlər
müəllimlərə tədrisdə məqsədinə nail olaraq uğurlu nəticələr qazanmaq imkanı
verir.
Adları çəkilən
metod, priyom və vasitələrdən istifadə etməklə müəllim şagirdlərə morfoloji
anlayışları dərindən öyrədir.
1.2. “Canlıların quruluşu və
müxtəlifliyi” məzmun xəttinə dair mövzularda morfoloji anlayışların öyrədilməsinin dərsliklərdə imkanları
Tədqiqatın keyfiyyətli aparılmasında onun təşkili
imkanlarının araşdırılması vacibdir. Ona görə də problem baxımından müasir dərsliklərdə
onun imkanları araşdırıldı. Alınan materiallar ümumiləşdirildi və mövzular üzrə
sistemə salındı. Biologiya dərsliklərində morfoloji anlayışların öyrədilməsinə
aşağı siniflərin dərsliklərində daha geniş imkanlar vardır. Yuxarı sinif dərsliklərində
isə daha çox bioloji proseslərə yer verilir.
Biologiya
VI sinif
Tədris vahidi
|
Mövzu
|
standart
|
Morfoloji anlayışlar
|
I
|
Biologiya canlı orqanizmlər haqqında
|
Vətənimizin təbiəti
|
4.1.1
|
|
|
elmdir.
Fəsil 1.
Biologiyanın tədqiqat obyektləri
|
Canlı orqanizmlərin əsas xüsusiyyətləri
|
2.1.1
|
Canlıların quruluşu forması
|
2
|
Canlı orqanizmlərin quruluşu
Fəsil 2.
Oranizmlərin
hüceyrəli quruluşu. Toxumalar,
orqanlar və orqanlar sistemi
|
Laboratoriya avadanlıqları
|
1.1.3
|
Böyüdücü cihazların quruluşu
|
Hüceyrənin ümumi quruluşu
|
1.1.2
1.1.3
|
Hüceyrənin quruluşu və forması
|
Prokarot orqanizmlər
|
2.1.3
|
Quruluşu və forması
|
Bakteriyaların yayılması və təbiətdə rolu. Xəstəliktörədən
bakteriyalar. Viruslar
|
1.1.2
2.1.2
4.1.1
|
Xəstəliktörədən bakteriya və virusların quruluşu
|
|
|
Birhüceyrəli və çoxhüceyrəli orqanizmlər
|
1.1.2
|
Birhüceyrəli və çoxhüceyrəlilərin morfoloji əlamətləri
|
Bitkinin törədici, örtük və mexaniki toxumaları
|
1.1.2
|
Bitki toxumalarının quruluşu, forması
|
Bitkinin ötürücü, əsas və ifrazat toxumaları
|
1.1.2
|
Bitki toxumalarının strukturu
|
Heyvan toxumaları
|
1.1.2
2.1.1
|
Heyvan toxumalarının quruuşunun bitki toxumalarından fərqi
|
3
|
Fəsil 3.
Bitkilərin
vegetativ orqanları
|
Heyvanların orqanları və orqanlar sistemi
Ümumiləşdirici tapşırıqlar
|
1.1.2
2.1.1
3.1.2
|
Heyvan orqanlarının morfoloji xüsusiyyətləri
|
Çiçəkli bitkilərin əsas orqanları
|
1.1.2
2.1.1
|
Bitki orqanlarının quruluşu
|
Zoğ və tumurcuğun quruluşu. Tumurcuğun inkişafı
|
1.1.2
2.1.1
|
Tumurcuğun quruluşu və forması
|
|
|
Gövdənin daxili quruluşu
|
1.1.2
2.1.1
2.1.3
|
Gövdənin daxili quruluşu
|
Yarpağın xarici quruluşu. Yarpaqların düzülüşü
|
1.1.2
2.1.1
|
Yarpaqların quruluşu və forması, düzülüşü
|
Yapağın hüceyrəvi quruluşu
|
1.1.2
2.1.1
|
Yarpaq hüceyrəsinin quruluşu
|
Kökün quruluşu. Kökün növləri və sistemləri
|
1.1.2
2.1.1
|
Kökün quruluşu və forması
|
Bitki orqanlarının yeraltı şəkildəyişmələri
|
1.1.2
4.1.1
|
Şəklini dəyişmiş orqanların quruluşu
|
Bitki orqanlarının yerüstü şəkildəyişmələri
Ümumiləşdirici tapşırıqlar
|
1.1.2
4.1.1
|
Şəklini dəyişmiş orqanların quruluşu
|
|
Bitkilərin generativ orqanları
|
Çiçək
|
1.1.2
|
Çiçəyin quruluşu
|
Çiçək qrupları
|
1.1.2
4.1.1
|
Çiçək qruplarının quruluşu
|
Toxumun quruluşu
|
1.1.2
|
Toxumun quruluşu və forması
|
Meyvə
Ümumiləşdirici tapşırıqlar
|
1.1.2
|
Meyvənin quruluşu və forması
|
7-ci sinif mövzularının məzmun
standartlarının reallaşdırılması
Tədris vahidi
|
Mövzular
|
standart
|
Inteqrasiya
|
I
|
Canlılar aləminin müxtəlifliyi və onun öyrənilməsi
Fəsil 1. Canlı orqanizmlər və onların öyrənilməsi
|
Mikroskopiya
|
1.1.2
2.1.1
|
Mikroskopun quruluşu
|
2
|
Bitkilər, bakteriyalar və göbələklər aləminin müxtəlifliyi
Fəsil 2. İbtidai və ali sporlu bitkilər
|
Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl
yosunlar
|
1.1.2
1.1.3
2.1.1
|
Yosunların quruluşu
|
Çoxhüceyrəli yaşıl yosunlar
|
1.1.2
2.1.1
|
Çoxhüceyrəli yaşıl yosunların quruluşu
|
Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti
|
1.1.2
2.1.1
|
Qonur və qırmızı yosunların quruluşu
|
|
|
Ali sporlu bitkilər. Mamırlar şöbəsi
|
1.1.3
2.1.1
|
Mamırların quruluşu
|
|
|
Qıjıkimilər. Qıjıların çoxalması
|
1.1.2
|
Qıjıkimilərin quruluşu
|
|
Qatırquyruğular və plaunlar. Qıjıkimilərin əhəmiyyəti
Ümumiləşdirici tapşırıqlar
|
1.1.2
1.1.3
|
Qatırquyruqluların quruluşu
|
Çılpaqtoxumlular şöbəsi
|
1.1.3
2.1.1
|
Çılpaqtoxumlu bitkilərin quruluşu
|
|
Fəsil 3. Ali toxumlu bitkilər
|
Örtülütoxumlular şöbəsi. Ikiləpəlilər sinfi
|
1.1.2
|
İkiləpəlilərin quruluşu
|
İkiləpəlilər sinfi. Xaççiçəklilər fəsiləsi
|
1.1.2
2.1.1
|
Xaççiçəklilərin quruluşu
|
İkiləpəlilər sinfi. Paxlalılar və badımcançiçəklilər fəsiləsi
|
1.1.2
2.1.1
|
Paxlalılar və badımcançiçəklilərin quruluşu
|
|
İkiləpəlilər sinfi. Mürəkkəb çiçəklilər fəsiləsi
|
1.1.2
2.1.1
|
Mürəkkəbçiçəklilərin quruluşu
|
|
|
Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsiləsi
|
1.1.2
2.1.1
|
Taxıllar və zanbaqlar fəsiləsinin morfoloji əlamətləri
|
|
Fəsil 4.
Bakteriyalar, göbələklər, şibyələr
|
Göbələklər aləmi. Papaqlı göbələklər
|
1.1.2
1.1.3
|
Göbələklərin quruluşu
|
|
|
Şibyələr.
Ümumiləşdirici tapşırıqlar
|
|
Şibyələrin quruluşu
|
|
Heyvanlar aləminin müxtəlifliyi.
Fəsil 5.Birhüceyrəli və çoxhüceyrəlilər yarımaləmi
|
Çoxhüceyrəlilər yarımaləmi. Bağırsaqboşluqlular tipi
|
1.1.2
1.1.4
|
Birhüceyrəli heyvanların quruluşu və formaları
|
Yastı qurdlar tipi
|
1.1.4
|
Bağırsaqboşluqlular tipi heyvanların quruluşu
|
Yastı qurdların həyat fəaliyyəti
|
2.1.1
|
Yastıqurdların quruluşu
|
Sap qurdlar tipi
|
1.1.4
|
Sap qurdların quruluşu
|
|
|
Həlqəvi qurdlar tipi
|
1.1.4
|
Həlqəvi qurdların
quruluşu
|
|
Fəsil 6.
Çoxhüceyrəli yarımaləmi
Molyuskalar və buğumayaqlılar
|
Molyuskalar tipi.
|
1.1.4
|
Molyuskaların quruluşu
|
|
|
Buğumayaqlılar tipi
Xərçəngkimilər sinfi
|
1.1.4
|
Xərçəngkimilərin quruluşu
|
Hörümçəkkimilər sinfi
|
1.1.4
|
Həşəratların quruluşu
|
|
Fəsil 7.Xordalı heyvanlar
Kəlləsizlər. balıqlar, suda- quruda yaşayanlar və sürünənlər
|
Xordalılar tipi. Kəlləsizlər yarımtipi: Başıxordalılar
sinfi
|
1.1.4
|
Neştərçənin quruluşu
|
Kələlilər yarımtipi
Balıqlar
|
1.1.4
|
Kəlləlilər, balıqların quruluşu
|
|
|
Suda-quruda yaşayanlar sinfi
|
1.1.4
4.2.1
|
Suda-quruda yaşayanların quruluşu
|
|
|
Sürünənlər sinfi
|
1.1.2
2.1.1
|
Sürünənlərin quruluşu
|
|
Fəsil 8. Xordalı heyvanlar. Quşlar və məməlilər
|
Quşlar sinfi
|
1.1.2
2.1.1
|
Quşların quruluşu
|
Məməlilər sinfi
|
1.1.2
2.1.1
|
Məməlilərin quruluşu
|
|
|
|
|
|
|
|
|
|
|
8-ci
sinif
Tədris vahidi
|
Mövzu
|
standart
|
Morfoloji anlayışlar
|
|
Nəzarətçi və nizamlayıcı sistemlər. Sinir sistemi
|
Canlılarda sinir sistemi
|
1.1.2
|
Sinir sisteminin quruluşu
|
İnsanın sinir sistemi və onun reflektor funksiyası
|
1.1.3
|
|
Mərkəzi sinir sistemi
|
1.1.2
|
Mərkəzi sinir sisteminin quruluşu
|
Periferik sinir sistem
|
1.1.2
|
Periferik sinir sisteminin quruluşu
|
Hormonal sistemimiz
|
1.1.2
|
Endokrin vəzilərin quruluşu
|
|
Dayaq-hərəkət aparatı
|
Bədənimizin dirəkləri
|
1.1.2
|
Skletin quruluşu
|
|
Qan-damar sistemi
|
Daxili maye mühitimiz
|
2.1.1
|
Qan-damar sisteminin quruluşu
|
V
|
Tənəffüs sistemi
|
Ağciyərlər tənəffüs hərəkətləri, qazlar mübadiləsi
|
2.1.1
|
Ağciyərlərin quruluşu
|
VI
|
Həzm sistemi
|
Qida maddələri və həzm orqanları
|
2.1.3
|
Həzm orqanlarının quruluşu
|
VII
|
İfrazat sistemi
|
Böyrəklərin quruluşu, sidiyin əmələ gəlməsi
|
2.1.3
|
Böyrəklərin quruluşu
|
|
Duyğu orqanlarımız
|
Eşitmə və müvazinət orqanı – qulaq
|
1.1.2
|
|
|
|
Dəri-toxuma və hissetmə orqanımızdır
|
1.1.2
|
|
|
|
Qoxu və dad orqanlarımız
|
1.1.2
|
|
IX sinif
Tədris vahidi
|
Mövzu
|
standart
|
|
Hüceyrə canlının quruluşun inkişaf vahididir
|
Hüceyrə strukturları və onların funksiyaları
|
Hüceyrə strukturlarının quruluşu
|
Hüceyrənin həyat dövriyyəsi. Xromosomlar
|
Xromosomların quruluşu
|
XI
sinif
II
|
Mikrobiologiya
|
Mikroorqanizmlər
|
Mikroorqanizmlərin quruluşu və forması
|
Təhsildə
aparılan islahatların nəticəsi olaraq milli və fənn kurikulumları hazırlandı və
onların tədrisdə səmərəli tətbiqinə başlanıldı. Nəticəyönümlü kurikulumlarda
yetişdiriləcək şəxsiyyətlərin əsas keyfiyyətləri müəyyən edildi. Hərtərəfli
inkişaf etmiş şəxsiyyətin yetişdirilməsinin imkan və yolları göstərildi.
Fənn
kurikulumlarında isə milli kurikulumun tələblərini ödəyəcək məzmun, təlim strategiyaları və qiymətləndirmə
normaları göstərildi. Biologiya fənninin məzmun xətlərinin birincisi haqlı
olaraq “Canlıların quruluşu və müxtəlifliyi” kimi təsdiq edildi. Sənəddə o, belə
əsaslandırıldı. Bu məzmun xətti üzrə şagirdlər canlıları, cansızlardan fərqləndirmək,
canlıları öyrənən elm sahələrini, canlıların təşkil səviyyələrini, sistematik
kateqoriyaları, canlıların funksional və inkişaf vahidi olan hüceyrənin
quruluşu və kimyəvi tərkibini, hüceyrəsiz quruluşa malik olan virusların
xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə praktik təcrübələr apararaq nəticələr
əldə etmək bacarığına yiyələnirlər.
Gördüyünüz
kimi məzmun xəttlərinin adından və tələblərindən aydın olur ki, canlıların
quruluşuna dair mövzular morfoloji anlayışlarla zəngindir. Belə ki, hüceyrənin,
mikroorqanizmlərin, göbələk, şibyə, bitki, heyvan və insanların quruluşuna dair
anlayışlar morfoloji anlayışlara daxildir. Hüceyrənin quruluşunun izahında onun müxtəlif formaları (sapşəkilli,
uzunsov, dairəvi, yarpaq, silindr, düzbucaqlı, yastı və s.), strukturu nüvənin,
sitoplazma və qılafın quruluşu morfolji anlayışlardır.
Hüceyrəyə
dair morfoloji anlayışlar sonrakı dərslərdə toxuma və orqanlara dair
anlayışlarla zənginləşir. Belə ki, bitki toxumaları olan törədici, ötürücü,
örtük, mexaniki, əsas, ifrazat toxumalarının quruluşunu əks etdirən morfoloji
anlayışlar verilir. Həmin anlayışlar heyvanların epiteli, birləşdirici, əzələ və
sinir toxumalarına dair morfoloji anlayışlarla əlaqələndirilir və onlardan fərqləndirilir.
Bu anlayışlar daha mürəkkəb olan orqan və
orqanizmin təşkil səviyyələrinə dair anlayışlarla daha da təkmilləşdirilir.
Bundan sonra bitkilərin vegetativ orqanları: kök, gövdə, yarpaq, generativ
orqanları: çiçək, toxum, meyvə, onların şəkildəyişmələri haqqında ayrı-ayrı
mövzular verilir və orada lazımı qədər
morfoloji anlayışlar ətraflı izah olunur.
Morfoloji
anlayışların siniflər yüksəldikcə mürəkkəbləşməsini, təkmilləşməsini, alt
standartların inkişafında və onlar əsasında nəşr olunan dərsliklərdə görmək olar.
6-cı
sinfin biologiya dərsliyində “Canlı orqanizmlərin quruluşu” bölməsində hüceyrənin,
toxuma, orqan və orqanlar sisteminə dair morfoloji anlayışlar verilir. Hüceyrə,
toxuma, orqan və orqanlar sisteminin quruluşu, forması, harada yerləşməsi kimi
morfoloji anlayışlar izah olunur. Sonra bitkilərin vegetativ və generativ
orqanlarının quruluşu, forması, orqanizmin hansı nahiyəsində yerləşdiyi haqqında
morfoloji anlayışlar izah olunur. Onlar əvvəl keçilmiş anlayışlarla əlaqələndirilir,
daha da zənginləşdirilir.
7-ci
sinif dərsliyində ibtidai və ali bitkilər, ali toxumlu bitkilər, bakteriyalar,
göbələklər, şibyələr kimi materallarda daha da inkişaf etdirilir. Adı çəkilən
bitki və digər canlılarla bağlı morfoloji anlayışlar öyrədilir.
Belə
ki, əvvəl birhüceyrəli mikroskopik heyvanlar sarkomastiqoforlar və infuzorlar
tipinin heyvanları izah edilir, sonra çoxhüceyrəli heyvanların quruluşuna dair
moroloji anlayışlar verilir.
6-cı
sinifdə öyrədilən anlayışlarla əlaqə yaradılaraq daha mürəkkəb anlayışların öyrədilməsinə
başlanılır. Anlayışlar çoxhüceyrəli heyvanların mürəkkəbləşməsi ilə daha da
çoxalır və onlar qurdlar, molyusklar, buğumayaqlılar kimi onurğasız heyvanlar
üzərində izah olunur.
Xordalı
heyvanlar neştərçə, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilərə
dair heyvanların quruluşunun öyrədilməsində yeni morfoloji anlayışlar dərslikdə
öz əksini tapır. Belə ki, hüceyrənin quruluşu ilə bağlı şagirdlər nüvə,
sitoplazma, qılafın, orqanizmlərin quruluşu, bir-birindən fərqi, onun səbəbləri
aydınlaşdırılır. Sonra bitki toxumalarının quruluşu, oxşar və fərqli cəhətləri,
heyvan toxumalarının quruluşu, bitki toxumalarından və bir-birindən quruluşuna
görə fərqlənməsi aydınlaşdırılır. Toxumalar əsasında orqanların qurulması,
onların quruluşca fərqləri, funksiyalarına görə müxtəlifliyi izah edilir.
Orqanlarla bağlı morfoloji anlayışlar orqanlar sistemlərinin quruluşu ilə daha
da mürəkkəbləşir. Öyrənilən morfoloji anlayışlar əsasında bakteriyaların, göbələklərin,
şibyələrin morfologiyası izah edilir. Bütün bu anlayışlar əsasında birhüceyrəli
heyvanlardan tutmuş ali məməli heyvanlara qədər hər bir tipə daxil olan
heyvanın quruluşu, müxtəlifliyi, onun səbəbləri izah olunur.
8-ci
sinif dərsliyində 6-7-ci sinif dərliklərində verilmiş, xüsusilə məməli
heyvanlarla bağlı morfoloji anlayışlar insanın quruluşu ilə təkmilləşdirilir,
daha da zənginləşir. Beləliklə, morfoloji anlayışlar tədricən mürəkkəbləşir,
ümumiləşir. Onlar ayrılıqda deyil, bir-biri ilə eyni zamanda digər anlayışlarla
əlaqələndirilir.
Məsələn,
canlını təşkil edən hüceyrə, toxuma, orqan və orqanlar sisteminin quruluşu ilə
bağlı morfoloji anlayışlar onların funksiyası və digər əlamətləri ilə əlaqələndirilir.
Morfoloji anlayışlar fizioloji, sitoloji, histoloji anlayışların izahına, dərk
edilməsinə kömək edir və canlının biologiyasının tam şəkildə başa düşülməsinə
imkan yaradır.
Əvvəlcə
öyrənilmiş anlayışlar yeri gəldikcə təkrar edilir, bəziləri mürəkkəbləşir, digərləri
qruplaşdırılır, ümumiləşdirilir.
Dərsliklərdə
yeni anlayışların nəzərə çarpması üçün xüsusi yazılış formalarından istifadə
olunur, şəkil, sxem üzrə göstərilir. Bunlar dərsliyin müsbət cəhətlərindəndir.
Anlayışlar, o cümlədən morfoloji anlayışlar canlının şəkli üzrə izahda, təriflərdə,
qaydalarda öz əksini tapır. Onların yaddaşda möhkəmləndirilməsinə xidmət edən
tapşırıqların verilməsi də müsbət haldır. Hər fəslin sonunda məzmun ümumiləşdiriməsində
də morfoloji anlayışlar ümumiləşdirilir və sistemə salınır.
Bütün
bunlar mövzuların dərindən dərk edilməsini, onu uzun müddət hafizədə
saxlanılmasını təmin edir, şagirdlərin elmi dünyagörüşünü formalaşdırır.
Biologiyanın
tədrisi üçün dərslikdə əvvəlcə morfoloji anlayışların verilməsinin əhəmiyyəti
böyükdür. Belə ki, canlı orqanizmlərdə gedən bioloji proseslərin dərk edilməsi
onun quruluşunu, yəni morfologiyasını öyrənmədən mümkün deyildir. Hər hansı
canlının quruluşu onun həyat tərzi, onda gedən bioloji proseslər haqqında müəyyən
qədər məlumat verir. Belə ki, heyvanın quruluşunun öndən sivri olması onun suda
və ya torpaqda yaşamasını göstərir. Ağız aparatının quruluşu heyvanın
qidalanmasına dair təsəvvür yaradır.
Bitkinin kökünün inkişaf etməməsi onun su mühitinə uyğunlaşdığını göstərir.
Bitkinin yarpağının quruluşu onun xarici mühitlə maddələr mübadiləsində
olduğunu sübut edir.
Dərsliklərdəki
canlılara dair morfoloji anlayışlar geniş olub, canlılarda gedən bioloji
proseslərin, onun təbiətdə canlıların, o cümlədən insanların həyatında rolu, həyat
tərzi, qorunması, ona qulluq edilməsi kimi məsələlərin öyrənilməsinə kömək
edir, fənninin məzmununun dərindən dərk edilməsinə geniş imkanlar açır. Eyni zamanda heyvanların
orqanları, orqanlar sistemi, insanın quruluşuna dair morfoloji anlayışlar öz əksini
tapır. Dərsliklərdə morfoloji anlayışlar sadədən mürəkkəbə, xüsusidən ümumiyə,
asandan çətinə prinsipi əsasında
verilmişdir. Bu isə onların bir-biri ilə əlaqələndirilməsinə müqayisə
edilməsinə, fərqli və oxşarlıqlarının aydınlaşdırılmasına şərait yaradır.
Təlim
metodları şagirdlərə bilikləri
mənimsətmək, bacarıqlar
aşılamaq yoludur. Bu prosesdə ən geniş
yayılmış müzakirə -
seçilmiş mövzu və ya məsələ ətrafında ideyaların, məlumatların, təəssüratların, tənqidin,
təkliflərin qarşılıqlı mübadiləsidir
(2, s. 53). Müzakirə fəal təlimdə
ən çox istifadə olunan metodlar qrupudur. Müzakirənin təşkili bir sıra vəzifələri həyata
keçirir:
-
Problemi
həll etmək, onun həlli yolunu tapmaq, qərar qəbul etmək bacarığının
formalaşdırılması;
-
Müzakirə
etmək bacarığının formalaşdırılması, tolerantlığın
aşılanması;
-
Fəal
dinləmə mədəniyyətinin formalaşdırılması;
-
Mənbələrlə
işləmək bacarığının yaradılması;
-
Mövqeyi
məntiqi təqdim etmək bacarığının formalaşdırılması;
-
Məntiqi
və tənqidi təfəkkürün inkişaf etdirilməsi;
-
Fərdi,
cütlərlə, qruplarla işləmək bacarığının formalaşdırılması;
-
Şifahi
nitqin inkişaf etdirilməsi.
Qrup
şəklində müzakirə zamanı iştirakçılar bir-birini dinləməyi, ardıcıllıqla
danışmağı, başqalarının fikrinə hörmətlə yanaşmağı, reqlamentə riayət etməyi
öyrənirlər.
Biologiyanın
tədrisində müzakirə metodunun tətbiqində əsas məqsədlərdən biri bioloji
anlayışların öyrədilməsidir. Fənlərin tədrisində müzakirə metodlarının tətbiqində
əsas məqsəd anlayışları şagirdlərə öyrətməkdir. Biologiyanın tədrisində bioloji
anlayışların öyrədilməsində müzakirə metodu çox səmərəlidir.
Biologiya
elminin anatomiya, morfologiya, fiziologiya, sitologiya, histologiya kimi sahələri olduğundan onun
anlayışları da müxtəlif olur. Onları sitoloji, histoloji, morfoloji, anatomik, fizioloji,
ekoloji, tibbi-gigiyenik olmaqla bir sıra qruplara bölürlər. Anlayışların öyrədilməsində müzakirə metodlarına
daha çox yer verirlər,
onun tətbiqini təmin edirlər.
Biologiyanın
məzmunu fənn kurikulumunda 4 məzmun xətti: Canlıların quruluşu və müxtəlifliyi;
Bioloji proseslər; İnsan və onun sağlamlığı; Canlılar və ətraf mühit istiqamətində verilir
(1, s. 49).
Birinci məzmun xətti canlıların quruluşu və müxtəlifliyinə
dair mövzularda daha çox morfoloji, canlının qruluşunu əks etdirən anlayışlar yer almışdır. Morfoloji anlayışlar müzakirə
açılaraq öyrədildikdə daha asan mənimsənilir, dərsin intensivliyi yüksəlir,
onlar şagirdlərin uzun müddət yaddaşında qalır. Canlıların: mikroorqanizm, bitki, heyvan,
insanın quruluşunu əks etdirən anlayışlara daha çox yer verilir. Belə
anlayışlara bədənin fomrası, onun hissələri (baş, gövdə, ətraflar), onların
quruluşuna dair anlayışlar daxildir. Anlayışlar tədricən inkişaf etdirilir və
biliklərə çevrilir. Biliklərin daha yaxşı mənimsənilməsində müasir təlim metodları,
xüsusilə müzakirə metodları mühüm rol oynayır. Müzakirə metodunda əsas vasitə suallardır. Anlayışların öyrədilməsində
verilən suallara bir sıra tələblər qoyulur.
Suallar:
-
Aydın,
konkret olmalı;
-
Anlayışın
tapılmasına imkan yaratmalı;
-
Anlayışın
quruluşunu əks etdirməli;
-
Sadə
cümlələrlə qurulmalı;
-
Başa
düşülən, şagirdlərin yaş və bilik səviyyələrinə uyğun olmalı;
-
Şagirdlərin
məntiqi və yaradıcı təfəkkürünü inkişaf etdirməli;
-
Anlayışı
tam əhatə etməli;
-
“Hə”,
“yox” cavabı olmamalı;
-
Geniş,
əhatəli cavablara imkan yaratmalıdır.
Biologiyanın
tədrisində müzakirə metodunun tətbiqini tələb edən morfoloji anlayışların öyrədilməsinə
imkan verən mövzular çoxdur. Bunlara canlıların (bakteriyalar, göbələklər, şibyələr,
bitkilər, heyvanlar, insan) quruluşuna dair mövzular aiddir.
Hər bir orqanizmin quruluşu, forması, onun orqanlarının
quruluşuna dair məsələlərin müzakirə metodunun tətbiqi ilə öyrədilməsi
mümkündür.
6-cı
sinifdə biologiyadan əsasən canlıların quruluşu öyrədildiyindən əksər
mövzuların tədrisində morfoloji anlayışların öyrədilməsi imkanları genişdir. Problem baxımından belə imkanlı mövzulara “Bitkilərin vegetativ
orqanları”, “Bitkilərin generativ orqanları”
tədris vahidlərinin mövzularını misal göstərmək olar
(5, s. 74-76).
“Bitkilərin
generativ orqanları” adlı tədris vahidinin birinci mövzusu “Çiçək” adlandırılmışdır. Mövzunun tədrisində çiçəyin quruluşu və onun hissələri şəkil üzrə
verilir. Onların təbii çiçək və ya şəkil üzərində göstərməklə
izah edilməsində müzakirə metodundan istifadə edilir. Bunun üçün aşağıdakı
suallar verilir:
1. Çiçək hansı hissələrdən ibarətdir?
2. Dişiciyin hissələri hansılardır?
3. Çiçəyin ləçəklərinin nə əhəmiyyəti var?
4. Ləçəkləri necə müəyyən etmək olar?
5. Kasa yarpağının quruluşu necədir?
6. Çiçək yatağına nələr daxildir?
7. Tozcuq hansı hissələrdən ibarətdir?
8. Erkəkciyin hansı hissələri vardır?
9. Tozluğun quruluşu necədir?
10. Dişiciyin ağızcığı hansı formadadır?
Verilmiş suallar
ali bitkilərin çiçəyinin öyrənilməsini asanlaşdırır, mənimsəməni yaxşılaşdırır.
Fəslin ikinci mövzusu
“Çiçək
qrupları” kimi adlanır. Mövzu canlıların quruluşunu təsvir edir;
Canlıların ətraf mühitlə və
bir-birilə əlaqəsini izah edir kimi alt standartlarını reallaşdırmalıdır.
Mövzunun tədrisi məqsədi çiçək qruplarının quruluşunu təsvir edir. Çiçək qruplarının bitki və təbiətdə əhəmiyyətini
izah edir kimi müəyyənləşdirilir. Dərsdə
əsasən müzakirə, anlayışın çıxarılması, sual cavab və başqa
üsullar tətbiq edilir. Tədris, kollektiv, qruplarla və fərdi iş formaları ilə
həyata keçirilir.
Dərs
motivasiya ilə başlayır. Lövhədə tək və qruplarda yerləşən müxtəlif çiçəklər
qarışıq halda göstərilir. Müəllim şagirdlərdən soruşur: - Lövhədəki şəkillərdə
nə görürsünüz? Şəkillər onlardakı tək və qruplar halındakı çiçəklər nəzərə
alınaraq lövhədə 2 hissəyə ayrılır. Müəllim şagirdlərə sualla müraciət edir: Bəs çiçəklər hansı əlamətə
görə 2 yerə ayrıldılar?
Tədiqqat
sualı Hansı çiçək qrupları var və onların bitkilər və
təbiət üçün əhəmiyyəti nədir? kimi qoyulur.
Tədqiqatın
aparılmasında şagirdlər 4
qrupa bölünür, onlara iş vərəqləri üzrə maraqlı
suallar verilir.
İnformasiya
mübadiləsi və müzakirəsi mərhələsində hər qrupdan bir nəfər nümayəndə işi təqdim edir.
Qruplar bir-birinin işləri ilə tanış olurlar, suallar ətrafında müzakirələr
aparılır:
-
Çiçək
qrupu nədər ibarətdir?
-
Hansı
bitkilərin çiçəkləri qrup halında yerləşir?
-
Belə
çiçək qrupları necə adlanır?
-
Çiçək
qruplarının bitki üçün əhəmiyyəti nədir?
Müəllim
şagirdlərə verdiyi müxtəlif suallar əsasında cavabları
ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır.
Müəyyən
qaydada, ümumi zoğda, bir-birinin yanında qrup halında yerləşən çiçəklər çiçək
qrupu əmələ gətirir. Qrup halında toplanmış çiçəklər əsas ox adlanan zoğa birləşir. Çiçəklər əsas oxa qısa və ya uzun çiçək
saplaqları vasitəsilə birləşir. Çiçək qrupları sadə və ya mürəkkəb ola bilər.
Sadə çiçək qruplarında çiçəklər bilavasitə çiçək oxuna, mürəkkəb çiçək qruplarında isə əsas oxun şaxələrinə birləşir.
Sadə çiçək qruplarına salxım, çətir, qıça, başçıq, sünbül, səbət, qalxan aiddir. Mürəkkəb çiçək qruplarına isə mürəkkəb
salxım, süpürgə, mürəkkəb sünbül, mürəkkəb çətir aiddir. Çiçək qruplarının əhəmiyyəti:
1. Çiçək qruplarında adətən xırda çiçəklər toplanır ki,
bu da onlara tozlandırıcı həşəratları cəlb etməyə kömək edir.
2. Qruplarda, toplanmış çiçəklər tək yerləşən çiçəklərə
nisbətən yaşıl yarpaqların arasında daha yaxşı nəzərə çarpır.
3. Sallanan çiçək qrupları hava cərəyanının təsiri
altında asanlıqla yellənir və tozcuqların səpilməsinə səbəb
olur (3. s.101-103).
Yaradıcı
tətbiqetmədə şagirdlərə rəngli
kağızlardan və ya tullantı məhsullarından (kağız, butulka, platsmas qablar,
lentlər, sellofanlar və s.) çiçək qruplarını işləmək
tapşırılır.
Dərslərdə
müzakirə metodunun tətbiqi şagirdlər tərəfindən anlayışların, xüsusilə
morfoloji anlayışların
dərindən mənimsənilməsini, onlar arasındakı əlaqələrin dərk edilməsini
asanlaşdırır. Biliklərin uzun müddət yadda qalmasına təminat verir. Bu isə təlimin
keyfiyyətini artırır, şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirir.
1.3. Problem baxımından
elmi-metodik ədəbiyyatın təhlili
Elmi metodik ədəbiyyatlar
problem baxımından təhlil edildi. Müəyyən edildi ki, müasir təlim metodları ilə
morfoloji anlayışların öyrədilməsinə dair bir sıra əsərlər yazılmışdır. Fəal təlim
metodları və onların tətbiqinə dair bir çox əsərlər yazılmışdır.
Fəal təlim
metodlarına giriş kursu üzrə treninq materialları», «Fəal təlim metodlarına
giriş üçün tövsiyələr», «Fəal təlim və məktəb rəhbərliyi» (2001), «Fəal təlim və
məktəb rəhbərliyi», «Tarixin interaktiv təlimi» kimi əsərlərdir.
H.M.Hacıyeva və Ə.M.Məhərrəmovun ali
məktəblərin pedaqoji fakültə tələbələri üçün yazdıqları «Ətraf aləmlə
tanışlığın tədrisi metodikası» dərsliyində (2003) bir bölmə fəal təlim metodlarına
həsr edilmişdir. Lakin burada fəal təlim metodlarının tətbiqi ilə morfoloji
anlaayışların öyrədilməsi tədqiq edilməmişdir. Kitab ibtidai sinif müəllimləri
və tələbələr üçün nəzərdə tutulmuşdur. Ona görə də problem tam həllini
tapmamışdır. Əsərdən müxtəlif fənn müəllimləri vəsaitdən faydala bilərlər.
Ə.M.Hüseynov, Ə.M.Məhərrəmovun yazdığı
«Biologiyanın tədrisi metodikası» kitabında (2003) biologiyanın tədrisində fəal
təlim metodlarının tətbiqi ilə bağlı bölmə verilmişdir. Bu bölmədə işlənmiş
metodika biologiya fənnini tədris edən müəllimlər üçün daha faydalı olub,
bilavasitə biologiyanın tədrisinə tətbiqini öyrənməkdə onlara metodiki
köməklik göstərə bilər. Lakin bu burada da müasir təlim metodları ümumi şəkildə
sadalanır, onların tətbiqinə dair tövsiyələr verilir. Lakin əsərdə morfoloji anlayışların öyrədilməsi problemi həll
edilməmişdir.
H.M. Hacıyeva və X. İbrahimovanın yazdığı
«Botanikanın tədrisində fəal təlim metodlarından istifadə» adlı məqalədə
botanika kursunda yalnız bir mövzunun «Kök sistemi və kökün növləri» mövzusunun
fəal təlim metodları ilə tədrisi verilmişdir. Məqalə biologiya müəllimləri üçün
daha önəmlidir. Ondan müəllimlər, o cümlədən biologiya müəllimləri faydalana
bilərlər. Digər mövzuların da tədrisini həmin dərs nümunəsi üzrə təşkil etmək
mümkündür. Lakin məqalədə morfoloji anlayışların öyrədilməsi məsələsi həllini
tapmamışdır.
H.M.Hacıyevanın «Təbiətşünaslığın
tədrisində fəal təlim metodlarının tətbiqi» məqaləsində təbiətşünaslıqdan bir
mövzunun – «Bostan bitkiləri» mövzusunun tədrisinin fəal təlim metodları ilə
keçirməsi və təşkili məsələlərinə həsr olunmuşdur. Məqalədən müəllimlər fəal təlim
metodlarının tətbiqinin səmərəli yolları ilə tanış olurlar. Məqalədə
biologiyanın tədrisində morfoloji
anlayışların öyrədilməsi problem həll olunmamışdır. Həm də məqalənin çap edildiyi məcmuə fənn müəllimlərinə
çatdırılması ehtimalı çox azdır.
X.Q. İbrahimovanın
yazdığı «Biologiyanın tədrisində fəal təlim metodlarının tətbiqi yolları» adlı
monoqrafiyası müəllimlər üçün tam dəyərli bir əsərdir. Lakin orada da
biologiyadan morfoloji anlayışların fəal təlim metodları ilə tədrisi işi tam
aydınlığı ilə verilməmişdir. Verilən nümunələr tədqiqatın mövzusuna uyğun
olaraq bitkilər və heyvanların quruluşunu, həyat tərzini əhatə edir. Orada
problem həll olunmamışdır.
Ə.M.Hüseynov və
Ə.M.Məhərrəmovun “Biologiya tədrisinin elmi və metodik əsasları” kitabında
“Bioloji anlayışlar sistemi”, “Bioloji anlayışların öyrədilməsi yolları”
mövzuları verilmişdir. Həmin mövzularda bioloji anlayışlar sistemə salınır,
ümumi danışılır. Onların şagirdlərə öyrədilməsi məsələlərinə toxunulur. Lakin əsər
konkret olaraq morfoloji anlayışların tədrisi metodikasına həsr olunmadığından
orada problem həllini tapmamışdır.
Ə.M.Hüseynov və b.
nəşr etdirdiyi “Bioloji anlayışların tədrisi və elmi dünya görüşünün
formalaşdırılmasının yolları” verilir. Anlayışlar haqqında geniş material əhatə
olunur. Lakin morfoloji anlayışların öyrədilməsinin konkret imkanları və
yolları tədqiq olunmamışdır.
H.M.Hacıyeva və
S.M.Abdullayevanın “Ümumtəhsil məktəblərində bitkilər kursunun tədrisində fizioloji
anlayışların öyrədilməsi” kitabı da anlayışların öyrədilməsinə həsr olunmuşdur.
Lakin burada yalnız fizioloji anlayışların öyrədilməsindən söhbət gedir.
Morfoloji anlayışların öyrədilməsi problem həll olunmur.
H.M.Hacıyeva və b.
nəşr etdirdiyi “Orta ümumtəhsil məktəblərində
biologiyanın tədrisində təkamül anlayışlarının öyrədilməsi” adlı vəsaitdə
anlayışların, xüsusilə təkamül anlayışlarının öyrədilməsi problem araşdırılır.
Problemin həllinin səmərəli yolları göstərilir. Əsər adından göründüyü kimi təkamül anlayışlarının tədrisinə həsr olunmuşdur.
Orada morfoloji anlayışların tədrisi problem həllini tapmamışdır.
G.Hacıyevanın
“Biologiyanın tədrisi metodikasıdan mühazirələr” kitabı da biologiyanın, o cümlədən
bioloji anlayışların öyrədilməsinə həsr olunmuşdur. Lakin orada konkret olaraq
morfoloji anlayışların öyrədilməsi problem tam həll olunmamışdır.
Problemlə əlaqəli olan əsərlərin təhlilindən
belə bir nəticəyə gəlindi ki, biologiyanın tədrisində fəal təlim metodlarının
tətbiqi ilə morfoloji anlayışların
öyrədilməsi yollarına dair əsərlər yazılmışdır. Lakin onların əksəriyyətində
bitkilər, heyvanlar və insana dair morfoloji anlayışların öyrədilməsi problem
həll olunmamış qalmışdır. Bəziləri isə ümumi olaraq pedaqoji aspektdə fəal
təlim metodlarına həsr olunmuşdur. Biologiyanın tədrisində müasir təlim
metodlarının tətbiqi ilə morfoloji anlayışların öyrənilməsinə dair konkret
fundamental əsər yazılmamışdır. Belə əsərlərin yazılmasına, anlayışların,
xüsusilə morfoloji anlayışların öyrədilməsini özündə əks etdirən və müasir
metodların tətbiqini əks etdirən metodikanın yazılması, nəşr edilməsi
müəllimlərə çatdırılması aktual məsələlərdəndir. Nəşr olunmuş əsərlər
müxtəlif anlayışlara həsr olunmuş sırf morfoloji anlayışların öyrədilməsi orada əks
olunmamışdır. Fənnin tədrisində müasir təlim metodlarından istifadə etməklə
morfoloji anlayışların öyrədilməsi səmərəli yolları işlənməli və pedaqoji
eksperiment yolu ilə onun səmərəliliyi nəşr olunmalıdır.
1.4. “Canlıların quruluşu və müxtəlifliyi” məzmun
xətti mövzularının tədrisində morfoloji anlayışların öyrədilməsinin məktəblərdə
vəziyyəti
Ümumtəhsil orta məktəbin 8-ci siniflərində
tədris olunur. Bitki və heyvanlara dair bilik toplamış məktəblilər insan
orqanizminin anatomiyası, fiziologiyası, gigiyenası, sağlamlığı kimi məsələləri
öyrənməyə başlayırlar. Onların aşağı siniflərdən öyrəndiyi morfoloji
anlayışlara istinad olunur.
Kursun tədrisində təlimin bir çox prinsipləri,
xüsusilə sadədən mürəkkəbə, asandan çətinə özünü büruzə verir. İlk növbədə
orqanizmi təşkil edən ən kiçik hissəciklər hüceyrələr, toxuma və orqanlar,
sonra orqanlar sistemi və orqanizm tam bir vahid kimi öyrədilir. Tədrisdə
müasir təlim metodları tətbiqi əsas götürülür. Mövzular qrupla, cütlüklərlə və
fərdi iş formasında təşkil edilir. Hüceyrənin quruluşu, həyat prosesləri
təcrübə və laboratoriya işinin köməyi ilə öyrədilməsi daha səmərəli həyata
keçirilir.
«Sinir sistemi» bəhsində onun əhəmiyyəti,
quruluşu, şöbələri, onların fəaliyyəti
kimi morfoloji anlayışların qrupla, cütlüklərlə iş formasında
öyrədilməsi səmərəlidir. Dərslərdə Venn diaqramının tərtibi, klaster, insert
kimi metodlara üstünlük verilir.
«Dayaq və hərəkət sistemi» bəhsinə dair
morfoloji anlayışların mövzularına klaster, Venn diaqramı, T – sxemlər, insert
kimi metodların köməyi ilə qrupla iş təşkil etməklə öyrədilir. Onun zədələnmə
və xəstəliklərinin öyrədilməsi qruplarda iş forması ilə həyata keçirilə bilər.
Burada şagirdlərə sarğı qoymaq üsulları da öyrədilməlidir.
«Qan» bəhsinin «Hüceyrə» mövzusu ilə əlaqələndirərək
morfoloji anlayışları müasir təlim metodları, təcrübə və laboratoriya
işlərindən istifadə edilərək öyrədilir.
Qanın hüceyrələri arasındakı əlaqə və fərqli əlamətlər yarış oyunların,
bioloji krossvordların həlli ilə öyrədilməsi məsləhətdir. Morfoloji anlayışlar
krossvordu hazırlanıb, şagirdlərin həll edilməsi tapşırılır. Onlar sualların
cavablarını tapır və xanalara yazmalıdır. Bu zaman, şagirdlər bilik yarışı ilə
mövzunu və onunla əlaqəli morfoloji anlayışları öyrənirlər.
«Qan dövranı» bəhsində şagirdlər ürək, onun quruluşuna dair
morfoloji anlayışlarla tanış edilir. Tədrisin qrupla, cütlüklərlə və fərdi iş
formasında həyata keçirilməsi müsbət nəticə verir. «Qanaxmalar zamanı ilk
yardım» mövzusu isə praktik iş təşkil etməklə öyrədilməlidir. Hər bir şagird
turna (jqut), kəmər, rezin və digər əşyaların köməyi ilə qanaxmalarda ilk tibbi
yardım göstərmək bacarıqları əldə etməlidir. Eyni zamanda şagirdlərə qan
təzyiqinin ölçülməsini əyani olaraq öyrətməlidir. O, sinfə gətirdiyi manometrin
quruluşu haqda məlumat verməli, qan təzyiqinin ölçülməsi qaydasını
göstərməlidir. Müəllim şagirdlərin müstəqil surətdə qan təzyiqini ölçmələrini
təşkil etməli, onları bu işə həvəsləndirməlidir. Müəllim bu işə nəzarət etməli
və şagirdlərin fəaliyyətini qiymətləndirməlidir. O, izah etməlidir ki, qan
təzyiqinin ölçülməsi ürək xəstəliklərinin diaqnostikasında mühüm yer tutur.
Ürək xəstəlikləri
zamanı xəstələrə qulluq vərdişləri şagirdlərə şərh yolu ilə aşılanmalıdır.
Qanaxmalar zamanı
ilk yardım bacarıqları qazandırmaq üçün turna, sarğı qoymaq qaydalarını sinifdə
bir şagird üzərində nümayiş etdirmək mümkündür. Bunun üçün kinofilmlərdən,
fraqmentlərdən istifadə edilməlidir.
Dərslərdə
sual-cavab yolu ilə öyrədilməsi də morfoloji anlayışların əvvəllər mənimsənilmiş
morfoloji anlayışlarla əlaqələndirilir. Morfoloji anlayış orqanlara dair dəyişikliklərə
aid müxtəlif şəkillərdən, tablolardan, rentgen plyonkalarından istifadə edilməsi
də müsbət nəticə verir.
Fənnin tədrisində təlim-tərbiyədə əhəmiyyətli
materiallara həzm orqanlarının quruluşu da aiddir. Onun tədrisində müəllim həzm
orqanlarına dair morfoloji anlayışları şagirdlərə çatdırır. Müəllim yeri gəldikcə
Blum toksonomiyası metodundan istifadə edərək, şagirdləri fəallaşdırır. Qida zəhərlənmələri
və onlardan qorunmaq və zəhərlənmələr zamanı ilk tibbi yardım göstərmək
bacarıqları aşılanmalıdır.
Müəllim morfoloji anlayışların digər anlayışlarla, o
cümlədən tibbi-gigiyenik anlayışlarla əlaqələndirərək izah edir ki, mədənin
daxili mühiti turş reaksiyalıdır. Ona görə də bir sıra xəstəliktörədicilər
orada məhv olur. Lakin elə mikroorqanizmlər də var ki, onlar belə təsirlərə çox
davamlıdır və özləri də bağırsaqda törəyib artaraq qarın yatalağı, vəba,
dizenteriya kimi çox təhlükəli və yoluxucu bağırsaq xəstəlikləri törədirlər. Bu
xəstəliklərin törədiciləri bağırsağa müxtəlif yollarla düşür. Çirklənmiş hövzələrdən
su içdikdə xəstəlik törədiciləri orqanizmə daxil olur. Bəzi xəstəliklər milçəklər
vasitəsilə yayılaraq qida ilə mədəyə düşür. Xəstəliktörədən mikroblar həm də xəstələrin
işlətdikləri əşyaların üzərində olur.
Bağırsaq qurdları
(helmintoz) xəstəliklərinin qarşısını almaq üçün bir sıra tədbirlər görmək
lazım gəlir. Bunun üçün adi gigiyena qaydalarına riayət edilməlidir. Əlləri
yuyub sonra nahar etmək, meyvə-tərəvəzi yaxşı yumaq, əti yaxşı qaynatmaq,
qidalanma gigiyenasına əməl etmək əsas vərdişlərdən olmalıdır.
Bir sıra kənar təsirlər,
spirtli içkilərdən və papirosdan istifadə kimi zərərli vərdişlər həzmə pozucu təsirini
göstərir. Tez-tez spirtli içki qəbul edən adamların iştahası pozulur, bir müddətdən
sonra isə həzm çətinləşir. Mədənin selikli qişasının iltihabı xəstəliyi olan
qastrit inkişaf edir.
Müəllim zərərli vərdişlərin
orqanizmin sağlamlığa, xüsusilə həzm üzvlərinə göstərdiyi mənfi təsirlərə dair
debat təşkil etməsi yaxşı nəticə verir. Debatda siqaret tüstüsünün orqanizmə,
eləcə də həzm sisteminə mənfi təsiri tam aydınlaşdırılır. Orada bir çox bioloji
anlayışlar morfoloji anlayışlarla əlaqələndirilir.
8-ci sinfin
biologiya dərslərində müasir təlim metodlarının tətbiqi imkanları genişdir. Ona
görə də morfoloji anlayışlar müasir təlim metodların tətbiqi ilə öyrədilir.
«İnsan orqanizmi
ilə tanışlıq» bəhsində hüceyrə, toxuma, orqan və orqanlar sistemi, onların fəaliyyətindəki
əlaqələr öyrədilir və son nəticədə orqanizmin tam bir vəhdətdə olduğu izah
edilir. Bu mövzuların tədrisində də müəllim müasir təlim metodlarından istifadə
etməklə şagirdlərin morfoloji anlayışları keçmiş bilikləri üzə çıxarılır və
yeni anlayışların öyrədilməsinə nail olunur. Bəhsin sonunda şagirdlərin biliyi
«Orqanizm» sxemi ilə ümumiləşdirilir.
«Sinir sistemi» bəhsində
şagirdlərə onun quruluşu, əhəmiyyəti, vəziyyəti, fəaliyyəti ayrı-ayrı mövzular
haqqında anlayışılar, biliklər verilir. Şagirdlərə sinir sisteminə dair
morfoloji anlayışları müəllim müasir
metodlar və elektron dərslikdəki material əsasında öyrədir.
Bəhsin tədrisindən
sonra müəllim Venn diaqramının köməyi ilə şagirdlərin məməli heyvanlarla
insanın daxili orqanlarının quruluşuna dair müqayisə aparmasını təşkil edir.
Onlara aşağıdakı tapşırığı verir.
Verilmiş şəkillərə diqqətlə baxın onların
oxşar və fərqli əlamətlərini ayırın.
Diaqramın I hissəsində
məməli heyvan dovşanın, II hissəsində insanın orqanizminin fərqli əlamətlərini
yazır, ortada isə hər ikisində eyni olan əlamətlər göstərilir..
«Vəzilər» bəhsi
şagirdlər üçün yeni material olduğundan müəllim ona dair morfoloji anlayışları
insert metodu ilə şagirdlərə öyrədir. Əvvəl mövzuya dair məlumat verir, sonra
şagirdləri kitab üzərində işlədir.
«Dayaq və hərəkət
sistemi» bəhsinin tədrisində müəllim ilk növbədə onun quruluşu, əhəmiyyəti,
insan skeleti, sümüyün tərkibi, əzələlərin quruluşu, orqanizmdə gördüyü işi,
dayaq-hərəkət sisteminin xəstəlikləri və onların qarşısının alınması tədbirlərinə
dair morfoloji anlayışları izah edilir. Mövzular elektron dərsliyin şəkillərinin
nümayişi ilə öyrədilir. Müəllim yeri gəldikcə şagirdlərin müstəqil çalışmalar həll
etməsi ilə morfoloji anlayışların öyrədilməsinə, təcrübələr aparması şərait
yaradır.
«Qan» bəhsində qan
hüceyrələrindən tutmuş orqanizmin qan damar sisteminin funksiyası, ürək, onun fəaliyyəti
və digər məsələlərə dair morfoloji anlayışlar kimi fəaliyyətlər qanla bağlı
morfoloji anlayışlarla əlaqəli öyrədilir.
Bəhsin yeni anlayışlara həsr olunan mövzuları əsasən ənənəvi metodların köməyi
ilə həyata keçirilir. Qanın hüceyrələri, tərkibi, qan qrupunun təyin edilməsi,
nəbzin sayılması, qan təzyiqinin ölçülməsi, təcrübə və praktik işlərin həyata
keçirilməsini öyrədilir. Praktik işlərin hər bir şagird tərəfindən yerinə
yetirilməsi yaxşı nəticə verir.
«Tənəffüs» bəhsinin
tədrisində müəllim Venn diaqramının köməyi ilə məməli heyvanlarda və insanda tənəffüs
üzvlərinə dair morfoloji anlayışları müqayisə etdirir. İnsanda həzm orqanları
ilə tənəffüs orqanlarının oxşar və fərqli xüsusiyyətlərini aydınlaşdırılır. Tənəffüs
üzvlərinin fəaliyyəti, tənəffüsün tənzimi, orqanizmdə qazlar mübadiləsi
prosesinin baş verməsi, onun sinir və humoral tənzimi öyrədilir. Tənəffüs üzvlərinin
gigiyenası, xəstəlikləri, onlardan qorunma yolları, tənəffüs pozğunluqlarında
ilk tibbi yardımın göstərilməsi qaydaları ilə əlaqəli morfoloji anlayışlar
şagirdlərə öyrədilir.
«Həzm sistemi» bəhsində
onun quruluşu, fəaliyyəti, fiziologiyası, həzm prosesinin gedişi, qidalanmanın
gigiyenası, həzm sisteminin infeksion xəstəlikləri öyrədilir. Mövzuların fəal təlim
metod və formaları ilə öyrədilməsi imkanları genişdir.
«Tənəffüs» bəhsinin
tədrisində müəllim tənəffüs üzvlərinin quruluşu, funksiyası ilə yanaşı onun xəstəlikləri,
xəstəliklərin səbəbləri, qorunma vasitələri kimi bilikləri şagirdlərə öyrədir.
Bəhsin sonundakı «Tənəffüs pozulmaları və onun qarşısının alınması» mövzusunun
tədrisində normal və pozulmuş tənəffüs proseslərini şagirdlərə izah edərək tənəffüsün
pozulması səbəbləri, onun normallığını saxlamaqda gigiyena qaydalarının gözlənilməsi
kimi əhəmiyyətli məsləhətlərini verir. Şagirdlərin bilik və bacarıqlarına
istinad edərək tənəffüs pozulmalarında ilk tibbi yardımların göstərilməsi
qaydalarını şagirdlərə öyrədir. Bunun üçün müxtəlif oyuncaqlardan, kuklalardan
istifadə edilə bilər. Şagirdlər süni tənəffüsün əhəmiyyətini və qaydalarını tam
şəkildə öyrənir, praktik olaraq həyata keçirilir.
Tənəffüs
sisteminin xəstəliklərinə qarşı mübarizə tədbirlərinin, o cümlədən siqaret, alkoqol və narkotik maddələrin
qəbulu olduğunu əsaslandıraraq onlardan qorunma yollarını da şagirdlərə
çatdırılır. Dərs elə qurur ki, orada elə təcrübələr göstərilir. Belə vərdişlərdən
uzaq olmaq üçün şagirdlərə mübarizlik, iradəlilik, dözümlülük, cəsarətlilik
kimi keyfiyyətlərin aşılanmasının əhəmiyyəti böyükdür.
«Həzm» bəhsi ilə
bağlı morfoloji anlayışların tədrisi də müasir təlim metodları ilə həyata
keçirilir. Həzm üzvləri, onların funksiyası, orqanizmdə tutduğu mövqeyi, vəzifəsinin
öyrədilməsindən əvvəl onun morfoloji xüsusiyyətləri nəzərdən keçirilir. Bəhsin
sonundakı «Qidalanmanın gigiyenası və mədə-bağırsaq xəstəliklərinin qarşısının
alınması» mövzusu ilə müəllim şagirdlərin həzm sistemi xəstəliklərinin səbəbləri,
xüsusiyyətləri, qarşısının alınması tədbirləri, profilaktikası kimi mühüm məsələləri
şagirdlərə çatdırlır. Morfoloji anlayışların tədrisində şagirdlərlə daha geniş
müsahibənin aparılması faydalıdır. Onların hansı bilik və bacarığa sahib
olmalarını müəyyən edən müəllim şagirdlərin biliklərindəki qüsurları da üzə
çıxarır, onlara xəstəliklərdən qorunma vasitələrini aşılayır, xəstələnərsə,
ruhdan düşməyərək müalicə olunmasına inam hissi yaradılır. Bunu müəllim müxtəlif
metodlarla həyata keçirilir.
Fənnin tədrisində
şagirdlərin öyrəndiyi morfoloji anlayışlar vaxtaşırı müsahibə yolu ilə möhkəmləndirilir.
Həzm orqanlarına dair şagirdlərin biliklərini möhkəmləndirmək məqsədilə
aşağıdakı məzmunlu suallardan istifadə olunur:
1. Həzm
orqanlarının quruluşu necədir?
2. Tənəffüs
orqanlarının quruluşu necədir?
3. Qan-damar
sisteminin quruluşunu izah edin.
4. Orqanların
quruluşu ilə funksiyaları arasında hansı əlaqələr vardır?
5. Sinir
sisteminin quruluşunu təsvir edin.
Mövzularla bağlı
morfoloji anlayışların öyrədilməsində şagirdlərin şəkil-sxemlər, qrafiklər işləməsi
biliklərin yaddaşda möhkəmlənməsinə xidmət edir. Belə sxemlərə nümunə olaraq hər
bir orqanlar sistemini sxemlərinin işlənilməsi vacibdir.
Dərslərdə yeri gəldikcə,
şagirdlərin morfoloji bilikləri ümumiləşdirilir, ümumi nəticə çıxarılır. Nəticələrin
çıxarılmasında şagirdlərə müstəqillik verilir. Xəstəliklərdən qorunmanın,
xüsusilə gigiyena qaydalarının praktik olaraq həyata keçirilməsi istiqaməti
daha da gücləndirilir. Şagirdlərin ilk tibbi yardım göstərmək bacarığının tətbiqi
önə çəkilir və onun praktik olaraq həyata keçirilir.
Yeni biliklər verilən
dərslərdə daha çox klaster və insert metodlarına, qrup və cütlərlə iş formasına
yer verilməlidir. Bəhslərin sonundakı təkrar və ümumiləşdirici dərslərdə təlim
xarakterli oyunlara yer verilməsi, Blum taksonomiyasına uyğun gələn sualları
hazırlaması və şagirdlərin onları cavablandırılmasına şərait yaradılır.
Fənnin bu cür
müasir təlim metodları ilə tədrisi anlayışların, o cümlədən morfoloji
anlayışların daha dərindən mənimsənilməsinə, materialın uzun müddət yadda
qalmasına kömək edir.
II
FƏSİL. ÜMUMTƏHSİL MƏKTƏB
BİOLOGİYASININ “CANLILARIN QURULUŞU VƏ MÜXTƏLİFLİYİ” MƏZMUN XƏTTİNƏ DAİR
MORFOLOJİ ANLAYIŞLARIN ÖYRƏDİLMƏSİNİN İMKAN VƏ YOLLARI
2.1.
Fəal təlim metodlarının tətbiqi ilə
morfoloji anlayışların öyrədilməsi
Məlumdur ki, ənənəvi təlimdən
fərqli olaraq, müasir təlim inkişafetdirici təlimdir. Bu təlim şagirdlərdə
təfəkkürü inkişaf etdirir, onları düşündürür, axtarışlar aparmağa vadar edir,
dərsdə onları fəallaşdırır və şəxsiyyət kimi formalaşmasına kömək edir. Fəal
təlim metodlarının tətbiqi zamanı şagirdin psixi xüsusiyyətləri – duyğusu,
qavrama qabiliyyəti, xarakteri və dərsə olan meyl və maraqları inkişaf edir. Fəal
təlim metodları üçün aşağıdakı əlamətlər səciyyəvidir. O,
–
Şagirdin
tədrisdə fəallığını artırır;
–
Müəllimin
şagirdlərlə, şagirdlərin bir-biri ilə əməkdaşlığını möhkəmləndirir;
–
Didaktik materiallar və rollu oyunlardan istifadənin
imkanlarını genişləndirir;
–
Şagirdlərin işgüzar fəaliyyəti üçün sinifdə öyrədici
mühitin yaradılmasına kömək edir;
–
Müəllimin biliyi şagirdlərə hazır şəkildə deyil,
onları axtarıcılığa cəlb etməklə öyrənməsini təmin edir;
Metodların bu xüsusiyyətləri
şagirdlərə morfoloji anlayışları daha asan, müstəqil olaraq öyrənməsini təmin
edir.
Fəal təlim metodları şagirdlərdə
bir sıra bacarıq və vərdişləri formalaşdırır və inkişaf etdirir. O, şagirdlərə
aşağıdakı keyfiyyətləri aşılayır:
–
Müstəqil düşünməyi, sərbəst fikir yürütməyi, fikrini
ifadə etməyi;
–
Özünün və yoldaşlarının fəaliyyətinə qiymət verməyi;
–
Yoldaşları ilə əməkdaşlıq etməyi, başqaları ilə
ünsiyyət, yoldaşları arasında iş bölgüsü aparmağı, liderlik bacarığı;
–
Başqalarını dinləməyi, onların fikirlərinə hörmətlə
yanaşmağı;
–
Hadisə və predmetin məlum olmayan əlamətlərinin
axtarılıb tapılmasına dair ideya, fikir, fərziyyə yürütməyi;
–
Tənqidi düzgün qəbul etməyi, ona münasibət bildirməyi;
–
Təcrübə və biliyini təhlil etməklə məntiqi nəticəyə
gəlməyi;
–
Məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirməyi;
–
Fərziyyələrini fakt və sübutlarla izah etməyi, nəticə
çıxarmağı.
Bütün bu xüsusiyyətlər şagirdlərin
morfoloji anlayışları sərbəst olaraq araşdırma aparmaqla öyrənməsini təmin
edir. Şagirdlər təbii obyektləri görür, ona toxunur, quruluşunu, formasını
digərləri ilə müqayisə edir, ümumiləşdirir, sistemə salır, biliklərini
dərinləşdirir.
Fəal təlim tək savad təlimi
deyildir, bütövlükdə fərdin formalaşdırılmasıdır. Fəal təlim şəxsiyyətin
cəmiyyət üçün formalaşmasına xidmət edir. O, konkret mövzu ətrafında müxtəlif
elm sahələri arasındakı qırılmaz bağları tapmağa, təbiətdəki
qanunauyğunluqları, həmçinin təbiət və cəmiyyət hadisələri arasındakı vəhdəti, varlığın bütövlüyünü,
tamlığını dərk etməyə imkan verir.
Bu gün fəal təlim metodlarının
köməyi ilə məktəbdə hər bir dərs şagird üçün sözün əsl mənasında təfəkkür və
intellekt məkanına çevrilməmişdir. Bu məqsədlə müasir təlim metodlarının – interaktiv
təlim texnologiyalarının düzgün və məqsədyönlü tətbiqi şagirdlərin biliklərinin, o cümlədən morfoloji
anlayışlarının dərinləşməsini təmin edir
Fəal təlim sistemində isə
müəllim biliklərin əldə edilməsi yolunda ötürücü rolunu oynayır, şagird lazımi
bilikləri müstəqil öyrənir. O, təlim prosesinin fəal iştirakçısına çevrilir.
Burada mexaniki yadda saxlamadan fərqli olaraq məlumatın fəal dərk edilməsinə
və onun yaradıcı işlənməsinə üstünlük verilir. Şagird təlim prosesinin tam
hüquqlu iştirakçısı olaraq təşəbbüskarlıq, işgüzarlıqla biliklərə və
bacarıqlara nail olur. Bu isə müəllimdən təlimə yeni formada yanaşmağı tələb
edir. Müəllim və şagirdlər bilik, bacarıqları qarşılıqlı işgüzarlıq şəraitində
öyrənməli olurlar. Mehribanlıq, şəxsiyyətlərarası hörmət şəraitində qurulan
öyrədici mühit şagirddə özünə, öz qüvvəsinə inamı artırır, problemin həllinə
səylə qoşulmasına imkan yaradır. Hər bir predmet və hadisəyə açıq gözlə,
yaradıcılıqla yanaşılmasına kömək edir. Bütün bunlar təlim prosesinin
səmərəliliyinin yüksəlməsi, anlayışların, o cümlədən morfoloji anlayışların
dərindən dərk edilməsi ilə nəticələnir.
Fəal təlim prosesində
şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkür formalarının inkişafı yüksək səviyyəyə
çatır. Belə ki təsvir et, öyrən, müəyyən et, əlaqəni göstər, nəticəyə gəl,
nəticə çıxar kimi tapşırıqlarla məntiqi təfəkkürün inkişafına təkan verilir.
Əhəmiyyətli cəhətlərini tap,
meyarları müəyyənləşdir, cədvəldə faydalı və zərərli xüsusiyyətləri
aydınlaşdır, oxşar və fərqli əlamətləri göstər, səhvləri müəyyən et, faktları
fərziyyələrdən ayır kimi tapşırıqların köməyi ilə şagirdlərdə əqli təfəkkür
formalaşdırılır və inkişaf etdirilir.
Şagirdlərin yaradıcı təfəkkürünü
inkişaf etdirmək məqsədilə fikirləş, şəklini çək, herbari, kolleksiya düzəlt,
sxem, qrafik, cədvəli işlə, modelini, maketini quraşdır kimi tapşırıqlardan,
yaradıcı işlərdən istifadə edilməsi ilə şagirdlərə morfoloji anlayışların
tədrisi səviyyəsi yüksəlir.
Fəal təlimdə müəllim bilikləri
öyrənməyə istiqamət verən bələdçi, şagird isə biliyi «kəşf» edən şəxs,
tədqiqatçı rolunda çıxış edir.
Fəal təlimdə fəallığın yaranması
bir neçə mərhələdən keçir:
– Problemin qoyulması;
– Problemin həll edilməsi
şəraitinin yaradılması;
– Tədqiqatın aparılması,
fərziyyələrin yürüdülməsi mərhələləri;
Fəal təlimin mərhələlərinə uyğun
mexanizm aşağıdakı kimi təşkil edilir:
1. İlk növbədə problem şəraiti
yaradılır. Müəllim resursları təqdim etməklə bələdçiliyini həyata keçirir, şagirdlərin müstəqil
surətdə problemi həll etmək qabiliyyətlərinin üzə çıxmasına şərait yaradır. 2.
Şagirdlər problemin həllinə həvəslə qoşulurlar, bilikləri sərbəst əldə etmək üçün tədqiqata başlayırlar. Müəllimin verdiyi istiqamətə uyğun olaraq axtarışlara
qoşulur, fərziyyələr irəli sürür, onların doğruluğunu yoxlayırlar. Bunun üçün
müşahidə, müqayisə, təhlil, analiz, sistemləşdirmə aparır, məntiqi nəticə
çıxarırlar. Təlimi analoji şəkildə, əməkdaşlıq şəraitində həyata keçirirlər.
Fəal təlimdə biliklərin qazanılması məhz belə bir mexanizmlə həyata keçirilir.
Fəal təlimdə dərsin sxemi aşağıdakı
kimi planlaşdırılır:
1. Motivasiya, problemin qoyulması,
fərziyyələrin deyilməsi;
2. Tədqiqatın təşkili (cütlərlə,
fərdi, bütün siniflə, qruplarla iş);
3.
Məlumat
mübadiləsi;
4.
Məlumatın
müzakirəsi;
5.
Nəticələrin
çıxarılması, ümumiləşdirmə;
6.
Yaradıcı tətbiq etmə.
7.
Qiymətləndirmə.
Fəal təlimdə ən çox istifadə edilən təşkil formalarından
biri qruplarla işdir. Bu formada şagirdlər problemi birgə həll etməyə
alışdırılır. Qrupda hüquq bərabərliyi baxımından hər kəsin fikri dinlənilir, fikrini sərbəst söyləmək imkanı yaradılır. Digərlərinin
fikirlərinə diqqətlə, hörmətlə yanaşılmalıdır.
Fəal təlimdə müəllim qruplarla işin forma və üsullarına əməl edir. İşin müvəffəqiyyəti
üçün müəllim bir sıra prinsiplərə əməl etməlidir. O:
1.
Qrupla
işin təşkilini dəqiqləşdirir,
qruplarda rolları müəyyən edir, qrup
işinin qaydalarını şagirdlərə aydınlaşdırır;
2.
Qrup
işində əsas məqsəd müəyyən
edilir;
3.
İş
üçün lazım olan avadanlıq və material əvvəlcədən hazırlanır, şagirdlərə paylanır;
4.
Qrupla
iş qaydalarına riayət edilir.
Dərsin müxtəlif mərhələlərində istifadə olunan fəal təlim
metodları çox müxtəlifdir. Lakin dərsin məqsədi mövzunun
məzmunu, öyrədiləcək anlayışların xüsusiyyətləri baxımından metodlar seçilir.
Morfoloji anlayışların öyrədilməsində daha səmərəli olanlar aşağıdakı kimi
müəyyən edilmişdir.
1. Klaster üsulu – «Klaster» sözü ingilis sözü olub, «şaxələnmə»
kimi tərcümə olunur. Bu üsulla işləməyin əsas məqsədi şagirdləri fəallaşdırmaq,
mövzu ətrafında biliklərinin yada salınmasına nail olmaq, diqqətini yeni
anlayışlara mövzuya yönəltməkdir. Burada mövzulararası, fənlərarası əlaqələrin
yaradılmasına diqqət edilir.
«Klaster» üsulu həyata
keçirilərkən mövzuya dair bir aparıcı termin lövhənin ortasında yazılır. Bu
sözlə bağlı şagirdlərdə hansı assosiasiya yarandığı müəyyənləşdirilir. Müəllim
sözləri bir-bir deyir və izah olunmadan lövhəyə şaxələrə yazır. Sonra yazılan
sözlər əvvəlki «açar» sözlə əlaqəli olub-olmaması təhlil edilir. Məsələn, müəllim
8-ci sinifdə «İnsan orqanizmi ilə ümumi tanışlıq» mövzusunun tədrisində klaster
üsulundan istifadə edir. Əsas söz olaraq «İnsan orqanizmi» götürür, ona dair
morfoloji anlayışlar şaxələrə qeyd edilir.
Şagirdlər pərakəndə olaraq
yazılan insanın orqanlarını sistemləşdirirlər. Müəllim şagirdlərin yazdıqları
sözlərin izahını təşkil edir, onları sistemləşdirir və ümumiləşdirir.
Şagirdlərə orqanlar sisteminin nə olduğunu izah edir. Aşağıdakı sxemin köməyi
ilə orqanizmin hüceyrədən başlayaraq tam orqanizmi əmələ gətirdiyini və onlar
arasında vəhdətin olduğunu izah edir.
Hüceyrə ® Toxuma ® Orqan ® Orqanlar sistemi ® Orqanizm
2. «İnsert» üsulunun mahiyyəti ondadır ki, şagirdlər yeni dərsə aid
mövzunu oxuyurlar və mətni kodlaşdırırlar. Mətn qabaqcadan müəllim tərəfindən
hazırlanır. Mətnin məzmununda əlavə ədəbiyyatdan maraqlı və yeni informasiyadan
istifadə edilməlidir. Kodlaşdırma şagirdlər tərəfindən mətnin sol tərəfində hər
bir cümlə və ya abzasa müvafiq karandaşla aparılır. Burada tanış olmayan, təzə
informasiya – «+» ilə işarələnir, məlum olan informasiya – «v» ilə göstərilir,
mətnin aydın olmayan hissələri – «?» işarəsi ilə qeyd olunur, mətnin müəyyən
hissəsi ilə razı olmadıqda – «–» işarəsi qoyulur.
Kodlaşma əsasında şagirdlər
dəftərlərində cədvəl çəkir və orada çox qısa formada ümumi şəkildə öz
fikirlərini qeyd edirlər. Məsələn, 6-cı sinifdə “Çiçəkli bitkilərin əsas
orqanları” mövzusunda müəllim abzasları nömrələyir. Şagirdlər nömrələr üzrə
cədvəlin xanalarını doldurur.
Bu üsul fərdi və ya qrup şəklində aparılır. Şagirdlər tapşırığı yerinə yetirdikdən sonra, müəllim
şagirdlərin mətndə aparılan kodlar əsasında yeni mövzuya aid suallar verir,
lazım olan əlavə məlumatı şagirdlərə çatdırır. Şagirdlər üçün mövzu tam
aydınlaşdırılır.
Biologiyadan
morfoloji anlayışların öyrədilməsində Blum taksonomiyası
strategiyası üzrə tədrisin təşkili daha səmərəlidir.
Belə ki, şagirdlərə düşündürücü, inkişafetdirici, idrak prosesinin inkişafını
təmin edən suallar verilir. Şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, əqli
inkişafını inkişaf etdirən suallar tərtib edilir. Bu metodda aldığı, anladığı
biliklərin şagird tərəfindən yoxlanılması, qiymətləndirilməsi, inkişaf
etdirilməsi və tətbiqi nəzərdə tutulur.
Müəllim sualları qurarkən
mövzuya uyğun morfoloji anlayışların izahına diqqət edir. Belə sualları məqsəd
və vəzifələrinə görə bir neçə qrup təşkil edir.
Hafizəni yoxlayan suallar. Belə suallar mövzulararası əlaqəni özündə əks
etdirir. Məsələn, insan kursunda «Qan» bəhsini keçərkən «Hüceyrə», «Toxuma»
mövzularından keçilənlər yada salınır. Hüceyrənin hissələri hansılardır? Qan
hüceyrələrini sayın, quruluşunu izah edin. Qan təşkil olunduğu toxumanın
forması nəyə oxşayır?
-
Qiymətləndirici suallar. «Sümüyün quruluşunun onun funksiyası ilə hansı
əlaqəsi var?» Kalsium duzlarının sümükdə olmasının əhəmiyyəti nədir?
-
Təhliledici
və analizedici suallar. Məsələn,
qurbağa ilə balığın quruluşunda hansı oxşarlıqlar mövcuddur? Sinir sisteminin
quruluşu orqanizmlər mürəkkəbləşdikcə necə dəyişmişdir?
-
Sintezedici
suallar. Baş beyin onurğa beyinlə nə ilə fərqlənir? Şərti
və şərtsiz refleslərin oxşar cəhətləri hansılardır?
-
Tətbiqi suallar. Məsələn, “Quşlar”
mövzusunun necə sxemləşdirmək olar? Qidanın köhnəliyini görüşünə görə necə
təyin etmək olar?
-
Çevirmə
və interpretasiya sualları. Məs.
Yapaqlar tikana nə üçün çevrilmişdir? Vegetativ çoxalma orqanları necə
dəyişilmişdir?
Şagirdlərə veriləcək suallar sistemləşdirilir və ümumiləşdirilir. Suallar
qoyularkən əvvəlcə sadə, asan, get-gedə çətin suallara keçmək şagirdlərin
onları cavablandırmasında əsas amillərdəndir. Belə suallar şagirdlərin məntiqi,
tənqidi və yaradıcı təfəkkürlərinin və müstəqilliklərinin inkişafına kömək
edir.
Biologiyadan, morfoloji anlayışların tədrisində təlim xarakterli didaktik oyunlardan
istifadə edilməsi şagirdlər üçün çox maraqlı və əyləncəli olur.
Didaktik oyunlara rollu oyunlar,
müzakirə
oyunları,
yarış-oyunlar və
əyləncəli oyunlar aiddir.
İnsan kursunun tədrisində
mövzulara və
şagirdlərin yaş
xüsusiyyətlərinə
uyğun
gələn təlim xarakterli oyunlardan istifadə
edilməsi müsbət
nəticə verir. Belə oyunlar təlimin səviyyəsinə müsbət təsir göstərir, şagirdlərin
elmə marağını artırır. Biologiyanın
tədrisndə bioloji krossvordlardan, çaynvordlardan, rebuslardan və başqa
oyunlardan istifadə edilməsi
morfoloji anlayışların öyrənilməsini asanlaşdırır, onların
dərsdə yorulmasının qarşısını alır, biliklərin hafizədə uzun müddət qalmasını təmin
edir. Şagirdlər oyunda qalib gəldikdə sevinir, daha həvəslə çalışma və
tapşırıqları həll edir. Uduzanlar isə daha çox oxumaqla biliklərə yiyələnməyin,
qalib gəlməkdə rolunu dərk edir, ciddi oxumağa səy göstərirlər. Beləliklə,
onlarda yarış xarakterli bacarıqlar formalaşır, daha çox öyrənmək meyli inkişaf
edir, bilik uğrunda rəqabət yaranır.
Problemə məktəb
kollektivlərinin, xüsusilə biologiya müəllimlərinin münasibəti öyrənildi.
Biologiyanın tədrisində fəal təlim metodlarının tədrisində morfoloji
anlayışların öyrədilməsi vəziyyəti müşahidə edildi. Bunun üçün iki yoldan
istifadə edildi. Bir tərəfdən metodiki,
pedaqoji ədəbiyyatda verilən məktəb təcrübələrinə dair yazılı mənbələr təhlil
edildi. Digər tərəfdən məktəblərdə problemin həlli vəziyyəti ilə bağlı dərslər
dinlənildi. Ümumtəhsil orta məktəb şagirdləri və müəllimləri ilə sorğu
aparıldı, onların yazılı və şifahi cavabları təhlil edildi, ümumi vəziyyəti
müəyyənləşdirildi.
Biologiyadan morfoloji
anlayışların müasir təlim metodlarının tətbiqi ilə öyrədilməsinə dair nəşr
olunmuş əsərlərdən məlum oldu ki, Bakı şəhəri 7, 9, 49, 53 saylı məktəblərində
və başqalarında interaktiv təlim metodlarına münasibət müsbət olub, morfoloji
anlayışların şagirdlərə öyrədilməsinə ciddi yanaşılır. Məktəblərin
əksəriyyətində xüsusilə morfoloji anlayışların öyrədilməsi, fəal təlimlə
tədrisi o qədər də qaneidici olmadı. Biologiya müəllimlərinin də bəziləri fəal
təlim metodları ilə dərs deməyə səy göstərmiş, onun üstünlüklərini başa
düşmüşlər. Buna baxmayaraq biologiya dərsləri tamamilə fəal təlim metodları
əsasında morfoloji anlayışların öyrədilməsi müasir tələblərə uyğun həyata
keçirilmir. Səbəbləri aydınlaşdırmaq məqsədilə biologiya müəllimlər və
şagirdlərlə arasında anket sorğusu
aparıldı. Şagird və müəllimlərdən suallara şifahi və yazılı cavablar alındı.
Cavablar sistemə salındı və ümumiləşdirildi. Biologiya dərslərində iştirak
edildi, dərslər dinlənildi, müşahidələr aparıldı. Anket sorğusu həyata
keçirildi. Suallar əsasən aşağı sinif şagirdlərinə verildi:
6-cı
sinif şagirdləri üçün əsasən bitkilərin morfoloji quruluşuna dair suallar
verildi.
1. Yarpağın quruluşu necədir?
2. Meyvələrin quruluşu və formasına görə sistemləşdirin.
3. İnsanda həzm üzvlərinin quruluşu necədir?
7-ci
sinif üçün suallar:
1.
Suda
yaşayan heyvanların quruluşu necədir və onun suda yaşamaqla nə əlaqəsi var?
2.
Quşların
quruluşu digər xordalılardan necə fərqlənir?
3.
Bitki
fəsilələrinin adları quruluşu ilə necə əlaqələnir.
8-ci
sinif üçün suallar:
1.
İnsan
toxumaları quruluşuna görə necədir?
2.
Görmə
orqanının quruluşunu izah edir.
3.
İnsanın
skeletini təşkil edən sümüklərin quruluşu necədir?
Sualları
Bakı şəhərinin məktəb (44, 51, 53 saylı) və şagirdləri cavablandırırdılar.
Şagirdlərin cavabları toplanıldı və təhlil edildi. Onlar bitki, heyvan və
insana dair morfoloji anlayışlarına dair cavablarında bir qədər səthiliyə yol
vermişlər. Bunun səbəbi odur ki, məktəblərin əksəriyyətində hələ də ənənəvi dərslər
keçilir, müəllimlər ənənəvi təlim metodları ilə işləyirlər. Morfoloji anlayışların
öyrədilməsində fəal təlim metodlarının tətbiqinə, şagirdlərin müstəqilliyinə, təcrübə,
müşahidə və laboratoriya işlərinin təşkilinə əhəmiyyət vermirlər. Şagirdlərin
cavablarını ümumiləşdirərək belə bir nəticəyə
gəlindi ki, bəzi məktəblərdə müəllimlər fəal təlimlə dərsləri təşkil
edir, şagirdlərin sərbəst, müstəqil elm öyrənmələrinə imkan yaradırlar. Belə məktəblərdə
biologiya dərslərində anlayışların, o cümlədən morfoloji anlayışların öyrədilməsinə
diqqət edirlər. Lakin belə məktəblərin sayı azdır. Digər məktəblərdə problemin
həlli vəziyyəti haqqında müsbət fikir söyləmək çətindir. Morfoloji anlayışlara
dair şagirdlərin bilikləri səthi olmuşdur. Onlar orqanizmlərinin quruluşunu,
orada gedən prosesləri zəif bilir və onu öyrənməyə meyl göstərmirlər.
Müəlimlər
üçün sorğuda aşağıdakı suallardan istifadə edildi:
1.
Biologiyanın
morfoloji anlayışları hansı metodlarla öyrədirsiniz?
2.
Morfoloji
anlayışların öyrədilməsinin əhəmiyyəti nədir?
3.
Morfoloji
anlayışların izahına hansı siniflərdə daha çox yer verilir?
4.
Problemin
həllində hansı çətinliklərlə qarşılaşırsınız?
5.
Problemin
həllinə dair təkliflərinizi verin.
Müəllimlərlə
sorğuların cavablarını təhlil etdikdə məlum oldu ki, bəzi müəllimlər fəal təlim
metodlarını öyrənir, onu öz tədris işlərində həyata keçirməklə morfoloji
anlayışları öyrədir. Onlar bu barədə müzakirələrdə iştirak edirlər, müsahibələr
aparır və fəal təlimin tətbiqi ilə morfoloji anlayışların öyrətməyə çalışırlar.
Bir qrup qabaqcıl biologiya müəllimləri isə fəal təlimlə dərslərin aparılmasının
morfoloji anlayışların öyrədilməsinin əhəmyiyətini izah edir, onu tədrisdə həyata
keçirirlər. Bəzi müəlilmlər fəal təlimin nəzəri məsələlərini öyrənir, lakin işdə
onu tətbiq etməyə çəkinirlər. Digər qrup müəllimlər isə fəal təlim metodlarını
tətbiq etməklə morfoloji anlayışların öyrədilməsinə tənbəllik edirlər. Öyrəndikləri
və vərdiş etdikləri ənənəvi metodlara daha çox yer verirlər. Bütün bu
cavablardan belə bir nəticəyə gəlindi ki, məktəblərdə morfoloji anlayışların
öyrədilməsi fəal təlimə keçilməsi vəziyyəti o qədər də qənaətbəxş deyildir. əksəryiyət
müəllimlər biologiyanın tədrisində fəal təlim metodları ilə morfoloji
anlayışların öyrədilməsinin imkan və yollarını dərk etməkdə çətinlik çəkirlər.
Bəzi müəllimlər isə fəal təlimin nəzəri məsələlərini yaxşı anlayır, tətbiqi
yollarını bilmədiklərindən onun tətbiq etmirlər. Müəllimlərin bir hissəsi
morfoloji anlayışların fəal təlimlə tədris edilməsinə səthi yanaşırlar.
Müəllimlərin
fəal təlimlə bağlı suallara cavablarının ümumiləşdirilməsindən aşağıdakı nəticələr
əldə edildi. Cavablardan məlum oldu ki, məktəblərdə biologiyanın tədrisində
morfoloji anlayışların fəal təlimi metodları ilə öyrədilməsi problemi həll
olunmamışdır. Bu iş məktəblərdə qənaətbəxş olmamışdır. Tədqiqat nəticəsində
aydın oldu ki, məktəblərdə müəllimlər problemin həllinə az əhəmiyyət verirlər,
onun mahiyyətini anlamır və üstünlüklərini dərk etmirlər. Bəzi müəllimlər
problemi nəzəri məsələlərinin yaxşı bilsə də tətbiqi yollarına bələd deyillər
Ona görə də bu sahədə müəllimlərə metodik köməyin,elmi-pedaqoji ədəbiyyatın
yazılmasının əhəmiyyəti böyükdür. Məktəblərin bəzilərində bu işə az əhəmiyyət
verilir, yalnız açıq dərslərdə fəal təlimlə dərskeçilir. Bəzi məktəblərdə fəal
təlim metodlarının dərslərdə tətbiqi ilə morfoloji anlayışların öyrədilməsi
kimi vacib bir işə laqeyd yanaşırlar. Lakin bu gün şagirdlərin yaş xüsusiyyətlərindəki
dəyişikliklər, onların informasiya bolluğunda yaşamaları, elm və texnikada gedən
inkişaf tədrisin fəal təlimlə həyata keçirilməsini tələb etdiyindən bu sahədə
müəllimlərə kömək edəcək əsərlərin yazılmasına, tədqiqatların aparılmasına diqqət
artırılmalıdır.
2.2.
Problem baxımından bitkilərə dair morfoloji anlayışların öyrədilməsi
Müstəqilliyinə qovuşmuş, suveren dövlətçiliyini bərqərar
etmiş Azərbaycan Respublikası iqtisadi-mədəni həyatın bütün sahələrində olduğu
kimi, təhsil quruculuğunda da islahatlar yolu ilə inamla addımlayır.
Respublikamızda dövlət təhsil siyasəti milli təhsilin
dünya standartlarına uyğun, milli zəmin və ümumbəşəri dəyərlər, demokratik,
humanist prinsiplər üzrə qurulur.
Təlim metodu – müəllim və şagirdlərin qarşılıqlı fəaliyyət
sistemi olan, müxtəlif vasitələrdən istifadə etməklə təlim prosesində didaktik
vəzifələrin həllinə xidmət etməkdir.
Təlim metodları şagirdlərə
bilik və bacarıq vermək və biliyin mənimsənilməsi yoludur. Biliyi verən, idraka təsir
edən müəllim, qəbul edən, mənimsəyən şagirddir.
Müzakirə - seçilmiş mövzu və ya məsələ ətrafında
ideyaların, məlumatların, təəssüratların, tənqidin, təkliflərin qarşılıqlı
mübadiləsidir
(2, s. 53). Müzakirə fəal təlimdə ən çox istifadə olunan
metodlar qrupudur.
Müzakirənin təşkili bir sıra vəzifələri həyata
keçirir:
-
Problemi
həll temək, həlli yolunu tapmaq, qərar qəbul etmək bacarığının
formalaşdırılması;
-
Müzakirə
etmək bacarığının formalaşdırılması, tolerantlığın aşılanması;
-
Fəal
dinləmə mədəniyyətinin formalaşdırılması;
-
Mənbələrlə
işləmək bacarığının formalaşdırılması;
-
Mövqeyi
məntiqi təqdim etmək bacarığının formalaşdırılması;
-
Məntiqi
və tənqidi təfəkkürün inkişaf etdirilməsi;
-
Fərdi,
cütlərlə, qruplarla işləmək bacarığının formalaşdırılması;
-
Şifahi
nitqin inkişafı.
Müzakirə aşağıdakı məqsədlərə nail olmaq üçün
aparılır:
-
Anlayış
və ideyaların yoxlanılması və aydınlaşdırılması;
-
Məlumat
və ideyaların təşkil olunması və birləşdirilməsi;
-
Analoqların,
oxşarlıqların, fərqlərin tədqiq olunması və alternativ həlli yollarının
axtarılıb tapılması;
-
Razılığa
gəlməyə nail olunması.
Müzakirənin bəzi üstün cəhətləri aşağıda göstərilmişdir:
-
Müxtəlif
nöqteyi-nəzərlərin söylənilməsinə imkan verir;
-
Şagirdləri
sadə görünən situasiyaların mürəkkəbliyindən xəbərdar edir;
-
Qarşılıqlı
ünsiyyətə yardım göstərir;
-
Müəllim-şagird
münasibətini yaxşılaşdırır;
-
Sinifdə
demokratik mühit yaradır;
-
Dialoq
aparma bacarığını təcrübədən keçirməyə imkan verir.
Qrup şəklində müzakirə zamanı iştirakçılar bir-birini
dinləməyi, ardıcıllıqla danışmağı, başqalarının fikrinə hörmətlə yanaşmağı,
reqlamentə riayət etməyi öyrənirlər.
Biologiyanın tədrisində müzakirə metodunun tətbiqində
əsas məqsədlərdən biri bioloji anlayışların öyrədilməsidir. Fənlərin tədrisində
müzakirə metodlarının tətbiqində əsas məqsəd anlayışları şagirdlərə öyrətməkdir.
Biologiyanın tədrisində də bioloji anlayışların öyrədilməsində müzakirə metodu müəllimlərin
köməyinə gəlir.
Biologiya elminin anatomiya:
morfologiya, fiziologiya, sitologiya,
histologiya kimi sahələri olduğundan onun anlayışları da müxtəlif olur. Onları sitoloji,
histoloji, morfoloji, anatomik, fizioloji, ekoloji, tibbi-gigiyenik olmaqla bir sıra qruplara
bölünür. Onların öyrədilməsində müzakirə metodlarının tətbiqini təmin edir.
Biologiyanın məzmunu fənn kurikulumunda 4 məzmun xətti:
Canlıların quruluşu və müxtəlifliyi; Bioloji proseslər; İnsan və onun
sağlamlığı; Canlılar və ətraf mühit
istiqamətində verilir
(1, s. 49).
Birinci məzmun xətti canlıların quruluşu və müxtəlifliyinə
dair mövzularda daha çox morfoloji, canlının quruluşunu
əks etdirən anlayışlar
yer almışdır. Morfoloji anlayışlar müzakirə açılaraq öyrədildikdə
daha asan mənimsənilir, dərsin intensivliyi yüksəlir, onlar uzun müddət yadda
qalır. Canlıların: mikroorqanizm, bitki, heyvan, insanın quruluşunu əks etdirən
anlayışlara daha çox yer verilir. Belə anlayışlara bədənin fomrası, onun hissələri
(baş, gövdə, ətraflar), onların quruluşuna dair anlayışlar daxildir. Anlayışlar
tədricən inkişaf etdirilir və biliklərə çevrilir. Onların daha yaxşı mənimsənilməsində
müasir təlim metodları, xüsusilə müzakirə metodları mühüm rol oynayır. Müzakirə
mteodunda əsas vasitə suallardır. Anlayışların öyrədilməsində verilən suallara
bir sıra tələblər qoyulur. Suallar:
-
Aydın,
konkret olmalı;
-
Anlayışın
tapılmasına imkan yaratmalı;
-
Anlayışın
quruluşunu əks etdirməli;
-
Sadə
cümlələrlə qurulmalı;
-
Başa
düşülən, şagirdlərin yaş və bilik səviyyələrinə uyğun olmalı;
-
Şagirdlərin
məntiqi və yaradıcı təfəkkürünü inkişaf etdirməli;
-
Anlayışı
tam əhatə etməli;
-
“Hə”,
“yox” cavabı olmamalı;
-
Geniş,
əhatəli cavablara imkan yaratmalıdır.
Biologiyanın tədrisində müzakirə metodunun tətbiqini
tələb edən morfoloji anlayışların öyrədilməsinə imkan verən mövzular çoxdur.
Bunlara canlıların (bakteriyalar, göbələklər, şibyələr, bitkilər, heyvanlar,
insan) quruluşuna dair mövzular aiddir. Hər bir
orqanizmin quruluşu, forması, onun
orqanlarının quruluşuna dair məsələlərin müzakirə metodunun tətbiqi ilə öyrədilməsi
mümkündür.
6-cı sinifdə biologiyadan əsasən canlıların quruluşu
öyrədildiyindən onun mövzularının əksəriyyətində morfoloji anlayışlara dair
imkanlı mövzular çoxdur. Problem baxımından
belə imkanlı mövzulara “Bitkilərin vegetativ orqanları”, “Bitkilərin generativ
orqanları” tədris vahidlərinin
mövzularını misal göstərmək olar
(5, s. 74-76).
“Bitkilərin generativ orqanları” adlı tədris
vahidinin birinci mövzusu “Çiçək” adlandırılmışdır.
Mövzunun tədrisində
çiçəyin quruluşu və onun hissələri şəkil üzrə verilir. Onların təbii çiçək və
ya onun şəkli üzərində göstərməklə izah
edilməsində müzakirə metodundan
istifadə edilir. Bunun üçün aşağıdakı suallar verilir:
11.
Çiçək
hansı hissələrdən ibarətdir?
12.
Dişiciyin
hissələri hansılardır?
13.
Çiçəyin
ləçəklərinin nə əhəmiyyəti var?
14.
Ləçəkləri
necə müəyyən etmək olar?
15.
Kasa
yarpağının quruluşu necədir?
16.
Çiçək
yatağına nələr daxildir?
17.
Tozcuq
hansı hissələrdən ibarətdir?
18.
Erkəkciyin
hansı hissələri vardır?
19.
Tozluğun
quruluşu necədir?
20.
Dişiciyin
ağızcığı hansı fomradadır?
Verilmiş
suallar ali bitkilərin çiçəyinin öyrənilməsini asanlaşdırır, mənimsəməni
yaxşılaşdırır. Fəslin ikinci mövzusu “Çiçək
qrupları”
kimi verilmişdir. Mövzu canlıların
quruluşunu təsvir edir;
Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah
edir kimi alt standartlarını reallaşdırmalıdır.
Mövzunun
tədrisi məqsədi çiçək
qruplarının quruluşunu təsvir edir. Çiçək qruplarının bitki və təbiətdə əhəmiyyətini
izah edir kimi müəyyənləşdirilir.
Dərsdə
əsasən müzakirə,
anlayışın çıxarılması, sual cavab və başqa üsullar tətbiq edilir.
Kollektiv, qruplarla və fərdi
iş formaları təşkil edilir.
Resurslara çiçək
qruplarına
aid şəkil, rəngli kağızlar, plastilin, kibrit çöpləri,
İKT, ensiklopediya, yapışqan və s.
aiddir.
Dərs motivasiya ilə başlayır.
Lövhədə tək və qruplarda yerləşən müxtəlif çiçəklər qarışıq halda göstərilir.
Müəllim şagirdlərdən soruşur: - Lövhədəki şəkillərdə nə görürsünüz?
Şəkillər
onlardakı tək və qruplar halındakı çiçəklər nəzərə alınaraq lövhədə 2 hissəyə
ayrılır.
Müəllim şagirdlərə sualla
müraciət edir: Bəs çiçəklər hansı əlamətə görə 2 yerə ayrıldılar?
Tədqiqat sualı.
Hansı çiçək qrupları var və onların bitkilər üçün və təbiət üçün əhəmiyyəti
nədir?
Tədqiqatın aparılmasında şagirdlər 4 qrupa bölünür, onlara iş vərəqləri
üzrə maraqlı suallar
verilir. İş vərəqlərində müzakirə suallarına geniş yer
verilir.
İş vərəqi 1.
Sualların yerinə lazımi anlayışları qeyd edin.
İş
vərəqi 2.
Cədvələ
uyğun cavablarla
işləyin
Çiçək
qrupunun adı
|
Çiçək
qrupunun təsviri
|
Çiçək
qrupuna aid olan bitkilər
|
Sadə çətir
|
|
|
Mürəkkəb
çətir
|
|
|
Sadə
salxım
|
|
|
Mürəkkəb
salxım
|
|
|
Süpürgə
|
|
|
Sadə
sünbül
|
|
|
Mürəkkəb
sünbül
|
|
|
Qıça
|
|
|
Başcıq
|
|
|
Səbət
|
|
|
Qalxan
|
|
|
İş
vərəqi 3.
Uyğunluğu
müəyyən edir.
Ççiək
qrupları Yalnız
dişicikli çiçəkləri olur
Səbət
Eyni uzunluqda saplaqları olan çiçəklər bir
nöqtədən çıxır
Qıça Üzüm
Süpürgə Bağayarpağı
Sadə
çətir Çovdar
Sadə
sünbül Sarğı
Mürəkkəb
salxım Əsas çiçək oxu dəyirmi
və ətləşmişdir
Sadə
salxım Uzun əsas çiçək oxu üzərində
saplaqlı çiçəklər növbə ilə düzülür
Başcıq Tozlandırıcı həşəratları cəlb edir
Mürəkkəb
sünbül Müxtəlif uzunluqda
saplaqları olan çiçəklər ümumi çiçək oxunda eyni səviyyədə yerləşir
Mürəkkəb
çətir Çəltik
Qalxan Yerkökü
İş
vərəqi 4
Verilmiş
anlayışlardan istifadə etməklə krossvord qurun.
1.
Sadə
salxım; 2.Qarğıdalı; 3.Üçyarpaq
yonca; 4.Sadə sünbül; 5.Mürəkkəb
sünbül; 6.Sarğı; 7. Mürəkkəb salxım; 8.Sadə
çətir; 9. Armud; 10.Mürəkkəb sünbül; 11. Vələmir.
İnformasiya mübadiləsi və müzakirəsi mərhələsində hər
qrupdan bir nəfər nümayəndə işi təqdim edir. Qruplar bir-birinin işləri ilə
tanış olurlar, suallar ətrafında müzakirələr aparılır:
-
Çiçək
qrupu nədər ibarətdir?
-
Hansı
bitkilərin çiçəkləri qrup halında yerləşir?
-
Belə
çiçək qrupları necə adlanır?
-
Çiçək
qruplarının bitki üçün əhəmiyyəti nədir?
Müəllim şagirdlərə verdiyi müxtəlif
suallar əsasında cavabları ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır.
Müəyyən qaydada, ümumi zoğda, bir-birinin yanında
qrup halında yerləşən çiçəklər çiçək qrupu əmələ gətirir. Qrup halında
toplanmış çiçəklər əsas ox adlanan zoğa birləşir. Çiçəklər
əsas oxa qısa və ya uzun çiçək saplaqları vasitəsilə birləşir. Çiçək qrupları
sadə və ya mürəkkəb ola bilər. Sadə çiçək qruplarında çiçəklər bilavasitə çiçək
oxuna, mürəkkəb
çiçək qruplarında isə əsas oxun şaxələrinə birləşir. Sadə çiçək qruplarına
salxım, çətir, qıça, başçıq, sünbül,
səbət,
qalxan aiddir. Mürəkkəb çiçək qruplarına isə mürəkkəb salxım, süpürgə, mürəkkəb
sünbül,
mürəkkəb çətir aiddir. Çiçək qruplarının əhəmiyyəti:
4.
Çiçək
qruplarında adətən xırda çiçəklər toplanır ki, bu da onlara tozlandırıcı həşəratları
cəlb etməyə kömək edir.
5.
Qruplarda,
toplanmış çiçəklər tək yerləşən çiçəklərə nisbətən yaşıl yarpaqların arasında
daha yaxşı nəzərə çarpır.
6.
Sallanan
çiçək qrupları hava cərəyanının təsiri altında asanlıqla
yellənir və tozcuqların səpilməsinə səbəb olur
(3. S.101-103).
Yaradıcı tətbiqetmədə şagirdlərə rəngli kağızlardan və ya tullantı məhsullarından (kağız, butulka,
platsmas qablar, lentlər, sellofanlar və s.) çiçək qruplarını işləyin.
Qiymətləndirmə
qrup
meyar
|
I
|
II
|
III
|
IV
|
Çiçək qruplarını təsviretmə
|
|
|
|
|
Hər bir çiçək qrupuna aid olan bitkilərdən nümunələr
göstərmə
|
|
|
|
|
Çiçək qruplarının bitki üçün əhəmyiyətini izahetmə
|
|
|
|
|
Təqdimat
|
|
|
|
|
Əməkdaşlıq
|
|
|
|
|
Yekun
|
|
|
|
|
Dərslərdə müzakirə metodunun tətbiqi şagirdlər tərəfindən
anlayışların
dərindən mənimsənilməsini, onlar arasındakı əlaqələrin dərk edilməsini
asanlaşdırır. Biliklərin uzun müddət yadda qalmasına təminat verir. Bu isə təlimin
keyfiyyətini artırır, şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirir.
Sinif: VI mövzu: Yarpaqların
xarici quruluşu. Yarpaqların düzülüşü.
Standart: 1.1.2
Canlıların quruluşunu və müxtəlifliyini təsvir edir.
Məqsəd: Yarpağın xarici
quruluşu,zoğ üzərində düzülüşünü,damarlanmasını təsvir edir.
İnteqrasiya:
F:2.2.1,2.2.2
Təlimin metod və üsulları:
Beyin həmləsi,Venn diaqramı, klaster, suallar
İş üsulu: Kiçik qruplarla
iş, kollektivlə iş.
Resurslar:
marker,yarpaqların xarici quruluşunu əks etdirən tablolar,sinif otağında olan
bitkilər,iş vərəqləri, yarpaq kolleksiyası
Dərsin mərhələləri
I. Motivasiya
Aşmaz-uşmaz
Yerə düşsəm beli sınmaz
Əynində yaşıl donu
Damarları görsənir. (yarpaq)
Uşaqlar, sizcə bu
tapmacanın cavabı nədir?
Tətqiqat sualı: Yarpağın xarici quruluşu və forması necədir?
II. Tətqiqatın
aparılması: Şagirdlər 3 qrupa bölünür və qruplar qarşısına problem qoyulur və həlli
təklif edilir.
İş vərəqi 1. Qarşınızdakı
otaq bitkisinə diqqətlə baxın. Sizcə onun yarpaqları neçə hissədən
ibarətdir və
hansılardır?
İş vərəqi 2. Nümunədəki
yarpaqların damarlanmasını nəzərdən keçirin. Bu damarlanmalar bir- birindən
necə fərqlənir?
İş vərəqi 3.Verilmiş
tablolardakı bitki yarpaqlarının zoğ üzərindəki düzülüşünü nəzərdən keçirin. Bu
düzülüşlər sizcə necə adlanır və onların fərqi nədir?
Qrupların tədqiqatına 10
dəqiqə vaxt verilir.
III. İnformasiya mübadiləsi.
Bu
mərhələdə
qrupda işləyən şagirdlər
bir-biri ilə ünsiyyət quraraq əməkdaşlıq edir, informasiya mübadiləsi aparır.Tədqiqatlarının
nəticələrini sinif qarşısında təqdim
edirlər.
IV.İnformasiya müzakirəsi.
Suallarla müzakirə açılır.
Yarpaq hansı hissələrdən ibarətdir? Yarpaq damarlanmaları bir- birindən necə fərqlənir?
Yarpaqların zoğ üzərində hansı düzülüş formaları vardır?
V. Ümumiləşdirmə və nəticə.
Müəllim diqqətini tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını ümumiləşdirir.
Yarpağın xarici quruluşu.
Yarpaqlar yarpaq ayasından və saplaqdan təşkil olunmuşdur. Yarpaq ayası- əksər
bitkilərdə saplaq vasitəsilə zoğa birləşir. Saplağın əsas funksiyası yarpağı
işığa çıxarmaq və maddələrin hərəkətini təmin etməkdir.
Bəzi bitki yarpaqlarında
saplaq olmur. Belə yarpaqlara oturaq yarpaqlar deyilir. Oturaq yarpaqları- kətan,
qərənfil, aloye kimi bitkilərdə müşahidə etmək olar. Yarpağın saplağının gövdə
ilə birləşən nisbətən genişlənmiş aşağı hissəsi yarpaq əsası adlanır. Yarpaq əsasında
bəzi hallarda çıxıntı şəklində iki kiçik yarpaqcıq- yarpaq altlıqları yerləşir.
Yarpaq növləri. Saplaq üzərində
müxtəlif sayda yarpaq ayası ola bilir. Əgər saplaq üzərində bir yarpaq ayası
varsa,belə yarpaqlar sadə, bir neçə aya olarsa , mürəkkəb yarpaqlar adlanır.
Sadə yarpaqlara tozağacı, günəbaxan, palıd və s. bitkilər aiddir. Mürəkkəb
yarpaq lələkvari, barmaqvari və üçər yarpaqlara bölünür.
Zoğ üzərində yerləşmə
ardıcıllığına yarpaq düzülüşü deyilir. Zoğ üzərində düzülüşünə görə
yarpaqlar-növbəli,qarşı-qarşıya və topalı olur. Növbəli düzülüşdə hər bir
buğuma bir yarpaq birləşir. Qarşı- qarşıya düzülüşdə hər bir buğum üzərində
bir-birinin qarşısında yerləşən yarpaqlar olur. Qarğagözü, oleandr,
qatırquyruğu bitkilərinin hər buğumunda üç və daha artıq yarpaq birləşir. Belə
olduqda topalı düzülüş adlanır.
Yarpaq boyunca damarların
keçməsinə yarpaq damarlanması deyilir. Bir neçə damarlanma tipi ayırırlar:
-paralel damarlanma-iri
damarlar yarpaq ayasında bir-birinə paralel keçir (buğda,qamış)
-qövsvari
damarlanma-ayanın hər bir damarı (mərkəzindəkindən başqa) qövs şəklində əyilir.
torvari damarlanma-yarpaq
ayasını tor şəklində əhatə edir.
VI. Yaradıcı tətbiqetmə.
Müxtəlif materiallardan istifadə etməklə "Fəsillər ərzində yarpaqların
xarici quruluşunun dəyişilməsi" haqqinda təqdimat hazırlamaq
VII.
Qiymətləndirmə.
Qrupların fəaliyyəti aşağıdakı meyarlar üzrə aparılır.
Meyarlar
Qruplar
|
I
|
II
|
III
|
Tərtibat
|
|
|
|
Təqdim etmə
|
|
|
|
Vaxtdan səmərəli
istifadə
|
|
|
|
Əməkdaşlıq
|
|
|
|
Ümumi nəticə
|
|
|
|
2.3.Heyvanlar
və insanın quruluşu və müxtəlifliyinin öyrədilməsi metodikası
VII Sinif . Mövzu: Quşlar
sinfi.
Standartlar:
1.1.2. Canlıların quruluşunu təsvir edir. 4.1.1. Canlıların ətraf mühitlə və
bir-biri ilə əlaqəsini izah edir.
Məqsəd:
Quşların xarici quruluşunu təsir edir. Quşların ətraf mühitlə və bir-biri ilə əlaqəsini
izah edir.
İnteqrasiya.
c-2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
Dərsin
tipi: İnduktiv
İş
forması: Qruplarla iş, kollektivlə iş
İş
üsulları: Beyin həmləsi, Venn diaqramı, təqdimat.
Resurslar:
İş vərəqləri, dərslik, markerlər, şəkillər, İKT vasitələri
Dərsin
mərhələləri
I.
Motivasiya. Şəkildə gördükləriniz və eşitdiklərinizi təsvir edin.
Bunlar
hansı şəraitdə yaşayırlar? Quş, lələk, quş, yuvası, dimdik və s. şəkillər
verilir.
Tədqiqat
sualı. Quşların xarici və daxili necədir,
onların ətraf mühitdə, bir-biri ilə hansı əlaqələri var?
II.
Tədqiqatın aparılması. Şagirdlər qruplara bölünür:
I
qrup: Verilmiş mətnə əsasən balıqlarla quşların həyat tərzi, xarici quruluşu
arasındakı fərqli və oxşar xüsusiyyətləri Venn diaqramı əsasında təqdimat
hazırlayın.
II
qrup. Mətnə əsasən quşların amfibilər arasındakı fərqli və oxşar xüsusiyyətləri
cədvəldə qeyd edin:
Əlamətlər
|
Amfibilər
|
Quşlar
|
Həyat tərzi
|
|
|
Bədən forması,
quruluşu
|
|
|
Dəri örtüyü
|
|
|
Hərəkət
|
|
|
Yayılması
|
|
|
III
qrup: Sürünənlərlə quşlar arasındakı fərqli və oxşar xüsusiyyətləri mətnə əsasən
sxemdən istifadə edərək cədvəli tamamlayın.
III.
Məlumat mübadiləsi. Şagirdlərə təqdim olunmuş tapşırıqlar lövhədən asılır. Hər
qrupdan 1 nümayəndə tapşırığı təqdim edir.
IV.
Məlumatın müzakirəsi. Müəllim təqdimatdan alınan cavablara əsasən şagirdlərin
mülahizələrini əsaslandırmağa sövq edir.
V.
Ümumiləşdirmə və nəticələr. Müəllim tədqiqat sualına qayıdaraq quşların bir
sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqləndiklərini ümumiləşdirir.
Quşların dərisi quru olub, üzəri lələklərlə örtülüdür, dəri vəzlərindən məhrumdurlar,
ön ətraflar qanada, çənələr dimdiyə çevrilmiş və dişləri reduksiyaya
uğramışdır. Ön ətraflarda üç barmaq qalmışdır. Arxa ətraflarında pəncə lüləsi əmələ
gəlmiş və 4 barmaqlıdır. Quşların nəfəs borusunda səs telləri əmələ gəlmiş və səs
çıxarmaq qabiliyyətinə malikdirlər. Bala doğmaqla çoxalan nümayəndəsi yoxdur.
Canlılar aləmində qida zəncirində xüsusi halqa təşkil edirlər.
VI.
Yaradıcı tətbiqetmə
Ev
tapşırığı. Yaşadığımız zonaya endemik olan quşlar haqqında məlumat toplamaqla
krossvordu həll edin.
VII.
Qiymətləndirmə. Şagirdlərin bilik və bacarıqları meyarlar əsasında qiymətləndirilir
Qruplar
Qiymətəndirmə
meyarları
|
I qrup
|
II qrup
|
III qrup
|
Fikri ifadə etmə
|
|
|
|
Təqdimat
|
|
|
|
Əməkdaşlıq
|
|
|
|
Fəallıq
|
|
|
|
VIII
sinif. Mövzu Görmə orqanımız
Standart:
1.1.2. İnsan
orqanizminin təşkil səviyyələrini təsvir edir.
2.1.1.İnsan
orqanizmində baş verən bioloji prosesləri izah edir.
Məqsəd: Görmə orqanının quruluşunu təsvir edir. Görmə orqanında baş verən bioloji prosesləri
izah edir.
Üsul
və metodlar: Beyin həmləsi, təqdimat, əqli
hücum
İş forması: Böyük
və kiçik qruplarla iş
İnteqrasiya: İnformatika,
riyaziyyat
Resurslar: Dərslik,
iş vərəqləri, şəkillər, kompüter, proyektor
Dərsin mərhələləri
I.
Sifətdə yerləşir
qoşa orqandır
|
Motivasiya: Gözdən əlil şəxslərin
fəaliyyət şəkilləri göstərilir. Onların nə üçün belə hərəkət etdikləri
soruşulur. Motivasiyada şagirdlərə anlayışın əlamətləri verilir, onun tapılması
təklif olunur.
Tədqiqat sualı: Görmə orqanının
quruluşu necədir və görmə prosesi necə baş verir?
II.Tədqiqatın
aparılması: Şagirdlər 3
qrupa bölünür və һәr bir
qrupa ayrı-ayrı iş vərəqləri paylanılır. İş vərəqlərindəki tapşırıqları yerinə
yetirmək tapşırılır.
İş vərəqi 1.
1. Görmə orqanımız olan gözün həyatımızda nə kimi
rolu var?
2. Buraxılmış nöqtələrin yerinə hərflər qoyaraq
sözləri tamamlayın.
a..liz..or, uz..da..ör.., L.za, d..ğu,
e...k, k..p.., y..ın..gö..ə, ç..göz...luk
İş vərəqi 2
1. 1.Görmə orqanımızı qorumaq üçün nələrə əməl
etməliyik?
2. 2.Oxlarla
işarələnmiş yerlərdə gözün köməkçi aparatının hissələrinin adını yazın.
İş vərəqi 3
1.Aşağıdakı şəkillərə
(gözə qara çəkilməsi, zəif işıqda kitab oxumaq, yaxından televizora baxmaq, nəqliyyatda
və uzanmış kitab oxuyan və s.) diqqət edərək pis və yaxşı vərdişlərə uyğun şəklin
qarşısında qeyd aparın.
2.Gözün görməsinə təsir
edən müsbət və mənfi vərdişləri qeyd edin:
Müsbət vərdişlər
|
Mənfi təsir edən vərdişlər
|
·
·
·
·
|
·
·
·
·
|
III.
İnformasiya mübadiləsi. Tədqiqat başa çatdıqdan sonra qruplar öz işlərini lövhədən
asırlar və hər bir qrupun lideri öz qrupunun işinin nəticələrini təqdim edir.
IV. Informasiya müzakirəsi. Müəllim
suallarla sinfə müraciət edir.
1
. Insanın görmə orqanının
quruluşu necədır?
2. Görmə orqanı hansı hissələrdən ibarətdir?
3. Gözün köməkçi aparatının funksiyası nədən
ibarətdir?
2. Gözlərimizi qorumaq
üçün nələrə əməl etməliyik?
V. Ümumiləşdirmə və nəticə. Mövzu aşağıdakı sxem əsasında ümumiləşdirilir
Qaş, kirpik, göz
yaşı vəzisi, göz qapağı
|
Qüzehli qişa,
torlu qişa, buynuz qişa, damarlı qişa, ağlı qişa, bəbək, büllur, şüşəyəbənzər
cism, görmə siniri, sarı ləkə, kor ləkə
|
VI. Yaradıcı tətbiqetmə: Görmə orqanlarının xəstəlikləri, onların
səbəbləri və bu xəstəliklərdən qorunma yolları barədə layihə hazırlayın. Layihənin
planı aşağıdakı kimi qurula bilər.
Layihənin mövzusu: Gözün
quruluşu və funksiyası
Plan
1. Giriş
2. Gözün
quruluşu
3. Görmənin
mexanizmi
4. Gözün
xəstəlikləri və onların profilaktikası
5. Gözün
gigiyenası
6. Nəticə
7. Mənbələr
VII. Qiymətləndirmə.
Qrupların işi aşağıdakı meyarlar əsasında qiymətləndirilir.
|
I qrup
|
II qrup
|
III qrup
|
Əməkdaşlıq
|
|
|
|
Təqdimetmə
|
|
|
|
Vaxtdan səmərəli
istifadə
|
|
|
|
Nizam-intizam
|
|
|
|
Tərtibat
|
|
|
|
Ümumi bal:
|
|
|
|
Fərdi qiymətləndirmə
meyarlar: Gözün quruluşunu təsviretmə. Gözün görmə prosesini izahetmə. Şagirdlərin
bilik və bacarıqları aşağı, orta, yüksək və ən yüksək səviyyələr üzrə qiymətləndirilir.
2. 4. Pedaqoji eksperimentin
nəticələri
Biologiyanın tədrisində fəal təlim ilə
morfoloji anlayışların öyrədilməsinin metodlarının tətbiqi əhəmiyyəti, səmərəli
yollarını təsdiq etmək üçün pedaqoji eksperiment təşkil edildi. O, üç mərhələ
üzrə aparıldı. İlk növbədə məktəblərdə problemin həlli vəziyyətini öyrənən
müəyyənedici mərhələ həyata keçirildi. İkinci mərhələ əsas mərhələ olmaqla
problemə dair metodika hazırlandı, müəllimlərə çatdırıldı. Onlar eksperimentin
təşkili qaydaları ilə tanış edildilər.
Üçüncü mərhələdə artıq hazırlanmış metodikanın sınaqdan keçirilməsi işi
başlandı.
Fənnin tədrisində fəal təlim metodlarından
istifadə etməklə morfoloji anlayışların öyrədilməsinin şagirdlərin bilik
keyfiyyətinə, bacarıq və vərdişlərinə təsirini aydınlaşdırmaq məqsədilə
pedaqoji eksperiment üçüncü, sınaq mərhələsi təşkil edildi.
Eksperimentin təşkili üçün əvvəlcədən Bakı
şəhərinin 45, 51, 53 saylı və digər
məktəblərində, kontrol və eksperimental siniflər müəyyən edildi. Həmin
siniflərdə sınaq dərslərin təşkili günü, tarixi müəyyənləşdirildi. Fənn müəllimlərinin
köməyi ilə kontrol siniflərdə ənənəvi dərslər aparıldı. Yəni dərs fəal təlim
metodları ilə təşkil edilmədi və mövzular yalnız ənənəvi metodlarla aparıldı.
Morfoloji anlayışların dərindən öyrədilməsi nəzərə alınmadı. Ona görə də
şagirdlər dərsdə passiv dinləyici
mövqeyində oldular.
Eksperimental siniflərdə isə şagirdlərin
müstəqilliyi artırıldı. Fəal təlim metodları tətbiq edildi, laboratoriya işləri
həyata keçirildi, morfoloji anlayışların öyrədilməsi və yadda qalmasına xüsusi
diqqət edildi.
Hər iki sinifdə eyni suallarla şagirdlərə
müraciət olundu və şifahi cavablar alındı. Suallar aşağıdakı kimi qoyuldu:
1. İnsan hüceyrəsi ilə heyvan
hüceyrəsinin oxşar və fərqini göstərin.
2. Bitki və insan hüceyrəsinin fərqini
izah edin.
3. İnsan hüceyrələrinin formalarını təsvir edin.
4. Hüceyrələrin quruluşu ilə onların
funksiyası arasındakı asılılığı göstərin.
Suallara verilən cavablar toplandı, təhlil edildi.
Təhlilə əsasən şagirdlərin bilikləri
qiymətləndirildi. Nəticə aşağıdakı cədvəllə (Cədvəl 2.3.1.). ümumiləşdirildi
Cədvəl
2.3.1.
«Hüceyrənin quruluşu» mövzusunun
fəal təlim metodları ilə tədrisi
Siniflər
|
Kontrol sinif
8a – 8q
|
Eksperimental sini
8b – 8c
|
Şagirdlərin sayı
|
58
|
57
|
Qiymətlər: Əla
Yaxşı
Kafi
Qeyri-kafi
|
2
31
15
10
|
7
40
8
2
|
Müvəffəqiyyət
faizlə
|
82,5
|
97, 5
|
Keyfiyyət faizlə
|
66,5
|
83,5
|
Cədvələ
əsasən demək olar ki, dərsi fəal təlim
metodlarının tətbiqi ilə yerinə yetirmiş eksperimental sinif şagirdləri mövzuya dair morfoloji anlayışların daha yaxşı mənimsəmişlər. Bu da onu göstərir ki, proqramın
və dərsliklərin imkanlarına uyğun olaraq mövzular fəal təlim metodları ilə tədris edildikdə mənimsəmə asanlaşır,
morfoloji anlayışlar digər anlayışların öyrənilməsinə kömək edir.
8-ci
sinifdə “Qan və qan dövranı» bəhsinin sonunda «Qan xəstəlikləri və
qanaxmalar zamanı ilk yardım» mövzusunu keçməzdən qabaq 4 sinfin ikisi 8a və 8b
sinifləri kontrol, 8b və 8q sinifləri isə eksperimental sinif kimi müəyyənləşdirildi.
Dərsi keçərkən kontrol siniflərdə ümumi məlumat, şifahi şərh, tablo və şəkil
üzrə söhbətlə ənənəvi metodlarla təşkil edildi.Morfoloji anlayışların dərindən
öyrədilməsi nəzərə alınmadı.
Eksperimental siniflərdə isə klaster, Blum
toksonomiyası, qrupla iş metod və formalarının tətbiqi ilə dərs aparıldı.
Burada morfoloji anlayışların
öyrədilməsi ön plana keçirildi. Onlara dair praktik iş verildi. Sonda
şagirdlərdən morfoloji anlayışların mənası, mahiyyəti soruşuldu. Kontrol infin şagirdlərinə
isə mövzu adi qaydada tədris edildi.
Eksperimentin təşkilindən belə bir nəticə əldə
edildi ki, dərsdə morfoloji anlayışların öyrədilməsində Onlarda həyat üçün
lazım olan bacarıq və vərdişlər formalaşır. Eksperimentdən belə qənaətə gəlindi
ki, biologiyanın tədrisində mümkün olan fəal təlim metodlarından tələb olunan
laboratoriya işlərinin həyata keçirilməsində geniş istifadə edilməlidir. Hər
bir mövzunun tədrisi üçün müəllim morfoloji anlayışları müəyyən etməli,
əvvəlcədən istifadə edəcəyi metodu seçməlidir.
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Müasir dövrdə təlimin keyfiyyətinin
yüksəldilməsinin amillərindən biri morfoloji anlayışların tədrisi, şagirdlərin müstəqilliyinin
artırılmasıdır. Problemin yüksək səviyyədə həlli yollarına fəal təlim
metodlarından yerində, lazımınca istifadə edilməsidir. Təlimin məqsədi təkcə
bilikləri dərinləşdirməklə məhdudlaşmır, eyni
zamanda şagirdlərin fənnə maraq və meylinin artırılması, peşə seçməkdə
onlara kömək edilməsidir. Ən əsası, şagirdlərin həyat üçün vacib olan bilik,
bacarıq və vərdişlərə yiyələnməsi, hərtərəfli inkişafa malik şəxsiyyət kimi
formalaşmasıdır.
Tədqiqatdan aşağıdakı nəticələr əldə edildi:
1. Biologiyanın bioloji obyektlər
üzrə morfoloji anlayışların öyrədilməsi imkanları genişdir.
2. Biologiyanın proqram və
dərsliyində morfoloji anlayışların öyrədilməsinə dair mövzular salınmışdır.
3. Məktəblərdə fənnin morfoloji anlayışların
öyrədilməsi vəziyyəti qənaətbəxş deyildir.
4. Elmi-metodik ədəbiyyatda problemin
həlli öz əksini tapmamış, problemin həllinə dair tədqiqatlar aparılmamış və
müəllimlərə kömək edəcək əsərlər çap olunmamışdır.
5. Orta ümumtəhsil məktəblərində
biologiyanın tədrisində morfoloji anlayışların öyrədilməsində fəal təlim
metodlarının tətbiqi şagirdlərin bilik keyfiyyətinə, gənclərin hərtərəfli
inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.
6. Fənnin tədrisində mövzu ilə
bağlı morfoloji anlayışların öyrədilməsində fəal təlim metodlarının tətbiqinə
əhəmiyyət verilmir.
Gəldiyimiz nəticələrlə yanaşı problemin həllinə
dair bir sıra təkliflər işlənildi:
1. Biologiyanın tədrisində
morfoloji anlayışların öyrədilməsi işinə ciddi yanaşılmalı;
2. Morfoloji anlayışların
tədrisinin səmərəli təşkilində fəal təlim metodlarından istifadəyə geniş yer
verilməlidir.
3. Problemin tam həllinə
məktəblərdə biologiyanın tədrisində şərait yaradılmalı, məktəb rəhbərliyi bu
işə diqqəti artırmalıdır.
4. Biologiyanın tədrisində fəal
təlim metodlarının tətbiqi ilə morfoloji anlayışların öyrədilməsinə dair
metodik ədəbiyyatlar yazılmalı və pedaqoji kollektivlərə çatdırılmalıdır.
İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün
biologiya fənni üzrə təhsil proqramı (kurikulumu), Bakı, 2013.
2. Hüseynov Ə.M., Məhərərmov Ə.M. “Biologiyanın tədirsi
metodikası”. Bakı, 2003
3. Babayev M.Ş., Məcidov M.M. Biologiyanın tədrisi
metodikası. Bakı, Çaşıoğlu, 2008
4. Hüseynov Ə.M., Məhərrəmov Ə.M. Biologiyanın tədrisinin
elmi və metodik əsasları. Bakı, 2015.
5. Seyidli Y., Əhmədbəyli X., Əliyeva N. Ümumtəhsil məktəblərinin
6-cı sinfi üçün biologiya fənni üzrə dərslik. Bakı, 2017.
1. Salahov Ə., Əliyev F.
Biologiyanın tədrisi üsulu. Bakı, 1970, 160 s.
2.
Babayev M.Ş., Hüseynov Ə.M., Məcidov M.M.
Biologiyanın tədrisi metodikasından mühazirələr. Bakı, 1998, 193 s.
3.
Səmədov
A. İnsan anatomiya, fiziologiya və gigiyenası fənninin tədrisi prosesində
dərsin effektivliyinin artırılmasına dair. //Kimya və biologiyanın tədrisi.
Bakı, 1973, № 4, s. 51-54
4.
Məmmədova
G. İnsanın anatomiyası, fiziologiyası və gigiyenası fənni üzrə əməli
məşğələlər. Bakı, 1973, 93 s.
5.
Məmmədova
G. Anatomiya, fiziologiya və gigiyena kursunun tədrisində müstəqil işlərin təşkilinə
dair. //Kimya və biologiyanın tədrisi. Bakı, 1985, № 1, s. 31-37.
6.
Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə təhsil proqramı
(kurikulumu), Bakı, 2013.
7.
Hüseynov
Ə.M., Məhərərmov Ə.M. “Biologiyanın tədrisi
metodikası”. Bakı, 2003
8.
Babayev
M.Ş., Məcidov M.M. Biologiyanın tədrisi metodikası. Bakı, Çaşıoğlu, 2008
9.
Hüseynov
Ə.M., Məhərrəmov Ə.M. Biologiyanın tədrisinin elmi və metodik əsasları. Bakı,
2015, səh. 51-60.
10.
Seyidli
Y., Əhmədbəyli X., Əliyeva N. Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün
biologiya fənni üzrə dərslik. Bakı, 2017, s. 74-76.
11.
Əliyev F.C. Biologiyanın tədrisi üsulları. Bakı, APİ, 1976, 144 s.
12.
Fəal
təlim metodlarına giriş kursu üzrə treninq materialları (Azərbaycan
Respublikası Təhsil Nazirliyi). Bakı, 2002, 40 s.
13.
Fəal
təlim metodlarına giriş üçün tövsiyələr (Məktəb müəllimləri üçün). Bakı, 2000,
24 s.
14.
Fəal
təlim və məktəb rəhbərliyi. Bakı, 2001, 24 s.
15.
Fəal
təlim və məktəb rəhbərliyi. I cild. Bakı, 2001, 34 s.
16.
Fəal
təlim və məktəb rəhbərliyi. II cild. Bakı, 2001, 43 s.
17.
Hacıyeva
H.M., İbrahimova X. Botanikanın tədrisində fəal təlim metodlarından istifadə.
// ADPU-nun elmi xəbərləri. Bakı, 2004, № 1. s. 18 – 24.
18.
Hacıyeva
H.M. Təbiətşünaslığın tədrisində fəal təlim metodlarının tətbiqi. // ADPU-nun
elmi xəbərləri. Bakı, 2004, № 2. s. 48–52.
19.
Hüseynov
Ə.M. Məhərrəmov Ə.M. Biologiyanın tədrisi metodikası. Bakı, 2003. 151 s.
20.
Hüseynov
Ə. Orta məktəb biologiya tədrisinin təkmilləşdirilməsinin başlıca istiqamətləri
və optimal təşkili yolları. Bakı. 1997, 150 s.
21. Hüseynov
Ə.M., Məhərərmov Ə.M. Biologiya tədrisinin elmi və metodik əsasları. Bakı,
2015, 167 s.
22. Hacıyeva
H.M., Məhərrəmov Ə.M., Əhmədova Z.Z. Orta ümumtəhsil məktəblərində biologiyanın
tədrisində təkamül anlayışlarının öyrədilməsi, Bakı, 2010, 176 s.
23. Hacıyeva
H.M., Abduyeva S.M. Ümumtəhsil orta məktəblərində bitkilər kursunun tədrisində
fizioloji anlayışların öyrədilməsi. Bakı, 2009, 43 s.
24. Hacıyeva
G.N. Biologiyanın tədrisi metodikasından mühazirələr. Bakı, 2016, 304 s.
25. Əmrulla
Paşayev “Azərbaycan məktəbi” jurnalı, 2011-ci il, №2
26. Məlikov R., Nəcəfli T. Tarixin
interaktiv təlimi. Bakı, 2002, 127 s.
27.
Mehdizadə M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsi yolları. «Maarif» nəşriyyatı. Bakı, 1982, 381 s.
28. Əlizadə
Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, Pedaqogika, 2004,
432 s.
29. Mehrabov
A.O. Müasir təhsilin konseptual probelmləri. Bakı, Mütərcim, 2010, 516 s.
30.
Paşayev Ə.X., Rüstəmov
F.A. Pedaqogika. Yeni kurs, Bakı, Elm və təhsil, 2010, 464 s.
31.
Seyidov Ə.
Pedaqogika tarixi. Bakı, 1968.
32. Salahov Ə., Əliyev F. Biologiyanın tədrisi üsulu. Bakı,
1970.
33. Kazımov
N.M., Həşimov Ə.Ş. Pedaqogika. Bakı, 1966.
34. Korsunskaya
V.M. və b. Ümumi biologiya dərsləri. Bakı, 1981.
35. Babayev M., Hüseynov Ə., Mustafayev Q., Babayeva L.,
Əliyeva R. Ümumi biologiya. 10–11-ci siniflər. Ümumtəhsil məktəbləri
üçün dərslik. Bakı, Marif, 2003, 352 s.
36. Biologiya
proqramı. Bakı, 2002.
37.
Yolçuyev Ə.
Didaktik material nədir. //Azərbaycan məktəbi, № 5, Bakı, 2002.
38. Анастасова Л.П. Самостоятельные работы учащихся по общей биологии. Москва,
1989.
39. Короткова
Л.С. Красновидова С.С. Дидактические материалы по общей биологии. Москва, 1982.
40. Мишина
Н.В. зАдание для самостоятельной работы по общей биологии. Москва,
1982.
41. İmaməliyev
Ə. Biologiya kabineti necə olmalıdır. //Kimya və biologiyanın tədrisi, № 2,
1989.
42. Sadıqov
A. Biologiya dərslərində didaktik kartoçkalardan istifadə təcrübəsindən № 3,
1980.
43. Hüseynov
B. Biologiya kabinetlərinin zənginləşdirilməsi üçün yerli materialların
hazırlanması. //Kimya və biologiyanın tədrisi, № 4, 1978.
44. Tağıyev
T. Biologiya dərslərində şagirdlərin biliyinin yoxlanılmasında kartoçkalardan
istifadə. //Kimya və biologiyanın tədrisi, № 1, 1977.
45.
Лисовский В.Т., Дмитриев
А.В. Личность студента. Ленинград.
Изд-ва ЛГУ, 1974, 183 с.
46.
Подласый
И.П. Педагогика. Москва, Высшая школа, 2007, 540 с.
47.
Сластенин
В.А., Исаев И.Ф., Мищенко А.И., Шиянов Е.Н. Педагогика, Москва, Школа-Пресс,
2000, 512 с.
48.
Столяренко
Л.Д. Основы психологии. Ростов Н/Д: Феникс, 2003, 672 с.
49. Джуринский
А.Н. История педагогики. Москва. «Владос». 1999, 432 с.
50. Константинов Н.А., Е.Н.Медынский, М.Ф.Шабаева.
История педагогики. Москва. Просвещение, 1982, 447 с.
51. Педагогика
народов мира. Москва. ПОР, 2001, 576 с.
52.
Методологические проблемы
развития педагогической науки (Под ред. П.Р.Атутова, М.Н.Скаткина,
Я.С.Турбовского) М.: Педагогика, 19985, 240 с.
53.
Общие основы педагогики
(Под. ред. Ф.Ф.Королева и В.Е.Гмурмана). М.: Просвещение, 1967, 391 с.
54.
6.Очерки истории
педагогической науки в СССР (1917-1980) (Под ред. Н.П.Кузина, М.Н.Колмаковой)
М.: Педагогика, 1986, 288 с.
55.
Проблемы методологии, педагогики и методики
исследований (Под ред. М.А.Данилова и Н.И.Болдырева). М.: Педагогика, 1971, 352
с.
56.
Шваб
Д. Настольная книга для преподавателей биологии. М., Просвещение, 1974.
57. Васильева
Г.С. Межпредметные связи школного курса биологии// Педагогическое мастерство
материалы III Междунар. Науч.Конф. Москва, июнь, 2013, с.72-78
58. Верзилин
Н.М., Корсунская В.М. Общая методика преподавания биологии. М: Просвещение,
1983, 384 с.
59. Мягкова
А.Н., Комиссаров Б.Д. Методика обучения общей биологии. М: Просвещение, 1983,
287 с.
60. Путюков
Ю.А. Основы педагогической технологии. М: Просвещение, 2001, 181 с.